Ödəniş tapşırıqlarına dair yeni tələblər müəyyən edilib

posted in: Xəbər | 0

fiziki şəxslərin əmlak vergisi, əmlak vergisi, vergi yükünün azaldılması, Mədən vergisi dəyişikliklər, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti tərəfindən Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qanun təsdiq edilib. Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş bəzi dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə təqdim edir.

Məcəlləyə edilmiş mühüm dəyişikliklərdən biri 01.01.2022-ci il tarixdən etibarən vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks olunması ilə bağlıdır.

Belə ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə alınmış, habelə idxal edilmiş mal, iş və xidmətlərə, həmçinin borc və avans ödənişlərinə görə vergi ödəyiciləri tərəfindən aparılan köçürmələrin ödəniş tapşırıqlarının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks olunması ilə bağlı vergi ödəyicilərinə tələb və bu tələbin pozulmasına görə maliyyə sanksiyası müəyyən edilib. Həmin məlumatlara ödənişin aid olduğu elektron qaimə-fakturanın seriyası və nömrəsi, xarici ticarət fəaliyyəti üzrə yük gömrük bəyannaməsinin və ya qısa idxal bəyannaməsinin seriyası və nömrəsi, xidmətlərin alışı ilə bağlı hesab-fakturanın (invoys) tarixi və nömrəsi, avans ödəmələrinə münasibətdə təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin tarixi və nömrəsi, yaxud tərəflər arasında bağlanmış müqavilənin və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi, borc ödəmələrinə münasibətdə təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin tarixi və nömrəsi və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi aiddir.

Qeyd olunan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Təcrübədə sahibkarlıq subyektləri arasında aparılan hesablaşmalar zamanı müxtəlif təyinatlar (ixtisar edilmiş sözlərdən, müqavilə, razılaşmaya əsasən, verilmiş qaiməyə əsasən və s. qeyri-müəyyən sözlərdən istifadə olunmaqla) qeyd edilməklə ödənişlər həyata keçirilir ki, həmin ödənişlərin hansı dövrün əməliyyatlarına aid olduğu müəyyən edilmir və bu, vergi nəzarəti tədbirləri zamanı çoxsaylı mübahisələrin yaranmasına səbəb olur. Bu baxımdan, qanunvericiliyə edilmiş dəyişikliklərdə vergi ödəyiciləri arasında bank hesabları üzrə aparılan ödənişlərin təkmilləşdirilməsi, həmin sahəyə vergi nəzarətinin artırılması və aparılan əməliyyatların şəffaflığının təmin olunması məqsədilə ödəmə tapşırıqlarının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks etdirilməsi öz əksini tapıb.

Göründüyü kimi, dəyişiklik vergi ödəyiciləri arasında aparılan hesablaşmalar zamanı ödəniş intizamının artırılmasına və vergi nəzarəti tədbirləri zamanı mübahisəli halların aradan qaldırılmasına şərait yaradacaq.

Mənbə: vergiler.az


Orta və iri sahibkarlıq subyektləri tərəfindən gəlirlərin və xərclərin uçotu hesablama metodu ilə aparılacaq

posted in: Xəbər | 0

pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıDövlət Vergi Xidmətindən bildirilib ki, mikro sahibkarlıq subyektləri istisna olmaqla, orta və iri sahibkarlıq subyektləri tərəfindən gəlirlərin və xərclərin uçotu 1 yanvar 2022-ci il tarixdən, kiçik sahibkarlıq subyektləri tərəfindən isə 1 yanvar 2023-cü il tarixdən yalnız hesablama metodu ilə aparılacaqdır.

Qeyd: Orta və iri sahibkarlıq subyektləri 2022-ci il yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranan debitor və kreditor borcları barədə forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən məlumatı müvafiq olaraq 2022-ci il martın 31-dək və 2023-cü il martın 31-dək vergi orqanına təqdim edirlər.

Vergi uçotu ilə mühasibat uçotu arasında fərqliliklərin aradan qaldırılması məqsədilə, mikro sahibkarlıq subyektləri istisna olmaqla digər sahibkarlıq subyektləri tərəfindən gəlirlərinin və xərclərinin uçotunu hesablama metodu ilə aparılacaqdır.

