Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (XI hissə)

posted in: Xəbər | 0

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (XI hissə)

X hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Kapitalizm nə vaxt işə yarayır

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı

Qloballaşmadan başqa, səbəblərin texniki dəyişikliklərdə olduğunu da təxmin etmək olar. İndi görünür ki, bu texniki dəyişikliklər – fabriklərdə yeni tip avadanlıqlar və robotlar – bir işçiyə düşən kapitalı artırır ki, bu da məhsuldarlığı yüksəldir. Kapitalın qiyməti həqiqətən də əməyə nisbətən azalır və bu mexanizasiyanı daha sərfəli edir. Konsaltinq şirkətlərinin hesabatları göstərir ki, bu müddət ərzində işçi qüvvəsinin xərcləri bir qədər artıb, lakin, robotların qiymətləri çox aşağı düşüb. Robotların və avtomatlaşdırılmış istehsal idarəetmə sistemlərinin qiymətlərinin xeyli aşağı düşməsi, bu sistemlərin insan əməyinin əvəzinə əmək haqqının yavaş artması ilə də istifadə edilməsi üçün faydalı olur.

Amma daha bir amil də vardır. Robotlar və mexanizasiya bir işçiyə düşən məhsuldarlığı yüksəldir. İşçiləri işdən çıxarmaq əvəzinə istehsalı artırmaq olmazmı? Bu gün baş verənlər, maşın sayı artdıqca məşğulluq və məhsul artımı ilə müşayiət olunan işçi başına düşən məhsuldarlıq, 19-cu əsrdəkindən fərqlidir.

Bəs, bu, niyə indi baş vermir? Cavab ondan ibarətdir ki, bu, yeni ərazilərin mənimsənilməsi və iqtisadiyyatın genişləndirilməsi ilə sənaye mallarına tələbatın böyük artımının baş verdiyi tarixin üçüncü mərhələsində baş verib.

Bundan əlavə, yeniliklər və yeni məhsullar var idi, bu da insanların mal almağa davam etməsi demək idi. Düşünürəm ki, əgər məhsul çeşidi 1850-ci il səviyyəsində qalsaydı, istehsal həcmi artmazdı. Ancaq maşınlar, filmlər, velosipedlər, təyyarələr və sonsuz sayda başqa mallar kimi şeylər icad edildi. Bu o demək idi ki, insanlar daha çox şey almaq istəyirlər. Lakin bu gün sənaye mallarına tələbat elə də böyük deyil və bütövlükdə, o, xidmətlərə tərəf yön alıb.

Bu gün bizdə yaradıcı dağılma dövrü olan xidmət sahəsində inqilab baş verir. 1929-cu ildən 1949-cu ilə kimi Amerikanın istehlak xərclərinin 60%-i sənaye malları və ərzaq məhsullarının payına düşürdü. O vaxtdan indiyə kimi həmin göstərici 30 faizə kimi aşağı düşüb, onun yerinə isə çoxsaylı xidmətlər gəlib.

Məhsulların istehlakının aşağı düşməsi dağılmaya aparır: emal sənayesində artım müşahidə olunur, həmin səbəbdən iş yerlərinin sayı ixtisara düşür, bir çox iş yerləri isə ümumiyyətlə, yoxa çıxır. Eyni zamanda xidmət sahəsində yeni iş yerləri yaradılır, eləcə də bu bölmələrlə əlaqəli sahələrdə mütəxəssislər üçün iş yerləri yaradılır. Bu prosesin yaradıcı hissəsidir.

Xidmətlərlə bağlı nə yerində deyil? İqtisadçılar bazar vasitəsilə keçid edən hər şeyin yaxşı olduğunu deməyə meyillidirlər, amma, xidmətlərə bu keçidlə bağlı böyük problem də mövcuddur. Amerikanın orta təbəqəsi ixtisaslı işçilər və yarımixtisaslı fabrik işçilərinin yüksək əməkhaqqısı əsasında formalaşıb, lakin, indi bu cür iş yerləri xeyli azalıb. Xidmət sahəsində mütəxəssislər üçün çoxlu iş yerləri yaradılıb: məsələn, həkimlərin sayı xeyli artıb, sosioloqlar, alimlər, tədqiqatçılar da vardır. Bütün bunlar yaxşı iş yerləridir.


Maliyyə və mühasibat uçotu ixtisası üzrə xaricdə təhsil (III hissə)

posted in: Xəbər | 0

Məlum olduğu kimi, hazırda xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil almaq mümkündür. Bəs maliyyə, xüsusilə də mühasibatlıq üzrə dünyada ən yaxşı təhsil müəssisələri hansılardır?

