Psixoloq həyat yoldaşlarının birlikdə işləməsinin təhlükəli olduğunu izah edib

posted in: Xəbər | 0

Yaxınların, qohumların, həyat yoldaşlarının eyni şirkətdə çalışmaları, böyük əksəriyyət üçün arzuolunmazdır. Öz tabeçiliyində həyat yoldaşının olmasını 59 faiz rusiyalı istəmir, arvadının və ya ərinin tabeçiliyində çalışmasını isə sorğuda iştirak edənlərin 61 faizi istəmir. Elə digər qohumlar ilə əlaqəli də analoji vəziyyətdir. Onu da qeyd etmək lazımdır ki, ən yaxın dost və ya rəfiqə ilə birlikdə çalışmaq istəyi çox yüksəkdir, əksəriyyət bunu xoşlayır. Superjob analitikləri, iqtisadi cəhətdən fəal olan 4800 rusiyalını sorğudan keçirdikdən sonra belə qənaətə gəliblər.

– Dostlardan fərqli olaraq, qohumlarla bağlı seçim edə bilməzsən, amma, – psixoloq İrina Korjayeva belə deyir – dostunla işləmək və şənlənmək də, hətta istirahət də etmək olar. Lakin o da çox kədərləndiricidir, axı, maraqlar kəsişən zaman, dostluq da sona çatır. Şəxsi sərhədləri qorumaq çox çətindir. Məsələn, axşam saat 10-11 radələrində zəng edən bir müəssisə rəhbərinin suallarından yayınmaq çox asandır, ancaq dost patronunuza qarşı bunu edə bilməyəcəksiniz. Münasibətlər pozulur. Belə hallarda necə ayrılmanın yollarını axtarmalı olacaqsınız. Bir-birindən asılı olmayan müxtəlif şöbələrdə çalışmaq təhlükəli deyil.

Psixoloqun fikrincə, elə bu səbəbdəndir ki, əksəriyyət öz valideynləri ilə birlikdə istənilən statusda işləməyə hazır deyil. Bu olduqca çətin bir şeydir, belə ki, ailədə kifayət qədər olan gözləntiləri daim doğrultmaq lazım gəlir. Şəxs emosional tükənməyə səbəb olan daxili çətinliklərlə üzləşir.

– Əgər ər-arvad birlikdə işləyirsə, onların istirahət etməyə vaxtları olmayacaq: axşamlar onlar işlərindən danışacaq, eləcə də məzuniyyət zamanı da bundan söz açacaqlar. Onlar məişət səviyyəsinə enirlər. Məişət səviyyəli məsələlər olmadıqda isə onlar özlərini nə ilə məşğul edəcəklərini bilmirlər, o səbəbdən kimi işləməkdə davam edirlər. Bu, şirkətlər üçün yaxşıdır, amma, psixika üçün çox ziyandır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlıq fəaliyyətində istifadə edilməyən şəxsi avtomobilin satışı gəlir vergisindən azaddır

posted in: Xəbər | 0

Sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın, yararsız vəziyyətdə olan şəxsi avtomobilin təqdim edilməsi gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin və vergitutma obyektlərinin uçotunu aparmaq bütün vergi ödəyicilərinin vəzifəsidir.

Qeyd olunanlara əsasən, sahibkarlıq fəaliyyətində istifadə edilməyən şəxsi avtomobilinin satışını həyata keçirən şəxs vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərinə əks etdirməlidir.

Həmçinin vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədilə vergi orqanı kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əməliyyatın düzgün sənədləşdirilməməsinə görə maliyyə sanksiyası

posted in: Xəbər | 0

əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Vergi ödəyicilərində sual doğuran məqamlardan biri də Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyalarıdır. Bu sanksiyalar hansı hallarda tətbiq edilir? Vergi ödəyicisi sanksiyalara məruz qalmamaq üçün nə etməlidir? Sualları sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin 58.13-cü maddəsində qeyd edilib ki, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Buradan aydın görünür ki, maliyyə sanksiyasının obyekti malların təqdim edilməsi əməliyyatıdır. Malların təqdim edilməsi üçün düzgün sənədləşdirilmə aparılmalıdır. Sənədləşdirmənin əsas baza sənədi isə elektron qaimə-fakturadır.

