Yararsız malların uçotdan silinməsi gəlirdən çıxılır?

posted in: Xəbər | 0

Yararsız malların uçotdan silinməsi gəlirdən çıxılır?

Sual: Alınan və ya idxal edilən yararsız malların (təchizatçıya qaytarılmırsa) uçotdan silinməsi, ləğv edilirsə, həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılan xərcdir, yoxsa sərbəst mənfəət hesabına silinir? Eyni zamanda istehsal prosesi zamanı zay olan məhsul və ya istifadə müddəti bitmiş, satılmayan hazır məhsul utilizasiya olarsa, ləğv edilən malın dəyəri gəlirdən çıxılan xərcdirmi?

Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müraciətinizdə qeyd olunan yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.

Əlavə olaraq, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu, 159.5-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:


Müəssisədaxili intizam qaydaları nədir?

posted in: Xəbər | 0

Müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər.

Müəssisədaxili intizam qaydaları bu Məcəlləyə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir.

Qeyd: Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri “əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək”dir.

İşəgötürənin əsas hüquqlarından biri “işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək”dir.

İşəgötürən Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılmasını həyata keçirə və ya müəssisədaxili intizam qaydalarını pozduğuna görə işçinin barəsində tənbeh tədbiri görə bilər.


Bax:


Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş 1 milyon manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 11 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 1 milyon 24 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Xidmətin gördüyü tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 1 milyon 6 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.

Yanvar-noyabr aylarında 28 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.

Mənbə: sosial.gov.az


Auditorlar Palatası Şurasının gələn il üçün iş planı təsdiq edilib

posted in: Xəbər | 0

auditor xidməti,Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

Bu barədə Palataya istinadən xəbər verilir.

Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:

1. Auditorlar Palatası Şurasının 2022-ci il üzrə iş planının təsdiq edilməsi;

2. Auditin dəyərliliyinin yüksəldilməsi istiqamətində tədbirlərin müntəzəm həyata keçirilməsi;

3. Auditorların auditor xidməti bazarında haqsız və qeyri-qanuni hərəkətlərə görə məsuliyyət tədbirləri sisteminin təkmilləşdirilməsi;

4. Mikro, kiçik və orta auditor təşkilatlarında və sərbəst auditorlarda işin keyfiyyətinə nəzarətə dair metodik vəsait;

5. “Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditlərin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi üzrə 2022-ci il üçün Plan-qrafik”lərin təsdiq edilməsi;

6. Auditor xidmətində dempinqə qarşı mübarizəyə dair tövsiyələr;

7. Auditorlar Palatasının fəaliyyəti barədə ictimaiyyətin KİV-lər vasitəsilə məlumatlandırılması;

8. Vətəndaşların qəbulunun, ictimai nəzarətin, Appelyasiya komissiyasının fəaliyyətinin təşkili, daxil olmuş ərizə və şikayətlərə baxılması;

9. Auditin keyfiyyətinə dair daxil olmuş müraciət, ərizə və şikayətlər üzrə araşdırmaların aparılması.

Mənbə: report.az


1 766 767 768 769 770 771 772 2. 686