Kapital Bank Visa-nın 3 mükafatına layiq görülüb

posted in: Xəbər | 0

22-23 yanvar 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvləri üçün tədbir keçirilib. Tədbirdə Kapital Bank əməkdaşları da iştirak edib.

Kapital Bank tədbir zamanı Visa tərəfindən “Ən innovativ bank” (“The most innovative bank”), “ ApplePay/NFC Pay üzrə lider bank” (“Leadership in tokenization”) və “Regionda VISA B2B Connect platformasına qoşulan ilk bank” (“First Visa B2B Connect service in CEMEA”) nominasiyaları üzrə xüsusi mükafatlara layiq görülüb.

Qeyd edək ki, Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını təklif edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Aksizin əvəzləşdirilməsi və aksiz vergisi üzrə dövriyyənin dəqiqləşdirilməsi

posted in: Xəbər | 0

Ödəniş tapşırıqları, fiziki şəxslərin əmlak vergisi, əmlak vergisi, vergi yükünün azaldılması, Mədən vergisi dəyişikliklər, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Vergi Məcəlləsinin 189-cu maddədəsinə əsasən, aksizli malları (xammal və materialları) alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs xammal və materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək və ya geri almaq hüququna malikdir.

Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev bildirib ki, burada əsas məsələ alınmış mallardan digər aksizli malların istehsalı məqsədi üçün istifadə edilməsindən ibarətdir. Məsələn, istehsalçı aksizli malı alıb, olduğu qaydada təqdim etdiyi halda aksizi əvəzləşdirmək hüququ yaranmır. Digər məqam isə alınmış malların dəyəri “nağdsız” qaydada ödənilməsi və e-qaimə faktura təqdim edilməsi ilə bağlıdır.


Aksizlərlə bağlı vergi ödəyicilərində sual doğuran məsələlər


Misal 1: Spirtli içki istehsalçısı olan “AA” şirkəti hesabat dövrü ərzində e-qaimə faktura əsasında içməli spirt almışdır. Alış zamanı malın dəyəri “nağdsız” qaydada ödənilmiş və aksizin məbləği 3.500 manat olmuşdur. Fərz edək ki, şirkət həmin hesabat dövründə aldığı içməli spirtdən 2.000 litr konyak istehsal edərək istehsal binalarının hüdudlarından kənara çıxarmışdır. Şirkətin hesabat dövrü üzrə büdcəyə ödəməli olduğu aksiz vergisini müəyyən edək.

Hesabat dövründə şirkətin istehsal binasının hüdudlarından kənara çıxartdığı mala görə “hesablanan aksiz”, alış zamanı isə “əvəzləşdirilən aksizi” formalaşır. Vergi Məcəlləsinin 190.3-cü maddəsinə əsasən, konyak və konyak materialları üzrə aksiz vergisinin dərəcəsi hər litrə 4 manat müəyyən edilmişdir.

Hesablanan aksiz – 2000 x4 = 8.000 manat
Əvəzləşdirilən aksiz – 3.500 manat

Büdcəyə ödənilən aksiz vergisi – 4.500 manat (80.00-3.500 ) olacaqdır.

Əgər şirkət malı alarkən dəyərini nağd qaydada ödəsəydi, o zaman aksizi əvəzləşdirmək hüququnu itirmiş olacaqdı. Digər bir hal isə aksizli malların istehsalçıları eyni zamanda məcburi ƏDV ödəyiciləri hesab edilirlər (Vergi Məcəlləsi, maddə 154 ). Bu nöqteyi-nəzərdən istehsalçı nağdsız ödəniş etməklə nəinki aksizi, eyni zamanda ƏDV məbləğini də əvəzləşdirmək hüququna malik olacaq.

