Plastik kartlarla əhalinin xaricə ödənişlərinin vergiyə cəlb edilməsi necə tənzimlənir?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan bank tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Vergi məsləhətçisi Teymur İslamlı qanunvericiliyin bu tələbini belə izah edib:

“Elektron ticarət haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alğı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

İlk növbədə qeyd edək ki, kart ödənişləri xaricdən malların alışına görədirsə, həmin əməliyyatların vergiyə cəlb edilməsi qanunvericiliyin tələbinə uyğun olaraq dövlət gömrük orqanları tərəfindən həyata keçirilir. Ölkə xaricinə (qeyri-rezidentlərə) kart köçürmələri iş və xidmətlərin alışına, habelə lotereya və digər yarışlarda iştiraka görə olduqda isə vergilərin hesablanmasını banklar həyata keçirir.

Banklar tərəfindən xaricə ödənişlərə görə kart əməliyyatları üzrə ödəmə mənbəyində verginin tutulması Vergi Məcəlləsinin 125.1.8 və 125.1-1-ci maddələrin tələblərinə uyğun olaraq həyata keçirilir. Məcəllənin 125.1.8-ci maddəsinə əsasən, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 125.1-1-ci maddəsində isə göstərilib ki, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

“Elektron ticarət haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, elektron pul kisəsi – fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş pul vəsaitlərini saxlamağa və onların tapşırığı ilə elektron ödənişləri həyata keçirməyə imkan verən, bank və ya kredit təşkilatı sayılmayan proqram təminatıdır.

Bəs gün ərzində on minlərlə kart əməliyyatlarının vergiyə cəlb edilib-edilməməsi banklar tərəfindən necə müəyyənləşdirilir?

Plastik kartlar üzrə əməliyyatlar, ilk növbədə, prosessinq mərkəzlərinə ötürülür. Prosessinq mərkəzlərində ödənişin təyinatı avtomatlaşdırılmış rejimdə müəyyən edilir. Bu proses MCC (Merchant Category Codes) kodlar vasitəsilə baş verir. MCC kodlar beynəlxalq ödəniş sistemləri (Visa, Mastercard) tərəfindən müəyyən edilmiş dördrəqəmli kodlardır və hər bir alış-veriş nöqtəsinin növünə əsasən təyin edilir. Məsələn, reklam xidmətləri 7311 kodu, hüquq xidmətləri 8111, mərc oyunları 9754, pul kisələri 6051 kimi kodlarla təsnif edilib.

Ölkə xaricinə hər hansı bir ödənişi həyata keçirmədən öncə kartın məxsus olduğu bankın internet səhifəsindən MCC kodların siyahısı üzrə həmin əməliyyatın ƏDV-yə və ödəmə mənbəyində vergiyə cəlb edilməsini araşdırmaq mümkündür. Bir sıra hallarda vətəndaşların elektron ticarət qaydasında aldıqları mallara görə bankların plastik kartlardan vergi tutması hallarına da rast gəlinir. Bunun səbəbi ödəniş nöqtəsinin MCC kodunun sistemdə səhv tanınmasıdır. Bu kimi hallarda fərdi qaydada banka müraciət etməklə problemi aradan qaldırmaq olar.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Planlaşdırma işləmədikdə nə etməli: baş direktorlardan 8 biznes texnologiyası (III hissə)

posted in: Xəbər | 0

Siz baş direktorların ətraflı bir plan və kağız üzərində gözəl rəqəmlər olmadan nəticələrə nail olmaq üçün nə etdiyini öyrənəcəksiniz.

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

4. Pul toplayırıq və müvəqqəti ehtiyatlar yaradırıq. Riskləri qapatmaq və ya ortaya çıxan fürsətlərdən istifadə etmək üçün pul ehtiyatımız olur. Fors-major vəziyyətində bizim uğursuzluqdan yayınmağımıza kömək edəcək zəmanətli maliyyə yastığı, illik dövriyyənin 20 faizini – 50-70 milyon rubl təşkil edir.

İkinci ehtiyat – bu, layihə menecerlərinin iş vaxtıdır. İdealda əməkdaşların məşğulluğu elə olmalıdır ki, şirkət yeni sərfəli layihəyə digər sifarişlər üzrə keyfiyyəti itirmədən iki-üç ay vaxt ayıra bilsin. Əgər mən ehtiyatın yetərincə olmadığını başa düşürəmsə, imkan nə qədər cəlbedici olsa belə, layihəyə girişmirəm. Şirkətlərin 51 faizi pandemiya başlanan kimi planlaşdırma prosesini dəyişdiriblər.

Ehtiyat pul saxlayıram

Pandemiya zamanı sifarişçidə inşaat işləri dayandı və o, bizə ödəniş edə bilmədi. Biz dörd ayı ehtiyatlar hesabına rahat şəkildə başa vura bildik. Eləcə də əlimizdə olan sərbəst vəsaitlə rəqib şirkəti bazar qiymətindən üç dəfə aşağı qiymətə ala bildik.