Maliyyə sanksiyası əməliyyatın düzgün sənədləşdirilməməsi, eləcə də düzgün sənədləşdirilməmiş malların təqdim edilməsinə görə tətbiq edilir.

58.13-cü maddə üzrə maliyyə sanksiyası ancaq malları satan şəxsə aiddir. Malları alan şəxsə isə maliyyə sanksiyası digər maddələr üzrə tətbiq edilə bilər.


 Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” kursu


Misal 1: Malların təqdim edilməsi ilə məşğul olan vergi ödəyicisi “AA” MMC 8 fevral 2021-ci ildə 10.000 manatlıq malı “VV” MMC-yə satıb və alıcı malları “AA” MMC-nin anbarından qəbul edib. Bu zaman satıcı şirkət 8 fevral 2021-ci ildə elektron qaimə-faktura təqdim etməlidir. Əgər qaimə-faktura sonrakı tarixlərdə göndərilsə və aralıq tarixdə operativ vergi nəzarəti tədbirləri ilə vergi orqanları bu halı müəyyənləşdirsə, onda əvvəlcə 10 faiz, eyni hal təkrar olunduqda isə daha yüksək faizlə maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Misal 2: “AA” MMC başqa bir alıcıya 8 fevral 2021-ci ildə müqavilə ilə 5.000 manatlıq mal satmaq istəyir və tərəflər malların alıcının anbarına təhvil verilməsi şərti ilə razılaşmışlar. Bu zaman rəsmiləşdirmə necə aparılmalıdır və maliyyə sanksiyası hansı halda tətbiq edilir?

Birinci misalda olduğu kimi ikinci misalda da “AA” MMC tərtib etdiyi elektron qaimə-fakturanı çap edib, malları yükləyərək alıcıya onun anbarında təhvil verib. Bu zaman o, elektron qaimə-fakturanı alıcıya təhvil verərkən imzalatmaqla rəsmiləşdirə bilər.

Burada diqqət yetirilməli məqam odur ki, əvvəlcədən razılaşma olduğuna baxmayaraq, alıcı uzaqda yerləşdiyi üçün malların təhvil verilməsi prosesi bir neçə gün çəkir. Bu zaman rəsmiləşdirmə aparmaq üçün tələb olunan şərtlərə əsasən, mallar təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası ilə yüklənməli, təhvil-təslim aktı ilə alıcıya təhvil veriləndən sonra isə elektron qaimə-faktura göndərilməlidir.

Birinci misalda alğı-satqı üçün əvvəlcədən razılaşma olduğu və əməliyyat operativ yerinə yetiriliyi üçün vergi orqanları tərəfindən maliyyə sanksiyası tətbiq edilmir.

İkinci halda isə əvvəlcədən razılaşma olmasına baxmayaraq, əməliyyatın başa çatması üçün müəyyən bir müddət lazım gəlir. Malların yolda olduğu müddət üçün əlavə sənədləşmə aparılmalıdır.

“Əvvəlcədən sifariş edilməyən mallar” dedikdə nə başa düşülür və bu, necə rəsmiləşdirilir?

Bu sualın cavabı üçün Vergi Məcəlləsinin 71-1.ci maddəsinə baxmalıyıq.

71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir:

71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt;
71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində. Deməli, əvvəlcəfən sifariş verilməyən malları satan zaman ilkin olaraq mallar alıcıya təhvil-təslim aktı ilə verilməlidir və ən geci 5 gün müdətinə elektron qaimə-faktura göndərilməlidir. Bu müddət ərzində vergi orqanları nə satıcıya, nə də alıcıya maliyyə sanksiyası tətbiq etmir.

Amma burada başqa bir incə məqam vardır. Satıcı malları bu formada satanda malları anbardan maşına yükləyən zaman əlavə olaraq malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib etməlidir.

Əvvəlcədən sifariş verilmədən malların satışı dedikdə, adətən, praktikada malların səyyar formada satışı başa düşülür.

