İşçinin vəfatı ilə əlaqədar verilən müavinətdən tutulan vergi

posted in: Xəbər | 0

vakansiya, mühasib,, sadələşdirilmiş vergi, ictimai iaşə müəssisəsi,Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödəyir.

İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “ç” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödəyir.
Qanunvericiliyin tələbini şərh edən mühasibat mütəxəssisi Emin Salamov bildirib ki, “Sosial Sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilir.

Eyni zamanda işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər 2005-ci ildən etibarən Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Misal: Büdcə təşkilatında əmək müqaviləsi əsasında çalışan və əməkhaqqı 700 manat olan, 5 günlük iş rejimi üzrə işləyən işçi 01.09.2021-ci il tarixində vəfat edir. Bu halda vəfat etmiş işçiyə hansı məbləğ verilməli və verilmiş məbləğdən tutulmalar necə olacaq?

Bu halda hesablamalar belə aparılmalıdır:

İyul ayı üçün əməkhaqqı – 700 manat;

Avqust ayı üçün əməkhaqqı – 700 manat;

İşçinin orta aylıq əməkhaqqı – 2199.78 manat olacaq:

700 x 2 = 1400 manat;

1400 : 42 = 33,33 manat;

33,33 x 22 = 733,26 manat;

733,26 x 3 = 2199,78 manat.

Burada 42 gün iyul (20 gün) və avqust ayı üzrə (22 gün) iş günlərinin cəmidir. 22 gün işçinin vəfat etdiyi sentyabr ayındakı iş günündən, 3 isə Əmək Məcəlləsinə əsasən, vəfat edənin vərəsələrinə veriləcək müavinətdən ibarətdir.

Gəlir vergisinin hesablanması:

2 199,78 – 200 x 14% = 279,96 manat.

2199,78 – 279,96 = 1919,82 manat.

Deməli, vəfat edənin vərəsələrinə ödənilən vəsait – 1919,82 manat olur.

Burada 42 gün – iyul ayı üzrə iş günü 20, avqust ayı üzrə isə 22 iş günündən ibarətdir. 22 gün işçinin vəfat etdiyi sentyabr ayındakı iş günündən, 3 isə Əmək Məcəlləsinə əsasən vəfat edənin vərəsələrinə veriləcək müavinətdən ibarətdir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pul növündə inzibati cərimə (məbləğlər, tutulma qaydası və gecikdirmə)

posted in: Xəbər | 0

Pul növündə inzibati cərimə (məbləğlər, tutulma qaydası və gecikdirmə)

Məhkəmə sistemi, Apellyasiya Şuraları,Bu yazımızda son günlər aktual hesab edilən inzibati cərimələr mövzusu barədə məlumat verməyə çalışacağıq.

İnzibati cərimə inzibati qaydada hüquq pozuntusu – inzibati xəta törətmiş şəxsin barəsində tətbiq edilir.

Cərimə pul, xətanın obyekti olmuş predmetin dəyəri, vurulmuş ziyanın miqdarı, ödənilməmiş vergi və digər ödənişlərin məbləği formasımda olur.

Pul formasında cərimə aşağıdakı limitlərdə tutulur:

Fiziki şəxslər 5000 AZN-dək

Vəzifəli şəxslər 10 000 AZN-dək

Hüquqi şəxslər 50 000 AZN-dək

İnzibati cərimə barədə səlahiyyətli orqanın qərarı qəbul edildiyi gündən 30 gün, məhkəmənin qərarı isə qəbul edildigi gündən 10 gün keçənədək icra edilməlidir.

18 yaşına çatmayana tətbiq edilən cəriməni onun valideyni yaxud qanuni nümayəndəsi ödəyir.

Cərimə yalnız nağdsız qaydada ödənilir.

Cərimə müəyyən edilmiş müddətdə ödənilmədikdə fiziki şəxslərin əmək haqqı və sair gəlirlərinə, hüquqi şəxslərin bank hesabı və sair hesablarına tutma yönəldilir. Kifayət qədər vəsait olmadıqda iş məcburi icraya göndərilir.

Yol hərəkəti qaydaları əleyhinə tətbiq edilən cərimə 30 gün müddətində ödənilməzsə, hər gecikdirilmiş gün üçün cərimə məbləğinin 1%-i həcmində dəbbə pulu ödəməlidir. Dəbbə pulu 2 aydan çox olmayan müddətə tətbiq edilir. Sonrakı müddət üçün nəqliyyat vasitəsinin saxlanması barədə qərar verilir.

Yol hərəkəti qaydaları və ətraf mühitin mühafizəsi əleyhinə olan işlər üzrə cərimə qərar qəbul olunduqdan dərhal sonra yaxu 5 iş günü ərzində ödənilərsə, 10% cərimə məbləğinə güzəşt tətbiq edilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Asan İmza”nın müddətini SMS-lə uzatmaq mümkün olacaq

posted in: Xəbər | 0

asan imzanın istifadəsi, Asan imza, "Asan İmza"nın aktivləşdirilməsi, sertifikatın onlayn alınması, Asan İmza, "ASAN imza" sertifikatları, Sertifikat, Asan İmza Simkartı, ASAN İmza Sim Kartı“Asan İmza” sertifikatının sahibləri onların müddətini SMS göndərməklə avtomatik olaraq uzada biləcəklər.

Hazırda bunun üzərində işlər aparılır və yaxın zamanda bu xidmət istifadəçilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, “Asan İmza” sertifikatının sahibləri vergi ödəyicisinin vahid e-taxes.gov.az İnternet portalında sertifikatlarının müddətini növbəti üç ilə onlayn qaydada onların müddətinin bitməsinə ən azı 30 gün qalmış yeniləyə bilirlər. Sertifikatın müddəti bitdikdə onlayn yenilənmə proseduru qeyri-mümkündür və vətəndaş yalnız fiziki olaraq xidmət mərkəzlərinə müraciət etməklə sertifikatlarının müddətini uzada bilir.

Prosedura uyğun olaraq sertifikatın müddəti üç ildən bir uzadılmalıdır. İstifadəçi nömrənin dublikatını almaq üçün müştəri xidmətinə yaxınlaşmalıdır. Bu prosedur bütün mobil operatorlar üçün eynidir. Texniki olaraq “Asan İmza” sertifikatının müddəti mobil operatorlar tərəfindən SMS, mobil əlavə və ya müxtəlif texniki vasitələr üzərindən uzadıla bilər.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Həm sahibkarlıq fəaliyyəti, həm də əmlakını icarəyə verən fərdi sahibkar sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?

posted in: Xəbər | 0
Sadələşdirilmiş vergi nədirƏmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergi tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi fəaliyyət növü üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

Əsaslandırma: Vergi Məcəlləsinin 221.7-ci maddəsi.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 823 824 825 826 827 828 829 2. 692