Mənbə: vergiler.az


Gələcəkdə mühasib peşəsinin hansı perspektivləri var? (II hissə)

posted in: Xəbər | 0

Mühasib peşəsi səriştələrin daim artırılmasını, qanunvericilikdəki yenilikləri izləməyi, bilik və bacarıqları yüksəltməyi zəruri edən intellektual və məsuliyyətli bir ixtisasdır. Təşkilati-hüquqi formasından və ölçüsündən asılı olmayaraq heç bir müəssisə mühasibat uçotu aparılmadan keçinə bilməz. Buna görə də, xüsusi diplomu və təcrübəsi olan insanlara tələbat həmişə var. Bu ixtisas üzrə illərlə işlədikdən sonra cəsarətlə deyə bilərik ki, bu peşə heç vaxt sıradan çıxmayacaq. Bunu sübüt etməyə çalışacağıq. (I hissəyə nəzər yetirin)

Autsorsinq şirkətləri ayrı-ayrı mütəxəssisləri əmək bazarından sıxışdıracaq?

Dəyişən iqtisadi şərtlərə uyğunlaşmağı, müəssisənin maliyyə siyasətini qurmağı və biznesin inkişafını proqnozlaşdırmağı bacaran mühasiblər işsiz qalmayacaqlar. Müasir üst səviyyədən olan mühasib, əslində, direktorun sağ əlidir. Buna görə mütəxəssis idarəetmədə əlavə təcrübəyə, milli və beynəlxalq maliyyə uçotu standartlarının biliklərinə malik olmalıdır. MHBS ilə tanış olmayan və onların öyrənilməsi ilə məşğul olmayan mühasiblər, ehtimal ki, gələcəkdə işsiz qalacaqlar.

Gələcəkdə daha çox təşkilatlar və sahibkarlar autsorser xidmətlərinə üstünlük verəcəklər. Şirkətlərin rəhbər heyəti, uğursuz ola biləcək fərdi bir mütəxəssisdən daha çox, hər hansı bir mütəxəssis qrupunun rəylərini dinləməyi üstün tutur. Gizlətməyə çalışmayacağıq, belə ki, rəsmi olaraq müəssislərədə işə düzələn bəzi mühasiblərin bu kimi işlərə əl atması halları az deyil:

  • işləmək üçün rəqabətdə olan şirkətə keçid;
  • müştəri bazasının oğurlanması;
  • saxta şəxslərə və ya firmalara pul köçürülməsi;
  • kontragentlərlə sövdələşmələr;
  • şirkətin vəsaitlərindən şəxsi maraqlar üçün istifadə edilməsi.

Bu cür “peşəkarlarla” sıx “əməkdaşlıq” bir çox problemlərə yol aça bilər. Söhbət nəzarət orqanları tərəfindən cərimələrdən, firmanın nüfuzunun itirilməsindən, hesablaşma hesablarının bloklanmasından, inzibati və cinayət məsuliyyətinə cəlb olunmadan gedir.


III hissəyə nəzər yetirin


ƏDV depozit hesabı üzrə sərəncam necə tətbiq edilir?

posted in: Xəbər | 0

ƏDV, Elektron ticarət,ƏDV depozit hesabı üzrə borcun alınması zamanı vergi orqanı tərəfindən hansı halda icra sərəncamı göndərilir? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 65.2.3-1-ci maddəsinə əsasən, bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir.

Vergi üzrə digər borcların alınması qaydasında olduğu kimi, ƏDV depozit hesabı üzrə borcun alınması zamanı iki halda vergi orqanı tərəfindən dondurulma yox, icra sərəncamı göndərilir.

Birinci hal: Tutaq ki, vergi ödəyicisi vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində 300 manat vergi öhdəliyinin olmasını bəyan edir. Bu halda, vergi borcunun alınması üçün dondurulma yox, icra prosesi həyata keçiriləcək. Çünki vergi ödəyicisinin bəyan etdiyi vergi üzrə borc yaranıb.

İkinci hal: Vergi orqanı kameral vergi yoxlaması zamanı vergi ödəyicisinə ƏDV hesablayır. Vergi ödəyicisi vergi orqanına yazılı müraciət edərək vergi borcu ilə razılaşdığını bildirir. Bu zaman artıq vergi orqanı vergi ödəyicisinə icra sərəncamı ilə vəsaitin ödənilməsinə icazə verəcək.

Mənbə: vergiler.az


Bax: ƏDV-nin hesablanmasında yaranan problemlər və həlli yolları


1 754 755 756 757 758 759 760 2. 691