Aksiz vergisi bəyannaməsinin təqdim edilməsi

posted in: Vergi | 0
birbank biznes

Aksiz vergisi bəyannaməsi,Vergi qanunvericiliyində vergi tutulmanın ən geniş yayılmış forması onun elə ödəyicinin özü tərəfindən bəyan edilməsi metodudur. Verginin bəyan edilərək tutulması qarşılıqlı etimadın  göstəricisi olmaqla yanaşı, vergi orqanlarını yoxlama keçirtmək hüququndan da məhrum etmir.

Verginin bəyan edilərək hesabat formasında tutulması az vaxt itkisi ilə daha dəqiq məlumatlara sahib olmaq, büdcəyə verginin daxil olmasını təmin etmək üçün zəruridir. Qeyd edək ki, hesabat və bəyannamə eyni şeydir. Belə ki, Vergi Məcəlləsinin 72.1-ci maddəsinə əsasən vergi hesabatı vergi bəyannaməsindən ibarətdir.

İstehsalçılar hesabat dövrü olan hər hesabat ayı üçün mövcud olmuş vergi tutulan əməliyyatlar barədə bəyannaməni növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bilavasitə, poçt və ya elektron formatda İnternet vasitəsilə təqdim etməlidirlər. Hesabat ayı ərzində vergi tutulan əməliyyat olmadıqda vergi orqanına müvafiq arayış forması təqdim olunmalıdır.

Vergi ödəyicisinin ləğvi (onun fəaliyyətinə xitam verilməsi) zamanı hesabat ayının əvvəlindən fəaliyyəti dayandırılan günə qədər olan dövrü əhatə edən bəyannamə vergi orqanına növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində təqdim olunmalıdır.


“Accounting.Az” konsaltinq şirkətinin təlim və kurslarında bəyannamə tərtibatını öyrənin


İdxalçılar idxal edilən malları gömrük qanunvericiliyinə uyğun olaraq gömrük orqanlarında bəyan edirlər. Əks təqdirdə, yəni ödəniş aparmadıqda ödəyicinin malları istehsal binasının hüdudlarından kənara çıxartmağa hüququ yoxdur. Malların idxalı zamanı aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur. Gəlir və mənfəət vergilərindən fərqli olaraq aksiz vergisi bəyannaməsinin təqdim edilmə müddətinin uzadılması qanunvericiliklə nəzərdə tutulmamışdır. Vergi ödəyiciləri Vergi Məcəlləsinin 57.1-ci maddəsinin müddəalarıyla maliyyə sanksiyasına məruz qalmaq istəmirlərsə, bəyannamənin vaxtında təqdim edilməsinə diqqət yetirməlidirlər.

Bəyannamələr həm kağız daşıyıcıda həm də elektron formada tərtib edilə bilər. Aksiz vergisinin elektron formada tərtibatı BTP proqramı vasitəsi ilə mümkündür.

Bəyannamənin elektron formada BTP proqram təminatı vasitəsi ilə təqdim edilməsi həm rahatdır, həm də mühasib üçün əlavə vaxt şansıdır.

Aksiz vergisi bəyannaməsini BTP proqramı vasitəsi ilə təqdim edərkən, təqdim etmənin sonuncu gününün son saatının axırına kimi (yəni 24:00-a qədər) bəyannaməni göndərə bilərsiniz. Kağız daşıyıcıda təqdim edilmə zamanı isə həm iş gününü, həm də vergi ödəyicilərinə xidmət mərkəzlərinin iş reqlamentini, vergi ödəyicilərinə xidmət göstərdikləri son saatı nəzərə almalısınız.

İstənilən halda bəyannamənin təqdim edilməsinin sonuncu günü qeyri-iş gününə düşərsə müddət Vergi Məcəlləsinin 68-ci maddəsinə əsasən ondan sonrakı iş gününün sonu bitir.

Kağız daşıyıcılarda bəyannamələrin formaları və onların doldurulma qaydalarını buradan yükləyib tanış olmaq olar.


Print Friendly, PDF & Email