Kapital Bank ölkədə ilk dəfə sahibkarlara rəqəmsal biznes kartı təqdim edir

posted in: Xəbər | 0

Kapital Bank hüquqi şəxs və fərdi sahibkarlar üçün yeni rəqəmsal biznes kart məhsulunu təqdim edir. Bununla da hüquqi şəxs və fərdi sahibkarlar Banka gəlmədən saniyələr ərzində kart sahibi ola bilərlər. Sahibkarlar rəqəmsal biznes kartı Müştəri Bank sisteminin həm veb, həm də mobil versiyası vasitəsilə asanlıqla yaradıb və dərhal istifadə edə bilərlər.

Rəqəmsal biznes kartın bir sıra üstünlükləri vardır: 24/7 rejimində ödənişlər etmək; nağd vəsaitlərin əldə edilməsi (QR nağdlaşdırma); Bankın ATM və terminallardan karta mədaxil etmək; Müştəri Bank vasitəsilə kart hesablarının idarə olunması; fərdi limitlərin təyin edilməsi; kart üzrə keçən əməliyyatların izlənməsi; hesabdan çıxarışların əldə edilməsi; vəsaitlərin təhlükəsiz istifadəsi və s.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.).

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İkiqat vergitutmanın qarşısını almaq

posted in: Xəbər | 0

Bayramlar ərəfəsində mağazaların müştərilərə təqdim etdikləri hədiyyə kartları aktuallaşır. Hədiyyə kartları ilə həyata keçirilən alış-veriş zamanı əməliyyatların rəsmiləşdirilməsinə dair yaranan suallara maliyyə mütəxəssisi Mahmud Abasquliyev misalla aydınlıq gətirir.

Tutaq ki, fiziki şəxs hədiyyə kartı satan “BB” MMC-dən aldığı 500 manatlıq kartı başqasına bağışlayıb. Kart bağışlanan şəxs isə mağazadan 600 manatlıq telefon alıb. Nəticədə ödənişin 500 manatı hədiyyə kartı ilə, 100 manatı isə əlavə edilib. Bu zaman kassa çeki hansı əməliyyat üçün verilməlidir?

Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti pərakəndə satış hesab olunur.

Məcəllənin 16.1.9-cu maddəsində isə göstərilib ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Qanunvericiliyin həmin tələblərini nəzərə alaraq “BB” MMC tərəfindən müştəriyə təqdim edilən hədiyyə kartı ilə əldə olunan vəsaitə görə nəzarət-kassa aparatının çeki təqdim edilir. Eyni zamanda, müştəri tərəfindən alınmış hədiyyə kartı əsasında mallar alınarkən satılan malın dəyərinə də nəzarət kassa-aparatının çeki verilir.

Hədiyyə kartının satışına və həmin hədiyyə kartı əsasında təqdim edilən mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

Bu zaman “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın tələbləri gözlənilməlidir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək məzuniyyətinin günləri müxtəlif aylarda olarsa, məzuniyyət haqqının hər aya düşən hissəsi ayrılıqda hesablanmalıdır?

posted in: Xəbər | 0

Sual: Əgər hər hansı bir işçi məzuniyyətə çıxırsa və onun məzuniyyətinin yarı bir hissəsi çıxdığı aya, digər yarısı isə növbəti aya keçirsə, bu halda gəlir vergisi hesablanmış məzuniyyət məbləğindən tam çıxdığı aydamı, yoxsa iki aya bölünərkən ayrı-ayrılıqda hesablanmalıdır?

Burada nəzarə almalıyıq ki, Əmək Məcəlləsinə görə məzuniyyət pulu əvvəlcədən verilmədir.

Cavab: Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda, məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə, ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Planlaşdırma işləmədikdə nə etməli: baş direktorlardan 8 biznes texnologiyası (II hissə)

posted in: Xəbər | 0

Siz, baş direktorların ətraflı bir plan və kağız üzərində gözəl rəqəmlər olmadan nəticələrə nail olmaq üçün nə etdiyini öyrənəcəksiniz.

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

3. Nisbi rəqəmlərlə planlaşdırırıq. Uğurları obyektiv qiymətləndirmək məsələsi meydana çıxır. Bizdən ötrü mühüm amil lizinq üzrə smartfonların satışındakı paydır. Amma, yarım il sonra və ya bir il ərzində bazarın necə olacağını biz bilmirik. O, yüksələ də bilər, azala da bilər. Hansı sayda və hansı məbləğdə müqavilə bağlayacağımızla bağlı bizim hər hansı bir təsəvvürümüz olmur. O səbəbdən, öz uğurlarımızı obyektiv dəyərləndirmək üçün, onları satış payında nisbi rəqəmlərə bağlayırıq.

Əməkhaqqı, marketinq, reklamla bağlı büdcəni də biz üç ay üçün planlaşdırırıq. Məsələn, marketinqə qazancımızın 3 faizə yaxınını xərcləyirik. Bu zaman həmin məbləğin 1 milyon və ya 10 milyon rubl olması, əhəmiyyətsidir. Biz həmin məbləğin ödənilməsindən ötrü üsullar tapa bilirik.

Nəticə çıxarmağa tələsmirəm

Güman edək ki, biz noyabr ayında 5 min, oktyabrda isə 7 min qurğu satmışıq. Deməli, biz pis işləmişik? Buna bir qədər geniş baxmaq lazımdır. Əgər buna qədər bütün bazarın həcmi 50 min qurğu təşkil etmişdisə, ötən ayda 100 min ədəd təşkil edib ki, bu da faiz nisbətində bizim yüksəldiyimizi göstərir. Panika üçün əsas yoxdur.

“Koderlayn” MMC

Fəaliyyət sahəsi: binesin avtomatlaşdırılması, IT-sistemlərin, “1C” bazasında proqram məhsullarının tətbiqi və müşaiyəti.

1000-dən çox müştərisi var.

İşçi heyətin sayı: 450 nəfər.

2019-cu ildə dövriyyəsi: 400 milyon rubl.

Andrey Berbeka, “Koderlayn” IT şirkətinin baş direktoru, Moskva: Yeni imkanları planlaşdırmaq olmur

Bizim sahədə çox vaxt prinsipcə proqnozlaşdırılması mümkün olmayan, yeni imkanlar yaranır. Rəqiblər bunun fərqinə varmazdan öncə təcili olaraq onlara investisiya qoymalıyıq. Bu daha çox qazanmağa, müştəri toplamağa, bazarda payı ələ keçirməyimizə imkan yaradır. Amma xərclər üzrə plan zibil qutusuna atılır. Gəlirləri planlaşdırmaq da çox çətindir. Tərəfdaşlar ödəniş tarixlərini dəyişdirə bilər və ya hətta biznesin işini dayandıra bilər. Bax, biz elə bu cür yaşayırıq. → III hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 822 823 824 825 826 827 828 2. 692