Vergi Məcəlləsinə əlavə edilən maddələrdən biri də 186-1 – aksiz hesablanan dövriyyənin dəqiqləşdirilməsidir. Bu maddənin əlavə edilməsini aksizli malların istehsalçılarının xeyrinə şərh etmək olar. Çünki artıq aksizli malların istehsalçıları “xarab olma”, “istifadə müddətinin bitməsi” və digər səbəblərdən geri qaytarılan mallara görə ödənilmiş aksiz vergisini malların qaytarıldığı hesabat dövründə azaltmaq hüququ əldə edirlər. Maddədə qeyd olunur ki, aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara buraxılmasına görə vergi hesablanmışdırsa, həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi və ya digər səbəblərdən geri qaytarılması zamanı hesablanmış aksiz malların qaytarıldığı hesabat dövründə azaldılır.

Məsələni aydınlaşdırmaq üçün misala nəzər salaq.

Misal 2: Spirtli içki istehsalçısı olan “AA” şirkəti hesabat ayında 4.000 litr konyak istehsal edərək istehsal binasının hüdudlarından kənara çıxarmışdır. Eyni hesabat dövründə əvvəlki dövrlərdə təqdim edilmiş konyakın 300 litri xarab olduğuna görə geri qaytarılmışdır. Büdcəyə ödənilməli olan aksiz vergisini müəyyən edək.

Hesabat dövründə şirkətin istehsal binasının hüdudlarından kənara çıxardığı mala görə “hesablanan aksiz”, geri qaytarılan mala görə isə “dəqiqləşdirilməli olan aksiz” yaranır. Yəni şirkət əvvəllər təqdim etdiyi 300 litr konyaka görə büdcəyə 1.200 (300 x 4) manat aksiz vergisi ödəmişdirsə, həmin mal geri qaytarılarkən ödənilən aksizin büdcədə qalmasının mənası qalmır. Çünki Vergi Məcəlləsinə əsasən, aksiz o halda hesablanır ki, mal istehsal binasından çıxsın və binaya geri qaytarılmasın. Deməli, mal binaya geri qayıdırsa, onun aksizi də büdcədən qayıtmalıdır. Bu halda hesabat dövrü üzrə hesablanan aksiz – 4.000 x 4 = 16.000 manat; dəqiqləşdirilməli olan aksiz – 300 x 4 = 1.200 manat olacaqdır.

Deməli, istehsalçı hesabat dövrünün aksiz vergisini ödəyərkən 1.200 manat aksizi dövriyyədə azaltmalı və büdcəyə 14.800 (16.000-1.200 ) manat ödəməlidir.

Dəyişikliyə əsasən, Məcəlləyə əlavə edilən digər bəndlər aşağıdakı kimidir:

186-1.2. Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara özünə məxsus obyektlərə buraxılmasından sonra həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi səbəbindən geri qaytarılması zamanı vergi ödəyicisi həmin malların aktlaşdırılması və hesablanmış verginin azaldılması üçün vergi orqanına müraciət edir. Müraciət edilmə tarixindən 5 iş günü müddətində vergi orqanının məsul şəxslərinin iştirakı ilə həmin mallar aktlaşdırılır.

186-1.3. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullara görə aksizin azaldılması müvafiq aktın tərtib edildiyi hesabat dövründə həyata keçirilir və vergi hesabatı təqdim edilərkən tərtib edilən akt vergi orqanına təqdim edilir. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullar məhv edildikdə, həmin məhsulların istehsalı zamanı əvəzləşdirilmiş aksizin büdcəyə hesablanması həyata keçirilir.

Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullar məhv edildikdə, əvəzləşdirilmiş aksiz büdəcəyə necə hesablanacaq?

Misal 3: Spirtli içki istehsalçısı olan “AA” şirkəti nağdsız ödəniş etməklə e-qaimə faktura əsasında aldığı içməli spirtə görə 4.000 manat aksiz ödəmiş və həmin spirtdən 2.500 litr konyak istehsal edərək istehsal binasının hüdudlarından kənara çıxarmışdır. Hesabat dövründə ödənilmiş 4.000 manat aksiz əvəzləşdirilmişdir. Fərz edək ki, növbəti hesabat dövründə konyakın bir hissəsi xarab olduğundan geri qaytarılmış və geri qaytarılan konyakın həcminə uyğun olaraq ona sərf edilən içməli spirtə görə əvəzləşdirilən aksizin məbləği 1.200 manat olmuşdur. Əgər istehsalçı həmin malı məhv edərsə, o halda əvəzləşdirilən aksiz məhv etmənin həyata keçirildiyi hesabat dövründə büdcəyə hesablanmalıdır. Başqa sözlə, istehsalçı 1.200 manatlıq aksizi büdcəyə geri qaytarmalıdır.

