Təbii inhisarçılığın tənzimlənməsi (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Təbii inhisarçılığın tənzimlənməsi (II hissə)

I hissəyə nəzər yetirin

Təbii inhisarların qiymətlərinin tənzimlənməsinin xüsusi orqanları xərclərin qiymətləndirilməsi əsasında onun rentabelliyini tənzimləyir, yəni, inhisarçılığın xərcləri şişirtməyə birbaşa marağı var. Təbii inhisarların effektiv tənzimlənməsi onların xərclərinə daim nəzarət edilməsini tələb edir.

Bəzi təbii inhisarların fəaliyyətində daha bir cəhət də vardır. Bir çox məhsul növlərini mühafizə etmək və qoruyub saxlamaq mümkün deyil və onların istehsalı prosesində dərhal istehlak edilməlidir (məsələn, elektrik enerjisi, rabitə və s.). Bu vaxt həmin məhsullara tələbat zaman baxımından əhəmiyyətli dərəcədə dəyişir və ya başqa sözlə, müəyyən dövrlərdə maksimal, pik tələbat mövcuddur. Müəssisələr öz növbəsində başqa vaxtlarda istifadə olunmayan istehsal güclərinin saxlanması bahasına bu tələbatı ödəməyə hazır olmalıdırlar.

Belə bir vəziyyətdə qiymətləndirmə siyasəti nə olmalıdır? Burada, bir qayda olaraq, “mişarvari” qiymət metodu tətbiq olunur: pik yüklənmələr dövründə yüksək qiymətlər və digər vaxtlarda aşağı qiymətlər. Bu, xidmətlərdən pik hesab olunmayan dövrlərdə istehlak etməyə təşviq edir.

Təbii inhisar fəaliyyətini tənzimləmək üçün başqa bir yol da var: rəqabətin yaradılması, bazar içərisində rəqabətin miqyasından, qənaətin olması səbəbindən mümkün olmadığı yerdə-bazarlara xidmət etmək hüququ üçün hakimiyyət orqanları tərəfindən auksionların təşkili. Hərracın qalibi büdcəyə ən çox pul məbləği verməyi öhdəsinə götürən şəxs və ya şirkət olacaq.

Məsələn, yaşayış fondunun saxlanılması və təmiri hüququ üçün hərracın təşkili mümkündür (ilk belə hərrac 1996-cı ildə Sankt-Peterburqda keçirilmişdi), istilik şəbəkələrinin saxlanılması hüququ və s.


Print Friendly, PDF & Email