Əməkhaqqıdan tutulmaların təyinatları

posted in: Xəbər | 0

Əməkhaqqından tutulmalar, Əmək haqqından tutulmaların təyinatları, Əməkhaqqından tutulmaların təyinatları, gəlir vergisi,Əvvəlki yazılarımızda işçinin aylıq əməkhaqqıdan aparılan tutulmalar barədə yazaraq həmişəki kimi maarifləndirməyə çalışdıq. Bu yazımızda isə həmin tutulmaların işçiyə faydaları və tutulmaların təyinatı barədə məlumat verməyə çalışacağıq.

Mövzuya başlamazdan əvvəl hansı tutulmaların olması barədə qısa xatırlatma etmək istərdik.

Hazırki qanunvericiliyə görə işçinin əməkhaqqısından aşağıda göstərilən tutulmalar həyata keçirilir.

  1. Gəlir vergisi;
  2. Sosial sığorta haqqı;
  3. İşsizlikdən sığorta haqqı;
  4. Tibbi sığorta haqqı;
  5. Bəzi müəssisələrdə həmkarlar ittifaqına ödənilən tutulmalar.

Tutulmaların faydaları və ya təyinatı aşağıdakı kimi müəyyən edilmişdir:

Gəlir vergisi. Vergi ümumilikdə dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatıdır ki, dövlət büdcəsi də sırf bu kimi təminatlar hesabına formalaşır. Hər bir şəxsin əməkhaqqısından tutulan gəlir vergisi həm Konstitusiya ilə müəyyən edilmiş vəzifə, həm də vətəndaşlıq borcu kimi çıxış edir.

Sosial sığorta haqqı. Həm işçidən, həm də işəgötürəndən tutulan sosial sığorta haqqı fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itkilərinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta haqları bir qayda olaraq işçinin əmək qabiliyyətini itirdiyi dövrdə (xəstəlik, əlillik, hamiləlik, pensiya və s) itkilərinin kompensasiya edilməsinə yönəldilir. Onu da qeyd edək ki, sosial sığorta haqları pensiya sisteminin də təminatı kimi çıxış etdiyi üçün işçinin əmək pensiyası yaşına çatdıqda və pensiya hüququ qazandığı vaxt alacağı pensiyanın formalaşmasına təsir edən amil kimi çıxış edir. Eyni zamanda sosial sığorta haqları müavinətlərin ödənilməsinə də yönəldilir.

İşsizlikdən sığorta haqqı. Bu sığorta növünün təyinatı üzrə işçi ixtisar, müəssisə ləğvi və ya müqavilənin müddətinin bitməsi ilə əlaqədar işdən azad edildikdə onun maliyyə itkilərinin müəyyən hissədə kompensasiya edilməsi məqsədilə tətbiq edilir.

Tibbi sığorta haqqı. Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi olmaqla, sağlamlığa dəymiş zərərin tibbi xidmətlər zərfində göstərilmiş həcmə uyğun olaraq aradan qaldırılması məqsədilə tətbiq edilir. Xatırladaq ki, 2021-ci ilin aprel ayının 1-i tarixindən başlayaraq bütün ölkə ərazisində tibbi xidmətlərin icrası təmin ediləcəkdir.

Həmkarlar ittifaqına tutulmalar. Həmkarlar ittifaqları işçilər arasında fərq qoyulmadan və işəgötürənə tabeçiliyi olmadan yaradılan işçilərin birliyidir. Əsas təyinatı işçilərin təminatlarının yaxşılaşdırılması, işçi hüquqlarının müdafiəsi olduğu kimi, bu birlik kollektiv müqavilələr bağlanarkən işçiləri təmsil edir və onlar üçün faydalı təklifləri işəgötürənlərlə müzakirə edir.

Müəllif: Praktiki Hüquqşünas, Şəhriyar Həbilov


Bax:


21 noyabr Rusiyada Mühasiblər Günüdür

posted in: muhasibat, Xəbər | 0

Baxmayaraq ki, dünyada Beynəlxalq Mühasiblər Günü noyabrın 10-da qeyd olunur, elə ölkələr də var ki, həmin peşə bayramını başqa bir tarixdə Milli Mühasiblər Günü kimi qeyd edirlər. Bu ölkələrdən biri də Rusiyadır.

Mühasib Günü – mühasibat uçotu sahəsində çalışan mütəxəssislərin peşə bayramıdır. Demək olar ki, bütün peşə nümayəndələrinin öz bayramları var. Rusiyada təqvimdə Mühasib Günü ilə bağlı qırmızı rənglə qeyd olunmuş tarix yoxdur. Buna baxmayaraq, mühasiblərin əksəriyyəti ənənəvi olaraq həmin tarixi günü noyabrın 21-də, Rusiya prezidenti Boris Yeltsinin 1996-cı ildə “Mühasibat uçotu haqqında” Qanunu imzaladığı gün qeyd edirlər. Yeri gəlmişkən, həm də vergi orqanları öz bayramlarını, məhz, noyabrın 21-də qeyd edirlər.

