İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatı

posted in: Xəbər | 0

DVX, Dövlət Gömrük Komitəsi,Son günlər üçüncü şəxslər üçün mal idxal edən və vergidən yayınan bəzi şirkətlər malların gömrük ərazisində saxlanılması və onlara qarşı maneə yaradılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və biznes subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması məqsədilə səmərəli vergi və gömrük nəzarəti mexanizmləri tətbiq edilməklə dövriyyələrin “ağardılması” istiqamətində müvafiq addımlar atılır. Vergi və gömrük orqanları tərəfindən üçüncü şəxslər üçün mallar idxal edən vergi ödəyicilərinin müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş formada mal sahiblərinə təqdim olunması istiqamətində birgə nəzarət tədbirlərindən biri də “İSEL A” MMC-də həyata keçirilib.

Bununla bağlı aparılmış araşdırma ilə müəyyən edilib ki, şirkətin ona məxsus olduğu iddia etdiyi mallar Quliyev Famil Faiq oğlunun əvvəlcədən sifarişi əsasında gətirilsə də, bununla bağlı ona heç bir qanuni sənəd təqdim edilmir. Famil Quliyev Dövlət Vergi Xidmətinə müraciət edərək “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərdiyini, həmin malların onun üçün gətirildiyini, lakin dəfələrlə tələb etməsinə baxmayaraq, MMC tərəfindən ona heç bir sənəd verilmədiyini bildirib və bununla bağlı kömək göstərilməsini xahiş edib.

Araşdırma nəticəsində “İSEL A” MMC-nin təsisçisinə məxsus digər MMC-də aparılmış operativ vergi nəzarəti zamanı cəmiyyətə məxsus təsərrüfat subyektlərinin formal olaraq qeydiyyata alındığı və əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparıldığı aşkar olunub.

Faktla bağlı müvafiq araşdırmalar davam edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir və bu kimi halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bulud mühasibatı həllinə startap şəhadətnaməsi verilib

posted in: Xəbər | 0

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “TechFin” MMC-nin  “Hesabat” onlayn-mühasibat həllinə (www.hesabat.az) “Startap” şəhadətnaməsi verilib.

“Hesabat” onlayn-mühasibat platforması mikro və kiçik sahibkar subyektlərinin öz mühasibat uçotunu asan şəkildə idarə etməsi üçün yaradılmış onlayn-mühasibat platformasıdır. Onlayn-mühasibat mikro və kiçik şirkətlərin uçotunun aparılmasına imkan verən xüsusi bir proqram təminatıdır.

Onlayn-mühasibat sizin kompüterinizə yüklədiyiniz köhnə mühasibat proqram təminatını əvəz etməklə bərabər bir çox üstünlüklərə malikdir (bankla inteqrasiya, müştəri və təhcizatçılara avtomatik məlumatların göndərilməsi və s.).

“Techfin” MMC-nin təsisçisi və direktoru Hacıağa Hacı bildirmişdir ki, “Maliyyə-mühasibat sahəsində texnoloji yeniliklərin tətbiq olunması həmçinin sahibkarların da maliyyə savadlılığını artıracaq, mühasiblərin işini asanlaşdıracaq, uçotun şəffaflaşmasına öz tövhəsini verəcəkdir ki, nəticədə bu, həm dövlət, həm sahibkarlar, həm də mühasiblər üçün faydalı olacaqdır. Bizim fikrimizcə, onlayn-mühasibat sadə, rahat, etibarlı, aktual və sərfəli olmalıdır ki, bizim yaratdığımız həll bu meyarlara tam uyğundur”.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Outsourcing” ilə “Insourcing”in fərqi nədir?

posted in: Məqalə, Xəbər | 0

“Outsourcing” ilə “Insourcing”in fərqi

mühasibat, outsourcing,“Outsourcing” konkret tapşırıqların yerinə yetirilməsi üçün şirkətlə əlaqəsi olmayan kənar təşkilatın işə götürülmə prosesidir. “Insourcing” isə təşkilatın əməliyyat infrastrukturu daxilində həyata keçirilən fəaliyyətdir. Bu iki anlayış arasındakı əsas fərq, işlərin, layihələrin və ya tapşırıqların strateji məqsədlər üçün müxtəlif şirkətlər və şöbələr arasında bölüşdürülmə metodlarından ibarətdir.

“Outsourcing”

“Outsourcing” dedikdə, vəzifələrin yerinə yetirilməsi məqsədilə kənar təşkilatın inkişaf etmiş işçi qüvvəsindən istifadə etməklə xidmət və istehsal məhsullarının təmin edilməsi üçün kənar təşkilatın resurslarından yararlanmaq nəzərdə tutulur. Xərclərə qənaət edilməsi adətən digər şirkətin “outsourcing” qismində fəaliyyət göstərməsinə təkan verir. Telekommunikasiya, səyahət, nəqliyyat, media və pərakəndə satış kimi sahələr adətən vacib layihələrin və ya tapşırıqların yerinə yetirilməsi üçün “outsourcing” xidmətinə baş çəkirlər.

