Kapital Bank-dan təmir işləri üçün “Daşınmaz əmlak təminatlı kredit” əldə edin!

posted in: Xəbər | 0

Kapital Bank hər zaman müştərilərin pula olan tələbatlarını qarşılamaq üçün endirimli və güzəştli şərtlərlə müxtəlif kredit aksiyaları keçirir, həmçinin məhsulların şərtlərini sadələşdirir. Bu dəfə mənzilini, həyət evini, bağını, qeyri-yaşayış sahəsini və ya obyektini təmir etmək istəyənlər və digər məqsədlər üçün əmlaklarını girov qoymaqla Kapital Bank-dan 100 000 manatadək kredit ala bilərlər.

Şərtlərə görə, qeyd olunan təminat predmetləri Bakı, Abşeron və ya Sumqayıt ərazisində olmalıdır. Maksimum 7 il müddətinə verilən kreditin illik faiz dərəcəsi 15%-dən başlayır.

Kredit verildikdə təminat qismində olan mənzillərə sığorta tələb edilmir. Yalnız fərdi tikili və ya qeyri-yaşayış sahələri sığortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Müharibə veteranı adı almış şəxslərin hansı gəlirləri vergidən azaddır?

posted in: Xəbər | 0

Əməkhaqqından tutulmalar, Əmək haqqından tutulmaların təyinatları, Əməkhaqqından tutulmaların təyinatları, gəlir vergisi,Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat, illik gəliri 30.000 manatadək olduqda, 2.400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Qanunvericiliyin tələbini şərh edən mühasibat mütəxəssisi Emin Salamov Məcəllənin digər müddəasında da belə tələbin olduğunu qeyd edib. Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Bununla yanaşı Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə uyğun olaraq 3 ildən az olmayan müddətə işçi ilə həyatın yığım sığortası üzrə bağlanan müqavilə zamanı işçinin vergiyə cəlb olunan gəlirlərinin 50 faiz hissəsi vergidən azaddır.

Misal: Tutaq ki, dövlət təşkilatında çalışan müharibə veteranı olan işçinin noyabr ayı üzrə əməkhaqqı 1.500 manatdır. İşçi sığorta təşkilatı ilə 3 ildən az olmayan müddətdə həyatın yığım sığortası üzrə müqavilə bağlayıb və hər ay sığorta şirkətinə 500 manat vəsait ödəyir. Bu zaman işçinin əməkhaqqından nə qədər məbləğ vergidən və sosial sığorta haqqından azad olacaq?

İlk öncə qeyd etmək lazımdır ki, əgər işçi ilə sığorta təşkilatı arasında bağlanılan müqavilə 3 ildən az olan müddətdə ləğv edilərsə, bu halda işçinin əməkhaqqından müqavilə ləğv olunana qədər vergidən və məcburi dövlət sosial sığorta haqqından azad olunan məbləğlər yenidən hesablanılıb büdcəyə ödənilməlidir.

Burada aylıq gəlir yox, vergiyə cəlb olunan gəlir qeyd edildiyindən biz yalnız 900 manatı gəlir vergisindən azad edə bilərik.

(1500-200-400) x 50% = 450 manat.

Həmçinin, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən, işçinin gəlirinin 50 faizindən çox olmayan hissəsi məcburi dövlət sosial sığorta haqqından azaddır. Bu halda Qanunda gəlir yazıldığı üçün 750 manatadək (1500*50%) olan hissə məcburi dövlət sosial sığorta haqqından azad olunur. Burada sığorta təşkilatına ödənilən 500 manat məbləğ qanuna əsasən, azadolunan 750 manat məbləğdən az olduğu üçün ancaq sığorta təşkilatına ödənilən 500 manat azad olunur.

Həmçinin, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında həyatın yığım sığortası üzrə ödənilən məbləğlərdən azad olma nəzərdə tutulmayıb. Beləliklə, müharibə veteranının ödənişləri belə hesablanır:

(1500-200-400-450 x 14%) = 63 manat.

(500 – 450 x 14%) = 7 manat.

(1500 – 500 x 3%) = 30 manat (MDSS)

1500 x 0.5% = 7.50 manat (işsizlikdən sığorta haqqı).

1500 x 2% = 30 manat (icbari tibbi sığorta haqqı).

Beləliklə, işçinin əlinə alacağı məbləğ 862.50 manatdır:

1500-500-63-7-30-7.50-30 = 862.50 manat.

