Kapital Bank yenilənən Ağstafa filialını istifadəyə verdi

posted in: Xəbər | 0

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Ağstafa filialı, Ağstafa şəhəri, Cəfər Cabbarlı küçəsi, 25A ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın Ağstafa filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Nizamnamə kapitalına pay kimi qoyulan binaların yenidən qiymətləndirilməsi

posted in: Xəbər | 0

bərbər fəaliyyəti vergi öhdəliyi,Təcrübədə bir çox hallarda şirkətlər əvvəllər nizamnamə kapitalına pay kimi qoyduğu binaların yenidən qiymətləndirilməsini həyata keçirir və yenidən artırılmış dəyərini nizamnamə kapitalına yönəldirlər. Bəs belə rəsmiləşdirmələr düzgündümü? Bu barədə sərbəst auditor Altay Cəfərov suala misal üzərindən aydınlıq gətirib.

Misal: “AA” MMC-nin təsisçisi 2020-ci ildə nizamnamə kapitalının formalaşdırılması üçün 100.000,00 manatlıq binanı pay kimi qoymuşdur. Cəmiyyət rəhbərliyi uçot siyasətində dəyişiklik edilməsini qərara alımışdır və artıq 2021-ci ilə keçiddə binanı yenidən qiymətləndirməyi tapşırmışdır. Bununla da binanın yenidən qiymətləndirilmiş dəyəri 150.000,00 manat olmuşdur. Təsisçi qərara alımışdır ki, nizamnamə kapitalı daha 50.000,00 manat artırılsın və bu artırma yenidən qiymətləndirmə nəticəsində artırılmış 50.000,00 manat hesabına formalaşdırılsın.

Belə olan halda, əməliyyatların yazılışı aşağıdakı kimi olacaqdır:

DT KT Əməliyyatın adı Məbləğ
302 301 Nizamnamə kapitalı qeydə alınmışdır 100.000,00
111 302 Nizamnamə kapitalı bina şəklində formlaşmışdır 100.000,00
111 331 Bina yenidən qiymətləndirilmişdir 50.000,00

Bütün yazışmalar və əməliyyatlar artıq burada sona çatır. Belə ki, yenidən qiymətləndirmə nəticəsində yaranmış müsbət məbləğ kapital bölməsinin 331-ci balans hesabında yığılır. 16 saylı Beynəlxalq Mühasibat Uçotu Standartına görə, bu hesabda yığılmış məbləğ ancaq yenidən qiymətləndirmə ilə bağlı olan əməliyyat üçün istifadə oluna bilər. Yəni artırılmış dəyər üzrə amortizasiya ayırmaları burada yığılmış məbləğdən azaldıla bilər. Bundan əlavə, sonrakı illərdə yenidən qiymətləndirmə nəticəsində mənfi fərq olarsa, onda 331-ci hesabdan azaldıla bilər.

Amma nizamnamə kapitalının formalaşdırılmasına bunu yönəltmək olmaz. Bu, həmçinin, məntiqi və mahiyyət etibarı ilə də düzgün deyildir. Belə ki, cəmiyyətin nizamnamə kapitalına pay kimi qoyulmuş bina artıq cəmiyyətin özünündür və bunun təsisçiyə heç bir aidiyyəti yoxdur. Artıq həmin bina ilə bağlı olan bütün risklər, zərər və mənfəətlər yalnız cəmiyyətə məxsusdur. Odur ki, vergi ödəyiciləri belə rəsmiləşdirmələrdə diqqətli olmalıdırlar.

Mənbə: vergiler.az


Bax:


Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi

posted in: Xəbər | 0

vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Məlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim edilib. Qanunvericiliyə təklif olunmuş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.

Qanun layihəsi ilə bağlı müzakirələr davam etdiyindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan bəzi əsas dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.

Gəlir vergisi üzrə güzəştlər

Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması istiqamətində verilmiş təkliflərdən biri şəhid olmuş şəxslərin ailə üzvlərinə və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara verilən maddi yardımın 10.000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.