Vergi Məcəlləsinə əlavə edilən maddələrdən biri də 16.1.4-2-dir. Həmin maddəyə əsasən, vergi ödəyicilərinin vəzifələrinə aiddir:
  • mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək;
  • istehsal prosesi ilə, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı olaraq təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa, dəyişikliklə bağlı dəqiqləşdirilmiş məlumatı təqvim ili ərzində vergi orqanına təqdim etmək.

Baxdığmız misalda istehsal edilən konyaka sərf edilən içməli spirt bu maddənin əhatə dairəsinə düşür.

Mənbə: vergiler.az


Ticarət əlavəsindən ƏDV-nin tutulması


Aristotel, fəlsəfə və mühasibat uçotu (I hissə)

posted in: Xəbər | 0

Təklif olunan məqalədə professor M. L. Pyatov bizi Sidneydə dünya mühasiblər Konqresində (WCOA 2018) qaldırılan məsələlərin müzakirəsindən sanki heç də müasirliklə bağlı olmayan fəlsəfi problematikaya doğru qaytarır. Amma! Bu yazını oxuyarkən, məqalənin qədim fəlsəfi traktatların müddəalarının düşünə biləcəyimiz mühasibatlıq mühitindən o qədər də uzaq olmadığını görmək imkanımız var…

Yenə də Aristotel

2018-ci ilin noyabr ayında biz “1C” firmasından olan sevimli həmkarlarımla Filip Dikhonerin Sidneydə etimad iqtisadiyyatı və şirkətlərin hesabatında onun rolu haqqında məruzəsinə qulaq asdıq. Filip, şirkətlərin yeni hesabat növlərinin vizuallaşdırılmış məzmununun bu məlumatların qeyri-peşəkar istifadəçisi üçün özünəməxsus tələ ola biləcəyini və internetdə əldə edilə biləcək məlumatların mövcudluğu kimi, “istifadəçi yönümlülüyü”nün bu cür məlumatların alıcısında onlara həddindən artıq etibar yarada biləcəyini bizə izah etdi.

Dikhoner deyirdi ki, bir şey anladıqlarını hiss etmək insanların çox xoşuna gəlir. Bu onlara həzz verir. Burada bizə aydın oldu ki, Filip faktiki olaraq Aristotelin “Metafizika” əsərindən ilk sətirləri sitat gətirir: “Bütün insanlar təbiətən biliklərə can atırlar”.


Praktiki “Mühasibat Kargüzarlığı” kursu


Fəlsəfə və mühasibat uçotu

Əgər siz diqqət yetirmisinizsə, “Əyləncəli mühasibat” rubrikasının mövzusu müəyyən mənada daha çox fəlsəfi çalar alır. Biz sizinlə tanınmış mütəfəkkirlərin işlərinin müddəalarını xatırlayaraq, onların məzmunu ilə mühasibat uçotunun müasir problemləri arasında aydın əlaqələr tapırıq.

Bu, təcrübə üçün gərəksiz olan və hazırda işdən yorulmuş oxucu üçün yalnız hansısa intellektual əyləncə düşüncəsi mənasını verən çox uydurma bir şey kimi görünə bilər. Lakin əslində heç də belə deyil.

Bu gün sizi dünya konqresinin aktual problemlərindən tutmuş, əsrlərin dərinliyində sanki həmişəlik batmış qədim fəlsəfi traktatlara qədər geri qaytararaq, demək istəyirəm ki, biz bunu niyə edirik və praktiki mühasib və ya mühasibatlığın müdrikliyini indi öyrənməyə başlayanlar, məhz, indiki zamanda bundan hansı faydaları əldə edə bilər.

