İdman mərc oyunları üzrə sadələşdirilmiş verginin hesablanması
İdman mərc oyunlarının operatoru üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti, idman mərc oyunlarının satıcısı üçün isə operatorun ona verdiyi komisyon haqq sadələşdirilmiş verginin vergitutma obyektidir. İqtisadçı ekspert Radil Fətullayev idman mərc oyunları üzrə sadələşdirilmiş verginin hesablanması qaydasını izah edib.
İdman mərc oyunlarının operatoru kimi sadələşdirilmiş vergi oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitinin 6 faizi, idman mərc oyunlarının satıcısı kimi həmin oyunların operatorunun verdiyi komisyon haqqının 4 faizi miqdarında hesablanır.
Misal: Mərc oyunlarının satıcısı Məmmədov Tural oyun iştirakçılarından qəbul edilmiş 30.000 manat pul vəsaitini idman mərc oyunlarının operatoruna təhvil vermiş və bunun müqabilində 1.000 manat haqq almışdır. Bu halda sadələşdirilmiş verginin məbləğləri aşağıdakı kimi olacaqdır:
Operator üçün: 30.000 x 6%= 1.800 manat
Satıcı üçün: 1.000 x 4% = 40 manat
Xatırladaq ki, Vergi Məcəlləsinin 101.5-ci maddəsinə əsasən, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.
Mənbə: vergiler.az
Bax:
İşsizlikdən sığorta ödənişinin verilməsi hansı hallarda dayandırılır?
Bir dəfə işsizlikdən sığorta ödənişi almış şəxs onu yenidən nə vaxt ala bilər?
İxtisar olunan işçilərə müavinət necə hesablanır?
Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi
Fiziki şəxslərlə olan təhtəlhesab əməliyyatlar


2020-ci il əksər biznes sahələri üçün böyük sınaq ili oldu. Bu sınaqlardan uğurla çıxan şirkətlər pandemiyanın gətirdiyi məhdudiyyətləri təhlükə kimi deyil, fürsət kimi qiymətləndirə bildilər. Biznes proseslərdə daim çevik yanaşmalar edən Kapital Bank öz təlim və inkişaf fəaliyyətlərini bu məhdudiyyətlər səbəbindən sadəcə “Zoom” platformasına keçirməklə kifayətlənmədi. Əməkdaşların davamlı inkişafına imkan yaradacaq bir sıra yeniliklərlə yanaşı “iSpring Learn” platformasının bank üzrə istifadəsinə başladı.
Sığorta ödənişi almış şəxsə onu yenidən almaq üçün “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) və b) bəndlərinə uyğun olaraq və Dövlət qulluğunda çalışanlar isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci və 33.1.3-cü maddələrinə uyğun olaraq işdən azad edildikdə) uyğun olaraq növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu Qanunun 13.2.3-cü maddəsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.b bəndinə əsasən işdən azad olunduqda) uyğun olaraq isə 36 ay sığorta stajı tələb olunur.
“Ford” şirkəti koronavirusun “delta” ştamı səbəbindən Şimali Amerika, Latın Amerikası və digər regionlarda yerləşən bəzi ölkələrdəki əməkdaşlarının böyük əksəriyyətini 2022-ci ilin yanvar ayına kimi məsafədən çalışmaqda davam etmələri ilə bağlı qərar verib. Avtomobil nəhənginin öz əməkdaşlarını ofislərə qaytarmağa tələsmədiyi ilə bağlı məlumatı “Reuters” agentliyi xəbər verib.