Məlum olduğu kimi, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır və bu azadolma sosial statusundan asılı olmayaraq maddi yardım alan bütün fiziki şəxslərə tətbiq edilir.

Şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı olaraq bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq maddi yardımların 10.000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi təklif olunur.

Gəlir vergisi üzrə təklif edilən digər bir dəyişiklik ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10.000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40.000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.

Vergi Məcəlləsi qüvvəyə mindiyi 2001-ci il tarixdən etibarən müalicə haqlarının dəyərinin 1.000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, müavinətin dəyərinin 2.000 manatadək olan hissəsi gəlir vergisindən azad edilib. Ötən dövr ərzində tibb sahəsində qiymət artımları, habelə cərrahiyyə əməliyyatlarının mövcud qiymətləri nəzərə alınaraq ölkə daxilində həmin məbləğlərin 1.000 manatdan 10.000 manata, xüsusilə xarici ölkələrdə müalicə haqlarının, o cümlədən cərrahiyyə əməliyyatlarının məbləği yüksək olduğundan 2.000 manatdan 40.000 manatadək artırılması təklif edilib.

Mənbə: vergiler.az


Əmlak icarəsinin maliyyə lizinqi sayılmasına hansı hallarda icazə verilir?

posted in: Xəbər | 0

Əmlak icarəsinin maliyyə lizinqi sayılması Vergi Məcəlləsinin müddəaları ilə tənzimlənir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 140.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır:
– Lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir;

– İcarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır;

– İcarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır.

Burada diqqət yetirilməli məqamlar bunlardır:

1. Lizinq müqaviləsində lizinq alana lizinq obyektinin mülkiyyətə verilməsi və ya hər hansı məbləğ ilə satın almaq hüququ verilməlidir.

2. Qeyd etdiyimiz kimi, lizinqə götürülən əmlakın istifadə müddəti bir ildən artıq olmalıdıır. Vergi Məcəlləsinin tələbinə əsasən, lizinq obyektinin istismar müddəti ilə icarə müddəti arasında mütənasiblik gözlənilməlidir. Lizinq obyektinin istismar müddəti 8 ildirsə, o zaman icarə müddəti 6 ildən (8 ilin 75 faizindən) az olmamalıdır.

3. İcarə müddəti ilə əmlakın qaliq dəyəri arasındakı asılılıq gözlənilməlidir. Lizinq obyektinin icarənin əvvəlinə qalıq dəyəri 50.000 manatdırsa, icarə müddətinin soununa əmlakın dəyəri 10.000 manatdan (50.000 x 20 faiz) az olmalıdır.

Vergi Məcəlləsinin 140.2.4-cü maddəsinə əsasən, icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıq olduqda əmlak icarəsi maliyyə lizinqi sayılır.

Vergi Məcəlləsində ödəniləcək icarə haqqı məbləğinə hədlər müəyyənləşdirilir. Tutaq ki, icarənin əvvəlinə lizinq obyektinin dəyəri 60.000 manatdır. Bu zaman müqavilə əsasında ödəniləcək icarə haqqı 54.000 manata (60.000 manat x 90 faiz) bərabər və ya bu məbləğdən yuxarı olmalıdır.

Qeyd: Bu maddə aktivin istifadə olunması müddətinin 3/4-ü qurtardıqdan sonra başlanan icarəyə tətbiq edilmir.

Vergi Məcəlləsinin 140.2.5-ci maddəsində qeyd olunur ki, icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.

Yəni icarəçi dəyəri 100.000 manat olan texniki avandanlıq xaricdən gətirildikdən sonra lizinqə verilməsini sifariş edə bilər. Bu halda artıq icarə müddəti bitdikdən sonra icarəçi həmin avandanlığı yalnız özü istifadə etməlidir.

Mənbə: vergiler.az


Bax:


1 788 789 790 791 792 793 794 2. 685