Fiziki şəxslərin vergi uçotundan çıxarılması və ya VÖEN-in ləğv edilməsi

posted in: Xəbər | 0

Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıƏksər vergi ödəyiciləri vergi uçotundan çıxması üçün təkcə ərizənin verilməsini kifayət hesab edir və qalan öhdəlikləri ilə maraqlanmırlar və yaxud bu barədə məlumatlı deyillər. Vergi mütəxəssisi Dilqəm Göyüşov fiziki şəxsin vergi uçotundan çıxarılması (VÖEN-nin ləğv edilməsi) üçün müraciət qaydası və bununla bağlı yerinə yetirilməli olan digər prosedurlar barədə verilən suallara aydınlıq gətirib:

Fiziki şəxsin vergi uçotundan çıxarılması hansı hallarda mümkündür?

Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

– fəaliyyətinə xitam verildikdə;

– məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;

– vəfat etdikdə.

Bunun üçün fiziki şəxs 1-ci addım kimi kağız daşıyıcıda “Fiziki şəxsin uçotdan çıxarılması haqqında” Ərizə formasını dolduraraq vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə (VÖEN) ilə birgə qeydiyyatda olduğu vergi orqanına xidmət mərkəzləri vasitəsilə və ya poçt vasitəsilə təqdim etməlidir.

Onu da nəzərinizə çatdıraq ki, qeyd olunan Ərizə internet vergi idarəsinin (www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq” bölməsi vasitəsilə də onlayn qaydada göndərilə bilər.

Ancaq təkcə Ərizə verməklə fiziki şəxslərin vergi uçotu ləğv olunmur. Prosesi tamamlamaq üçün aşağıda qeyd olunan öhdəlikləri də icra etmək vergi ödəyicilərinin qarşısına vəzifə kimi qoyulub. Yəni, bu öhdəliklərdən hər hansı birinin, yaxud heç birinin yerinə yetirilməməsi VÖEN-in ləğv olunmamasına əsasdır.

Həmin öhdəliklər aşağıdakılardır:

– vergi ödəyicisi ƏDV qeydiyyatındadırsa, qeydiyyatın ləğv edilməsi üçün Ərizə təqdim edilməli;

– vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) varsa həmin təsərrüfat subyektinin uçotdan çıxarılması üçün Ərizə təqdim edilməli;

– vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış nəzarət-kassa aparatı olduqda onun qeydiyyatdan çıxarılması üçün Ərizə təqdim edilməli;

– vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış POS-terminalı olduqda onun qeydiyyatdan çıxarılması üçün Ərizə təqdim edilməli;

– fiziki şəxsin aktiv bank hesabları bağlanılmalı;

– müraciətin edilməsi tarixinə, fiziki şəxsin dövlət büdcəsinə borcu ödənilməli;

– təqdim edilməmiş bəyannamələri (hesabatları) vergi orqanına təqdim edilməli;

– Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan aktiv əmək müqavilələri ləğv edilməlidir.

Odur ki, yalnız qeyd edilən öhdəliklər icra edildikdən sonra fiziki şəxs vergi uçotundan çıxarılır və ona verilən VÖEN uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir.

Mənbə: vergiler.az


Bax:


Azərbaycanda tibbi xidmətlərin ƏDV-dən azad edilməsi müzakirə olunub

posted in: Xəbər | 0

Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin, Tədris Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və 20-yə yaxın tibbi müəssisənin nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə klinikaların xərclərinin, o cümlədən icarəyə götürülmüş bina üzrə təmir xərclərinin gəlirdən çıxılması, səhiyyə turizminin inkişaf etdirilməsi məqsədilə xarici ölkə vətəndaşlarına göstərilən tibbi xidmətlərin ƏDV-yə sıfır faiz dərəcəsi ilə cəlb olunması, tibbi xidmətlərə görə ƏDV-nin diferensial dərəcə ilə tətbiqi, klinika və həkimlər arasında əmək münasibətlərinin mülki-hüquqi müqavilə və ya əmək müqaviləsi əsasında formalaşmasının mövcud vəziyyəti və perspektivi, yüksək əmək haqlarına reqressiv sığorta dərəcələrinin tətbiqi və tibb xidmətlərinin göstərilməsinə cəlb olunmuş əcnəbi həkimlərin sosial sığorta haqlarından azad edilməsi ilə bağlı təkliflər ətrafında geniş müzakirələr aparılıb.

Həmçinin klinikaların nümayəndələri sahənin inkişafına müsbət təsir edə biləcək bir sıra digər məsələlər, o cümlədən icbari tibbi sığorta sahəsində özəl klinikaların iştirak səviyyəsinin artırılması, xarici investisiyalı klinikaların təsisçilərinə yaşayış icazəsinin verilməsi zamanı vergi ödəyicisi olmasının imtiyaz kimi nəzərə alınması, tibbi avadanlıqların idxalı (o cümlədən müvəqqəti idxal) və istismarı ilə bağlı inzibatçılığın sadələşdirilməsinin zəruriliyini müzakirə edib. Sahibkarlıq subyektləri ilə sahəvi çətinliklərin öyrənilməsi istiqamətində görüşlərin və belə dialoq platformasının məhz Dövlət Vergi Xidmətinin mərkəzi aparatında yaradılması bütün klinikaların nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.