5. Göstəricilər üzrə limit qoyuruq. Göstəricilər üzrə limit əməliyyat planlaşdırması və eyni zamanda səlahiyyətlərin həvalə olunması üçün əlverişli vasitədir.

Məsələn, biz çox sayda şəhərlərdə ofislər kirayələyirik. Kirayədən məsul olan bir adamımız var və o, mənimlə məsləhətləşmədən hansı icarə qiymətlərini ödəyəcəyini bilir. Bu, mənim işimi çox asanlaşdırır.

İnzibati-təsərrüfat şöbəsi, ofisin dəftərxana, su, əl-üz sabunu, antiseptik ilə təmin edilməsi üçün ayda nə qədər pul lazım olduğunu dəqiq bilir.

Limit daxilində olan məbləğlər mənimlə razılaşdırılmır. Nəticə etibarilə, bu xərc maddələrini uzunmüddətli bir plana və proqnozlaşdırma işinə qoymaq asandır.

Sözügedən limitin köməyi ilə əməliyyat idarəetməsi hesabına mən, əvvəllər mənasız razılaşdırmalara gedən vaxtı 30 faizə qədər azad edə bildim → IV hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kənd təsərrüfatı məhsullarının istehsalçıları hansı halda vergiyə cəlb edilir?

posted in: Xəbər | 0

Hazırda ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. İqtisadçı ekspert Mahmud Abasquliyev bildirib ki, Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə edilərək yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsini nəzərdə tutur.

Vergi Məcəlləsinin müvafiq müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilib. Kənd təsərrüfatı məhsullarının istehsalçılarının istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdikləri gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş vergidən azaddır. Lakin istehsalçı istehsal etdiyi kənd təsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa, həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan asılı olaraq, müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Misal 1: 1 hektar ərazidə becərilərək yetişdirilən xurmanın (təbiətdə olduğu kimi ilkin formada) satışından əldə edilən gəlir müvafiq olaraq sadələşdirilmiş vergi, gəlir vergisi və ƏDV-dən azaddır. Becərilərək yetişdirilmiş xurmanın (təbiətdə olduğu kimi ilkin formada olmadan) qurudulmuş halda konservləşdirilmiş satışından əldə olunan gəlir Vergilər Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada vergiyə cəlb olunacaq.

Misal 2: 10 baş mal-qarası olan fermer mal-qaranın diri şəkildə bazarda satışını həyata keçirərsə, bu satışdan əldə olunan gəlir müvafiq olara sadələşdirlmiş vergi, gəlir vergisi və ƏDV-dən azaddır. Lakin mal-qaranın kəsərək ət şəklində satışı həyata keçirilərsə, artıq bu emala məruz qalan məhsul sayılır ki, həmin məhsulun satışından əldə olunan gəlir Vergilər Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada vergiyə cəlb olunacaqdır.

Qeyd: Vergi Məcəlləsinin 102.1.11 maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər üzrə vergi güzəştlərindən istifadə etmək hüququna malik olan şəxslərdən aşağıdakı sənədlər tələb olunur:

• Kənd təsərrüfatı məhsullarının istehsalı həyata keçirilən təsərrüfat subyektləri (obyektlər) ilə bağlı təsdiqedici sənədlər;

• Mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə sənədlər;

• Kənd təsərrüfatı sahəsində digər istehsal obyektlərinin mövcudluğu barədə sənədlər;

• Qeyd edilən torpaq və obyektlərdə istehsal prosesinin həyata keçirilməsini təsdiq edən sənədlər.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank ölkədə ilk dəfə sahibkarlara rəqəmsal biznes kartı təqdim edir

posted in: Xəbər | 0

Kapital Bank hüquqi şəxs və fərdi sahibkarlar üçün yeni rəqəmsal biznes kart məhsulunu təqdim edir. Bununla da hüquqi şəxs və fərdi sahibkarlar Banka gəlmədən saniyələr ərzində kart sahibi ola bilərlər. Sahibkarlar rəqəmsal biznes kartı Müştəri Bank sisteminin həm veb, həm də mobil versiyası vasitəsilə asanlıqla yaradıb və dərhal istifadə edə bilərlər.

Rəqəmsal biznes kartın bir sıra üstünlükləri vardır: 24/7 rejimində ödənişlər etmək; nağd vəsaitlərin əldə edilməsi (QR nağdlaşdırma); Bankın ATM və terminallardan karta mədaxil etmək; Müştəri Bank vasitəsilə kart hesablarının idarə olunması; fərdi limitlərin təyin edilməsi; kart üzrə keçən əməliyyatların izlənməsi; hesabdan çıxarışların əldə edilməsi; vəsaitlərin təhlükəsiz istifadəsi və s.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.).

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 836 837 838 839 840 841 842 2. 704