Bir çox illərdir ki, Moskva mühasibləri öz peşə bayramlarını noyabrın 16-da qeyd edirlər. Bundan əlavə bəzi mənbələrdə mühasiblər gününün noyabrın 25 və ya 28-də – “Mühasibat uçotu haqqında” Qanunun dərc edildiyi tarixdə qeyd olunması barədə də məlumatlar tapmaq olar. Bir sözlə, dəqiqliyi sevən bir peşə üçün xarakterik olmayan qarmaqarışıqlıq hökm sürür.

Təkcə ayrıca götürülmüş bir müəssisənin deyil, bütün dövlətin iqtisadiyyatının uğuru, məhz mühasiblərin dəqiq işindən asılıdır.

Maraqlıdır ki, Rusiyanın bəzi regionlarında Mühasib Günü ilə bağlı regional bayramlar da qeyd olunur. Məsələn, Yaroslavl vilayətində bu bayram aprelin ilk istirahət günü qeyd olunur. Volqoqrad vilayətində Mühasib Günü noyabrın 1-də, Krasnoyarsk diyarında noyabrın 12-də, Sankt-Peterburqda noyabrın 15-də, Moskvada isə noyabrın 16-da, Tatarıstanda noyabrın son cümə günü qeyd olunur.

Vergi orqanı tərəfindən hesabatların qəbul edilməməsinə səbəb olan hallar

posted in: Xəbər | 0

əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıDövlət Vergi Xidmətindən bildirilib ki, vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir:

  • vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə;
  • vergi dövrü əks olunmadıqda;
  • vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq edilmədikdə;
  • vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda;
  • vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olmadıqda.

Əsaslandırma: Vergi Məcəlləsinin 72.6-cı maddəsi.

Mənbə: vergiler.az


Bax:


Maliyyə və mühasibat uçotu ixtisası üzrə xaricdə təhsil (II hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu ixtisası təhsil, Məlum olduğu kimi, hazırda xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil almaq mümkündür. Bəs maliyyə, xüsusilə də mühasibatlıq üzrə dünyada ən yaxşı təhsil müəssisələri hansılardır?

Bu sahədə ən yaxşı təhsil verən on universitet barədə məlumatı diqqətinizə çatdırırıq → I hissəyə nəzər yetirin

“Harvard” Universiteti, ABŞ, Massaçusets ştatı

“Harvard” Universiteti ABŞ-ın ən prestijli universitetlərindən biridir. Bu universitet 1636-cı ildə təsis edilib və öz əmlakının və geniş kitabxanasının yarısını sözügedən universitetə hədiyyə etmiş din xadimi Çon Harvardın şərəfinə “Harvard” Universiteti adlandırılıb. Hazırda universitetdə 21000 tələbə təhsil alır ki, onların da əksəriyyəti magistratura və doktorantura tələbələridir.

Bu universitetdə bakalavr təhsili almaq üçün 54 000 dollar ödəniş etmək lazımdır.

Magistraturada təhsil haqqı isə 49 448 dollardan başlayır.

“London South Bank” Universiteti, İngiltərə London

“London South Bank” Universiteti – Londonun ən qədim və nəhəng təhsil ocaqlarından biridir. Təklif olunan kursların əksəriyyəti konkret sənaye sahəsinin nümayəndələri ilə birgə yaradılmış, bu və ya digər sahənin mütəxəssislərinin nüfuzlu assosiasiyaları tərəfindən akkreditə olunmuşdur. Təlimin praktik aspektinə çox diqqət yetirilir – inteqrasiya olunmuş kurslar sayəsində LSBU tələbələri Londonun müxtəlif müəssisələrində təcrübə keçirlər.

Bu universitetdə bakalavr təhsili almaq üçün 12 500 funt sterlinq ödəniş etmək lazım gəlir.

Magistraturada oxumaq da 12 500 funt sterlinqə başa gəlir.

“Long İsland” Universiteti, ABŞ Nyu-York ştatı

“Long Island” Universitetinin ilk kampusu 1926-cı ildə yaradılıb. Hazırda universitetin iki kampusunda 15 000 tələbə təhsil alır.

Bu universitetdə bakalavr təhsili almaq 37 926 ABŞ dollarına başa gəlir.

Magistraturada oxumaq üçün isə 31 176 dollar ödəniş etmək lazım gəlir.


III hissəyə nəzər yetirin


1 785 786 787 788 789 790 791 2. 685