Görüşdə çıxış edən DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib ki, iştirakçıların təklifləri nəzərə alınaraq sahənin inkişafı, o cümlədən vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı müzakirələrin aparılması və birgə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə aparıcı klinikaların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti görüşlər təşkil olunacaq.

Mənbə: report.az


Görkəmli şəxsiyyətlərin fenomenal həyatı

posted in: Məqalə, Xəbər | 0

Görkəmli şəxsiyyətlər,… Mark Katon, Roma senatoru, yunan dilini 80 yaşında öyrənmişdi.

Sokrat yalnız 70 yaşında bir çox musiqi alətlərində ifa etməyi öyrənmişdi və bu sənəti mükəmməl şəkildə mənimsəməyə macal tapmışdı.

Mikelancelo özünün ən məşhur rəsm əsərlərini 80 yaşında yaratmışdı.

Höte “Faust” əsərini 80 yaşında yazıb bitirmişdi.

Alman tarixçisi Leopold Ranke özünün “Dünya tarixini” 91 yaşında bitirmişdi.

İsaak Nyuton hələ 85 yaşında olarkən yorulmaz fəaliyyətlə məşğul olub.

Lev Tolstoy 82 yaşında çəməndə otu dəryazla elə biçirdi ki, arxasınca gələn gənc dəryazçılar belə ona yetişə bilmirdilər. “Hərb və sülh” romanının ağsaqqal müəllifi bu cür ahıl yaşında konkidə sürüşüb, velosiped sürüb, at çapıb və bir ayağıüstə 40 dəfədən çox oturub, qalxa bilib!

Amerika vətəndaşı, bəstəkar və dirijor İqor Stravinskiy 88 yaşında yazıb-yaradıb.

Şair Beranje 77 yaşına kimi işləyib.

Lev Tolstoy – 82, Viktor Hüqo – 83 yaşına kimi;

Akademik İvan Pavlov – 87, qədim yunan dramaturqu Sofokl – 90 yaşına kimi.

Filosoflar Diogen və Demokrit, rəssamlar Titsian və Mikelancelo səksən yaşını ötdükdən sonra da yaradıcılıq aktivliklərini qoruyub saxlaya bilmişdilər; Bernard Şou 94 yaşına kimi yaradıcılıqla məşğul olub…

Yeri gəlmişkən, bu yaxınlarda amerikalı alimlər avropalı həmkarları ilə birgə sensasion kəşfi elan ediblər: sən demə, insan beyni əvvəllər hesab edildiyi kimi 25-30 yaşlarına kimi deyil, 50 yaşına kimi inkişaf edir. Bundan əlavə, əgər insan aktiv fəal düşüncə fəaliyyəti ilə məşğul olmağa davam edirsə, onda beynin qocalması demək olar ki, baş vermir!

Bütün bunlar nəyə lazımdır?

Yalnız bir şeyə görə: “qocalıq” deyilən bir xəstəlik yoxdur, yalnız düzgün olmayan psixoloji vəziyyətlər vardır.

“Hər eşitdiyinizə inanmayın – hətta əgər bu öz beyninizdən səslənsə belə”, – məşhur psixiatr Deniel Eymen məsləhət verir.

Həyatımızdakı ən böyük baryerlər və maneələr  bizim daxilimizdə yerləşir.

Onları sındırın!

Bizim ruhumuz, daxili gücümüz yaş tanımır.

Nə qədər ki, sağıq, bizim hələ yüksəklərə qalxmaq şansımız qalır – mənəvi yüksəliş yolunda bizim heç olmasa daha bir yüksəkliyi fəth etmək şansı.

Yaxşı zamanı gözləməyin – yalnız bir yaxşı zaman ola bilər.

O, belə adlanır: “BU GÜN”…



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Apple Pay təmassız ödənişlərini Azərbaycanda tətbiq etdi

posted in: Xəbər | 0

Kapital Bank-ın ödəniş kart sahibləri Apple Pay vasitəsilə ödənişləri təhlükəsiz və məxfi şəkildə edə bilərlər. Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pula ehtiyac olmadan ödəniş etmək imkanını qazanıblar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-un innovativ texnologiyaları ilə təmin olunur.

Ödənişi həyata keçirmək üçün müştəri iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırmalıdır. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir. Bundan başqa bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Apple Pay ilə market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları, onlayn platformalar və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.

Apple Pay-i nizamlamaq çox asandır. Sadəcə iPhone-da Wallet (“pul kisəsi”) tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən Kapital Bank kredit və ya debet kartını əlavə etmək kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Həmçinin, müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənən tətbiqlərdə və ya Safari internet brouzerlərində açılan saytlarda da rahat və sürətli alış-veriş edə bilərlər.

Təhlükəsizlik və məxfilik Apple Pay-in əsasında durur. Siz kredit və ya debet kartınızı Apple Pay-ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, sonra o şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır. Apple Pay haqqında ətraflı məlumat üçün: http://www.apple.com/apple-pay/.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


1 804 805 806 807 808 809 810 2. 691