İqtisadi fikir bir dünyagörüşü kimi

Fəlsəfə müəyyən mənada bizi əhatə edən dünyaya və bizim özümüzə baxış sistemidir.  O cümlədən, bu, ictimai inkişafın ən mühüm tərkib hissəsi kimi cəmiyyətə və onun iqtisadi həyatına “baxış” deməkdir.

İqtisadi fikrin bütün tarixi-iqtisadiyyatın necə “işlədiyini”, iqtisadi münasibətlərin hansı qanunlarla formalaşdığını və inkişaf etdiyini, hadisələrin inkişafının bu və ya digər ssenarisinin necə proqnozlaşdırıldığını və iqtisadi həyat mexanizmlərini başa düşərək bu dünyanın yaxşılığa doğru necə dəyişəcəyini anlamaq cəhdidir.

İqtisadi baxışların inkişafının təməli kimi həmişə fəlsəfi düşüncə xidmət etmişdir. Çünki, iqtisadiyyat bütövlükdə cəmiyyətin həyatının bir hissəsidir. Bu isə, öz növbəsində, bizi əhatə edən, bizim özümüzün də bir hissəsi olduğumuz gerçəklik elementi kimi mövcuddur. İqtisadi baxışlar həmişə dünyaya ümumi baxışlarımızın və burada öz yerimizin elementidir.

Belə ki, iqtisadi nemətlər anlayışı yaxşılıqlar haqqında ümumi təsəvvürün elementidir, auditorun etik kodeksi etika haqqında ümumi təsəvvürlərə əsaslanır, “iqtisadi insan” isə iqtisadi qərarlar qəbul edən və hərəkətləri həyata keçirən, müəyyən iqtisadi nəticələri olan bir insandır. Bu, öz psixologiyası, sosiumu kontekstində fəaliyyət göstərən, öz fiziki imkanları olan, bu imkanları təkmilləşdirmək istəyən, həzzə can atan, əzablardan və s. qurtulmaq istəyən bir insandır.

Qeyd etmək vacibdir ki, texnoloji tərəqqinin iqtisadi nəticələri də texnologiyaların inkişafı sayəsində bütövlükdə cəmiyyətlə baş verənlərin bir hissəsidir. Burada bir sıra nümunələri misal çəkməyi uzun müddət davam etdirmək də olardı.

Fikir toplusu bir baxış sistemi kimi

İqtisadiyyat, cəmiyyətimizin necə yaşadığını və inkişaf etdiyini anlaya bildiyimiz (və ya anlamaq istədiyimiz) şeylər, sosial biliklərin bir hissəsidir. İstənilən sosial elmin ideyaları, məhz, baş verən proseslərə baxış sistemi, onlar haqqında fikir toplusudur. Bu fikirlər cəmiyyətin inkişafı zamanı, yəni, onun həyatında hakim olan dinlərdə dəyişiklik, siyasi sistemlər, hüquqi normalar, texnoloji tərəqqi, insan davranışının etikası haqqında fikirlər və s., dəyişir.

Bu mülahizələr heç vaxt düzgün və ya səhv olmur. Yalnız müəyyən bir tarixi dövrdə cəmiyyətdə hökm sürən inanc sistemini əks etdirir. Onları “düzgündür” və ya “düzgün deyil”  meyarları üzrə qiymətləndirmək olmaz. Ən azından ona görə ki, onlar özləri cəmiyyətin inkişafına müəyyən dərəcədə təsir edirlər və onda əks olunurlar.

Təsəvvür edin ki, biz sizinlə hansısa asteroidin hərəkətini müşahidə edirik. Bizdə mövcud olan astronomiya təsəvvürləri əsasında onun hansısa planetlə toqquşmasının perspektivləri barədə proqnozlar qururuq. Bu toqquşma ya baş verəcək, ya da baş verməyəcək. Bu fakt bizim irəli sürdüyümüz fikirlərdən heç də asılı olmayacaqdır. Beləliklə, zaman keçdikcə bu və ya digər fərziyyələrimizin nə qədər doğru və ya yanlış olduğunu mütləq qiymətləndirə bilərik.

