Azərbaycanda tibbi xidmətlərin ƏDV-dən azad edilməsi müzakirə olunub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin, Tədris Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və 20-yə yaxın tibbi müəssisənin nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, görüşdə klinikaların xərclərinin, o cümlədən icarəyə götürülmüş bina üzrə təmir xərclərinin gəlirdən çıxılması, səhiyyə turizminin inkişaf etdirilməsi məqsədilə xarici ölkə vətəndaşlarına göstərilən tibbi xidmətlərin ƏDV-yə sıfır faiz dərəcəsi ilə cəlb olunması, tibbi xidmətlərə görə ƏDV-nin diferensial dərəcə ilə tətbiqi, klinika və həkimlər arasında əmək münasibətlərinin mülki-hüquqi müqavilə və ya əmək müqaviləsi əsasında formalaşmasının mövcud vəziyyəti və perspektivi, yüksək əmək haqlarına reqressiv sığorta dərəcələrinin tətbiqi və tibb xidmətlərinin göstərilməsinə cəlb olunmuş əcnəbi həkimlərin sosial sığorta haqlarından azad edilməsi ilə bağlı təkliflər ətrafında geniş müzakirələr aparılıb.
Həmçinin klinikaların nümayəndələri sahənin inkişafına müsbət təsir edə biləcək bir sıra digər məsələlər, o cümlədən icbari tibbi sığorta sahəsində özəl klinikaların iştirak səviyyəsinin artırılması, xarici investisiyalı klinikaların təsisçilərinə yaşayış icazəsinin verilməsi zamanı vergi ödəyicisi olmasının imtiyaz kimi nəzərə alınması, tibbi avadanlıqların idxalı (o cümlədən müvəqqəti idxal) və istismarı ilə bağlı inzibatçılığın sadələşdirilməsinin zəruriliyini müzakirə edib. Sahibkarlıq subyektləri ilə sahəvi çətinliklərin öyrənilməsi istiqamətində görüşlərin və belə dialoq platformasının məhz Dövlət Vergi Xidmətinin mərkəzi aparatında yaradılması bütün klinikaların nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.
Görüşdə çıxış edən DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib ki, iştirakçıların təklifləri nəzərə alınaraq sahənin inkişafı, o cümlədən vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı müzakirələrin aparılması və birgə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə aparıcı klinikaların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti görüşlər təşkil olunacaq.
Mənbə: report.az

… Mark Katon, Roma senatoru, yunan dilini 80 yaşında öyrənmişdi.
Kapital Bank-ın ödəniş kart sahibləri Apple Pay vasitəsilə ödənişləri təhlükəsiz və məxfi şəkildə edə bilərlər. Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pula ehtiyac olmadan ödəniş etmək imkanını qazanıblar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-un innovativ texnologiyaları ilə təmin olunur.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair Milli Məclisə daxil olmuş Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı bu gün parlamentdə ictimai müzakirə təşkil olunub.