Həyatın yığım sığortası üzrə ödənilən məbləğ – 500 manat.

Mənbə: vergiler.az


Bax:


İnvestisiya təşviqi sənədi üzrə gətirilmiş avadanlıqlar hansı halda vergiyə cəlb olunur?

posted in: Xəbər | 0

İnvestisiya təşviqi sənədi üzrə gətirilmiş avadanlıqlar digər şirkətə ƏDV ilə yoxsa ƏDV-siz satılır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinə uyğun olaraq investisiya təşviqi sənədi müvafiq qaydalarla müəyyən olunmuş meyarlara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir.

İnvestisiya təşviqi sənədi, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən, investisiya təşviqi sənədi alan şəxsə ƏDV üzrə güzəştlər yalnız müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı tətbiq olunur.

Qeyd olunanlara əsasən, investisiya təşviqi sənədi alınmış və vergi azadolmaları tətbiq edilməklə idxal olunan avadanlığın sonradan investisiya fəaliyyətinə aid olmayan əməliyyat çərçivəsində təqdim edilməsi ƏDV-nin vergitutma obyektidir.

Mənbə: vergiler.az


Bax:


İqtisadiyyatı öyrənmək üçün lazım olan 12 əsas anlayış (I hissə)

posted in: Xəbər | 0

12 əsas iqtisadi anlayış (I hissə)

Dünya iqtisadiyyatı anlayışı,

  • İqtisadiyyat iki əsas istiqamətə malikdir  – mikroiqtisadiyyat və makroiqtisadiyyat.
  • Təklif və tələbat qanunu – iqtisadiyyatın təməlidir.

Hər hansı bir məhsulun tədarükündə artım müşahidə olunanda onun qiyməti aşağı düşür və hər dəfə mala tələbat artdıqda isə qiymət yüksəlir. Beləliklə, sizdə buğda istehsalı həddən ziyadə yüksəldikdə, qida ərzaqları məhsullarının qiyməti aşağı düşməlidir. İstehsal aşağı düşdükdə isə əksi baş verir.

  • Faydalılıq limiti. 

Sizdə hər dəfə hər hansı bir şeyin miqdarı artdıqda, onun istifadə imkanları azalır. Məsələn, 300 manatlıq aylıq maaşınıza 100 manatın əlavə olunması, sizi ayda 1000 manatlıq qazancınızdan daha çox xoşbəxt edəcəkdir. Bu, məhsulların qiymətinin yaranmasında geniş istifadə olunur.

  • Ümumdaxili məhsul (ÜDM)

ÜDM iqtisadiyyatın həcminin əsas ölçüsüdür. O, bütün insanların gəlirlərinin cəminə və ya bu ölkədə istehsal olunan bütün malların və xidmətlərin bazar dəyərinin cəminə bərabərdir. Məsələn, dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ, 21 trilyon dollar səviyyəsində ÜDM-ə malikdir.  Bu isə o deməkdir ki, ABŞ-da hər il 21 trilyon dollarlıq məhsullar və xidmətlər istehsal olunur.

  • İqtisadiyyatın artım templəri

İqtisadi artım, ümumiyyətlə, ÜDM həcminin artım templəri, adambaşına düşən məhsul artımı templəri və iqtisadiyyatın əsas sahələrinin istehsalının artım templəri ilə ölçülür. İqtisadi artım nisbətləri əvvəlki və gələn il üçün faiz nisbətində məlumatlar əsasında hesablanır.

  • İnflyasiya

Yəqin ki, siz əksər ərzaq məhsullarının qiymətlərinin əvvəlki illərə nisbətən daha yüksək olduğuna diqqət yetirmisiniz. İnflyasiya (faizlərlə ölçülür) – bu, “iqtisadi tərəzidir”, keçən illə müqayisədə mal və xidmətlərin ümumilikdə nə qədər bahalaşdığını göstərir. İnkişaf etmiş ölkələrdə illik inflyasiya təxminən 2% təşkil edir ki, bu da mal və xidmətlərin orta hesabla qiymətinin hər il 2%  yüksəlməsinin göstəricisidir. Mərkəzi bankların başlıca rolu inflyasiyanı tənzimləməkdən və onu aşağı səviyyədə saxlamaqdan ibarətdir (lakin, mənfi dəyərlərdə deyil).


II hissəyə nəzər yetirin


1 770 771 772 773 774 775 776 2. 686