İqtisadiyyatla isə heç də belə olmur. Təsəvvür edin ki, sabah xəbərlərdə bir sıra aparıcı iqtisadçıların ilin sonuna qədər, məsələn, avronun məzənnəsi 150 rubla qədər artacağı ilə bağlı proqnozlarını verirlər. İqtisadi cəhətdən fəal vətəndaşların bir qismi bu proqnozu eşidərək mütləq fəaliyyətə başlayacaqdır. Məsələn, avronu almağa başlayacaqlar və onların bu hərəkəti mütləq mənada kursun qalxmasına gətirib çıxaracaq. 150 rubla kimi olmasa da, hər halda kurs yüksələcək.


II hissəyə nəzər yetirin


Ticarət əlavəsindən ƏDV-nin tutulması

posted in: Xəbər | 0

Ticarət əlavəsi ədv, işəgötürənin öhdəlikləri 2022, 2022-ci il əməkhaqqıdan tutulmalar, əməkhaqqıdan tutulmalar, 2022-ci il üçün əməkhaqqıdan tutulmalar, Mühasib, vakansiya,Ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinin stimullaşdırılması üçün qanunvericilikdə müəyyən güzəştlər nəzərdə tutulur. Vergi Məcəlləsinə son dəyişikliklə bu sahədə yenilik edilmişdir. Mövzu ilə bağlı maraq doğuran məqamlara Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.

Burada əsas şərt kənd təsərrüfatı məhsullarının tərkibinin dəyişdirilmədən, təbiətdə olduğu ilkin formada, emal əməliyyatlarına məruz qalmadan təqdim edilməsidir. Əgər məhsulların kimyəvi tərkibi dəyişdirilərsə və ya məhsul emal əməliyyatına məruz qalarsa, o halda məhsulların təqdim edilməsi ƏDV-yə cəlb olunur.

Misal 1: Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan ƏDV ödəyicisi fındıq istehsal edib və 5.000 manata satıb. Fındıq təbiətdə olduğu ilkin formada təqdim edilib.

Həmin fındıqdan istehsal olunan şokolad isə 10.000 manata təqdim edilib. Göstərilən məbləğlərə ƏDV daxil deyil. ƏDV öhdəliyini müəyyən edək.

Misaldan göründüyü kimi, fındığın təqdim edilməsi ƏDV-dən azad olan əməliyyat hesab edilir. Çünki təqdimetmə zamanı tərkibi dəyişdirilməmiş və təbiətdə olduğu ilkin formada olmuşdur. Fındıqdan şokolad hazırlanmması isə kənd təsərrüfatı məhsulunun kimyəvi tərkibinin dəyişdirilməsi hesab edilir və bu məhsulun təqdim edilməsi ƏDV-yə cəlb olunur. Baxdığımız misalda vergi ödəyicisinin ƏDV öhdəliyi 1.800 manat (10.000×18% ) olacaqdır.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Ona görə də idxal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə və topdan ticarət qaydasında satışı zamanı ƏDV ticarət əlavəsindən tutulur.

Vergi Məcəlləsinə edilmiş digər dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Misal 2: Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicisi hesabat dövründə 5.000 manatlıq kənd təsərrüfatı məhsulu idxal etmişdir. İdxal zamanı gömrük orqanları tərəfindən 900 manat (5.000×18%) ƏDV tutulmuşdur. Pərakəndə ticarətçi həmin malı 6.800 manata (1.800 manat ticarət əlavəsi ilə) daxili bazarda təqdim etmişdir. ƏDV öhdəliyini müəyyən edək.

Misaldan göründüyü kimi, pərakəndə ticarətçi məhsula 1.800 manat ticarət əlavəsi tətbiq etmişdir. Bu halda, büdcə qarşısında 324 manat (1800×18%) ƏDV öhdəliyi yaranır, idxal zamanı gömrük orqanları tərəfindən tutulan 900 manat ƏDV məbləği isə əvəzləşdirilmir. Eyni hal topdansatış fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicilərinə də şamil edilir.

Mənbə: vergiler.az


Bax: İcbari əmlak sığortası zamanı əmlakın dəyərinin hesablanması şərtləri


1 745 746 747 748 749 750 751 2. 691