Məsələn, satıcı malları müxtəlif çeşidlərdə maşınına yükləyir və müəyyən bir ərazidə satmağı planlaşdırır, sadəcə onun konkret müştərilərinin hansı maldan nə qədər sifariş verəcəyini əvvəlcədən bilmir. Ona görə də dəqiq satış əməliyyatı sırf mallar alıcıya onun əraizisndə təhvil veriləndə bilinir.

Misal 3: Malları səyyar formada satan “AA” MMC 50.000 manatlıq malı maşına yükləyib, sürücüyə və cavabdeh şəxsə malların təhvil-təslim aktlarını verir ki, malları alıcılara satan zaman onları yazsınlar. Təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasını isə vermir.

Vergi orqanları operativ vergi nəzarəti tədbirləri zamanı bunu müəyyənləşdirərsə, onda 10 faiz maliyyə sanksiyası tətbiq edəcəkdir. Anbardan maşına təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası olmadığına görə faktiki olaraq malların kimə aid olduğu bilinmir. Burada iki təsərrüfat obyekti var: “AA” MMC-nin anbarı və nəqliyyat vasitəsi.

Onu da yadda saxlamaq lazımdır ki, nə malların təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası, nə də malların təhvil-təslim aktı ciddi hesabat blankı deyildir və onları sadə kompüter fayllarında hazırlayıb çap etmək mümkündür.

Ona görə də vergi ödəyiciləri maliyyə sanksiyaları ilə üzləşməmək üçün səyyar formada alğı-satqı zamanı rəsmiləşdirmələrə diqqət yetirməlidirlər.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Britaniyada vergilərin tarixi artımını mümkün hesab edirlər

posted in: Vergi, Xəbər | 0

Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak ölkədə vergilərin artırılmasını mümkün hesab etdiyini bəyan edib, “Sky News” agentliyi xəbər verib.

Milli sığorta çərçivəsində məcburi ödəniş olan vahid sosial vergidə mümkün doqquz faizlik artımı şərh edən nazir, belə bir ehtimalı inkar etməyəcəyini söyləyib. “Adamlar sosial təminat sahəsinə bizim daha çox pul yatırmaq istəyimizi bilməlidirlər”, – Rişi Sunak qeyd edib. Həmçinin, yerli özünüidarəetmə Assosiasiyası bildirir ki, yaşlı, əlil və xroniki xəstəlikləri olan insanlara qulluq xərclərinin artması səbəbindən vergiləri artırmaq lazım gələcək.

Bununla yanaşı, Böyük Britaniyanın vergi yükü onsuz da artıq tarixən yüksək səviyyədədir, ödənişlərin daha da artırılması perspektivi, britaniyalıların enerji və ərzaq xərclərinin artması fonunda real istifadə edilə bilən gəlirlərini azalda bilər. İcmalar Palatasının lideri və Mühafizəkar partiyasının üzvü Ceykob Ris-Moqq da ölkədə vergilərin son həddə çatdığını bildirib.

Daha əvvəl, Böyük Britaniya hökuməti artıq milli səhiyyə xidmətinə kömək etmək və sosial təminat sistemində islahatlar aparmaq üçün əməkhaqqı vergisinin və dividend vergisinin artırılması barədə məlumat vermişdi. Milli sığorta üçün əməkhaqqı və dividend vergisi artıq gələn ildən 1,25 faiz artacaqdır. Bunun növbəti üç il ərzində 36 milyard funt sterlinq (49 milyard dollar) gətirəcəyi gözlənilir.

Lakin yalnız milli sığorta üçün verginin artırılması kifayət etməyəcək, yerli özünüidarəetmə Assosiasiyası bununla bağlı xəbərdarlıq edib. Yeni vergi növbəti üç il üçün sosial yardım xərclərini tamamilə əhatə edə bilməyəcək və Britaniyada bələdiyyə şuraları bu xidmətlərin işini əvvəlki səviyyədə saxlamaq üçün əlavə xərclərlə üzləşəcəklər. Eyni zamanda, ölkənin Avropa Birliyindən (AB) çıxması və pandemiyanın nəticələri səbəbindən işçi çatışmazlığına səbəb olan əmək haqqının məcburi şəkildə artırılması fonunda ortaya əlavə xərclər çıxa bilər.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 839 840 841 842 843 844 845 2. 704