Bu sahədə ən yaxşı təhsil verən on universitet barədə məlumatı diqqətinizə çatdırırıq → II hissəyə nəzər yetirin

“Loughborough” Universiteti, İngiltərə Lesterşir qraflığı

“Loughborough” Universiteti İngiltərənin ən böyük universitetlərindən biridir və sosial elmlər, idarəetmə, idman və mühəndislik sahələrində lider bir araşdırma mərkəzidir. 1909-cu ildə kiçik bir texniki institut kimi təsis edilən “Loughborough” Universiteti artıq 1966-cı ildə Böyük Britaniyanın aparıcı ali məktəblərindən birinə çevrilmişdir. 2015-ci ildə universitet Londonda əlavə magistratura və doktorantura proqramları üzrə xaricdə təhsil verən ikinci kampusu açmışdır.

Bu universitetdə bakalavr təhsili almaq üçün 17 500 funt sterlinq ödəniş etməlisən.

Magistratura təhsilindən ötrü isə 18 250 funt sterlinq ödəniş tələb olunur.

“Michigan” Dövlət Universiteti, ABŞ Miçiqan ştatı

1855-ci ildə təsis olunmuş “Michigan” Dövlət Universiteti, ABŞ-ın ən nəhəng dövlət tədqiqat universitetlərindən biridir – orada demək olar ki, 50 000 tələbə təhsil alır.

Bu universitetdə bakalavr təhsili üçün 39 830 dollar ödəniş etməlisən.

Magistraturada təhsil haqqı isə 27 792 dollar təşkil edir.

“Middlesex” Universiteti, İngiltərə London

“Middlesex” Universiteti ümumi tələbə sayı 40 000-dən çox olan və Böyük Britaniya, Malta, Dubay və Mavritaniyada kampusları olan beynəlxalq səviyyəli bir universitetdir.

Bu universitetdə bakalavr təhsili üçün 11 500 funt sterlinq ödəniş etmək lazımdır.

Magistraturada oxumaq üçün isə 10 500 funt sterlinq ödəniş etməlisən.

“Newcastle” Universiteti, İngiltərə, Staffordşir

“Newcastle” Universiteti 1834-ci ildə təsis olunub, Böyük Britaniyanın ən yaxşı universitetlərinin siyahısına daxildir. 12 tədqiqat institutu və fakültələr yanında 38 tədqiqat mərkəzi tələbələrin elmi fəaliyyətindən ötrü sonsuz imkanlar yaradır.

Bu universitetdə bakalavr təhsili almaq üçün 12 310 funt sterlinq ödəniş etməlisən.

Magistr təhsili əldə etmək üçün isə təhsil haqqı 13 980 funt sterlinq təşkil edir.


Vətəndaşlar hansı halda sənədsiz evlərini satarkən vergidən azad olunacaqlar?

posted in: Xəbər | 0

Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanı2022-ci ilin yanvarın 1-dən etibarən yalnız 1 yaşayış sahəsi olan fiziki şəxslər 3 il ərzində yaşamasını təsdiq edən sənədlər (kommunal təşkilatların arayışları) olduğu halda, sadələşdirilmiş vergiyə cəlb edilməyəcəklər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketinə əlavə olunub.

“Vətəndaşların sosial hüquqlarının qorunması istiqamətində verilmiş təkliflərdən biri də fiziki şəxslər tərəfindən əmlak təqdim edilməsi zamanı bir sıra obyektiv halların nəzərə alınması (mülkiyyəti təsdiq edən sənədlərin gec verilməsi, sökülən binaların əvəzinə vətəndaşlara yeni mənzilin verilməsi) ilə bağlıdır. Mövcud vergi qanunvericiliyinə əsasən, fiziki şəxsin azı 3 təqvim ili üzrə yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilin satılması notariuslar tərəfindən ödəmə mənbəyində tutulan vergidən azaddır.

Lakin bir sıra hallarda vətəndaşlar yalnız 1 yaşayış sahəsinə sahib olmasına və həmin yaşayış sahəsində uzun müddət yaşamasına baxmayaraq, müvafiq binalar üzrə sənədləşmənin olmaması səbəbindən yaşayış yeri üzrə qeydiyyata düşə bilmirlər. Bu zaman belə vətəndaşlar həmin yaşayış sahələrini satarkən yaşayış yeri üzrə 3 təqvim ilini əhatə edən qeydiyyat tələbi ödənilmədiyinə görə notariusda müqavilə təsdiq olunarkən onlardan vergi tutulurdu ki, bu da sosial ədalətlilik prinsipi ilə ziddiyyət təşkil edirdi.

Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklərə əsasən, fiziki şəxsin yalnız 1 yaşayış sahəsi olduqda və həmin yaşayış sahəsi üzrə qeydiyyatı təsdiq edən sənədi olmamasına baxmayaraq, həmin yaşayış sahəsində azı təqvim ili ərzində yaşamasını təsdiq edən sənədlər (kommunal təşkilatların arayışları) olduğu halda, onun sadələşdirilmiş vergiyə cəlb edilməməsi nəzərdə tutulur”, – Vergi Xidmətindən bildirilib.

Əlavə olaraq, mənzil satışı zamanı vergilər hesablanarkən bir sıra obyektiv halların nəzərə alınmasının davamı kimi, layihədə sökülmüş evlərin əvəzində fiziki şəxslərə yeni tikilmiş binadan mənzillər verilərkən tikilmiş binanın ünvanı fərqli olduğu halda, fiziki şəxsin sökülmüş evdə azı 3 il müddətində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatı olduğu halda, fiziki şəxsin sökülmüş yaşayış sahəsi həddində (artıq sahə verildiyi halda sökülmüş yaşayış sahəsinin 20 %-i həddində) yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında sadələşdirilmiş vergiyə cəlb edilməməsi təklif olunan dəyişikliklər sırasındadır.

Qeyd edək ki, hazırda Vergi Məcəlləsinə edilən dəyişikliklər Milli Məclisdə müzakirələrdədir.

Mənbə: report.az


Bax:


Elektron qaimə-fakturanın təsdiqlənməsi hansı müddətdə mümkündür?

posted in: Xəbər | 0

elektron qaimə-faktura, İctimai iaşə fəaliyyəti,Təqdim olunan elektron qaimə-fakturanın təsdiqlənməsi prosesi ilə bağlı müəyyən vaxt məhdudiyyəti tətbiq edilir. İqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi ödəyicisi göndərilən elektron qaimə-fakturanı qəbul etdikdən sonra onu təsdiq etmək səlahiyyətinə malikdir. Əgər elektron qaimə-fakturanı qəbul edən vergi ödəyicisi 5 gün ərzində onu təsdiq etməzsə, həmin e-qaimə-faktura proqram təminatı tərəfindən avtomatik təsdiqlənir.

Misal 1: Vergi ödəyicisi 1 may 2020-cu il tarixdə malların satışı ilə bağlı qarşı tərəfə elektron qaimə-faktura göndərib. Əgər qarşı tərəf 5 gün ərzində elektron qaimə-fakturanı təsdiq etməzsə, 5 may 2020-ci il tarixdə həmin elektron qaimə-faktura təsdiqlənmiş hesab olunacaq.

Burada bir məqama diqqət yetirmək lazımdır: əgər, misal üçün , “AA” MMC elektron qaimə-fakturanın tərtibi zamanı səhvə yol veribsə, vergi ödəyicisi onu düzəlişə göndərə bilər.

Misal 2: “AA” MMC-nin təqdim etdiyi elektron qaimə-fakturada 10 ədəd kitab qeyd edilib, amma “SS” MMC-yə 6 ədəd kitab təhvil verilib. Bu zaman “SS” MMC elektron qaimə-fakturanı qəbul etməyib, səbəbi göstərməklə sənədi geri göndərib. “AA” MMC səbəblə tanış olduqdan sonra müvafiq düzəliş edərək elektron qaimə-fakturanı yenidən göndərə bilər. Əgər yenidən göndərməsə, həmin elektron qaimə-faktura ləğv olunmuş hesab edilir.

“SS” MMC təsdiqlə bağlı 5 günlük müddəti ötürübsə, yəni sənəd avtomatik təsdiq olunubsa və ya sənəd alıcının səhvi ucbatından yoxlanılmadan təsdiqlənibsə, o zaman tərəflərin hər hansı düzəliş etmək hüququ yoxdur. Bu halda “SS” MMC elektron qaimə-fakturanı ləğv etmək xahişi ilə “AA” MMC-yə müraciət etməlidir ki, vergi ödəyicisi elektron qaimə-fakturanı ləğv edərək yenisini göndərsin.

Bir məsələni də qeyd edək ki, Nazirlər Kabinetinin qərarında 5 gündən sonra avtomatik təsdiqolunma məsələsi nəzərdə tutulmayıb. Bu müddət vergi orqanının AVİS proqramına verilən texniki tapşırıqda müəyyən edilir.

Mənbə: vergiler.az


Bax:


1 804 805 806 807 808 809 810 2. 703