ƏSAS üsullar
  • “Outsourcing” xüsusi tapşırıqların yerinə yetirilməsi üçün şirkətlə əlaqəsi olmayan kənar təşkilatların köməyini təmin edir.
  • “Insourcing” isə təşkilatın əməliyyat infrastrukturu daxilində həyata keçirilən fəaliyyətdir.
  • Təşkilatın əməliyyatlar və qərarlar üzərindəki nəzarəti şirkətin “outsourcing” və ya “insourcing” xidmətindən istifadə etməsindən asılı olaraq dəyişəcəkdir.
  • “Insourcing” ümumiyyətlə təşkilat daxilində yeni əməliyyat və prosesləri işə salır, “outsourcing” isə təşkilatın ilkin fəaliyyətindən fərqlənən kənar təşkilatı əhatə edir.

İşin əsas aspektlərinə daha yaxşı diqqət yetirmək üçün “outsourcing”dən istifadə edilə bilər. Yəni, əsas olmayan fəaliyyətlərin “outsourcing”i vsitəsilə səmərəliliyini və məhsuldarlığını artırmaq mümkündür. Eyni zamanda, “outsourcing” müştəri dəstəyindən istehsalata qədər texnologiya və ofislərin işinə təsir göstərə bilər.

Outsourcing, insourcing,Müəyyən bir xidmət və ya istehsal prosesi məqsədilə “outsourcing”dən istifadə edən təşkilatlar, layihə üçün işə götürülmüş kənar təşkilatın metodları üzərində minimal idarəetməyə malikdirlər. Məsələn, uğurlu müştəri xidmətinin göstərilməsi ilə tanınan hər hansı təşkilat kənar təşkilatın müştərilərlə hansı şəkildə qarşılıqlı əlaqədə olduğunu və ya həmin əlaqələri idarə edə bilmir.

“Insourcing” 

“Insorsinq” dedikdə hər hansı bir şəxs və ya şirkətin işə götürülməsi əvəzinə layihənin şirkət daxilindəki hər hansı şəxsə və ya şöbəyə tapşırılması nəzərdə tutulur. Bu zaman, tapşırıqları yerinə yetirmək və ya məqsədə çatmaq üçün təşkilat daxilində inkişaf etmiş resurslardan istifadə olunur. Məsələn, hər hansı təşkilat yeni bir məhsul üçün artıq təşkilat daxilində başqa bir məhsul üçün mövcud olan texniki dəstəkdən istifadə edə bilər.

Bundan əlavə, insorsinq zamanı ümumilikdə təşkilat daxilində yeni əməliyyatlar və proseslər işə salınır. Bu səbəbdən, bir şirkət üçün xaricdən maliyyələşdirmə daha baha başa gələ bilər. Çünki bu, təşkilat daxilində fərqli bölgü məqsədilə yeni proseslərin həyata keçirilməsini əhatə edir.

Hüquq şirkətləri 

“Outsourcing” əsasən ABŞ iqtisadiyyatı ilə əlaqələndirilir, “insorsinq” isə əhəmiyyətli layihə və tapşırıqlara daha yaxşı nəzarət etmək istəyən şirkətlər tərəfindən daha çox istifadə edilir.

“Insorsinq” metodundan əsasən hüquq şirkətləri istifadə edir. 2018-ci il üzrə verilən Hüquqi Qiymətləndirmə Hesabatına əsasən, hazırda hüquq şirkətlərinin işlərinin ən azı 75%-i şirkət daxilində həyata keçirilir. Bundan əlavə, sorğuda iştirak edənlərin 20%-i bütün işlərin daxildə yerinə yetirdiklərini bildirmişdir.

Mənbə: supplychain.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Gəncədə “Açıq kitabxana”lar quraşdırdı

posted in: Xəbər | 0

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, 15 sentyabr – Bilik günü ərəfəsində Gəncə şəhərində növbəti sosial aksiyanı həyata keçirib. Aksiya çərçivəsində Gəncə şəhəri Heydər Əliyev Park-Kompleksində və Xan Bağında açıq kitabxana quraşdırıb.

Qeyd olunan açıq kitabxanalardan hər bir insan sərbəst şəkildə yararlana, zövqünə uyğun kitabı ödənişsiz götürə bilər. Həmçinin, təşəbbüsə dəstək göstərmək istəyən şəxslərin istənilən mövzuda kitabları digərlərinin faydalanması üçün kitabxanalara bağışlamaq imkanı var.

Açılış mərasimində rəflərdə olan kitablar Kapital Bank-ın əməkdaşları və “Qırmızı Ürəklər” xeyriyyə fondunun könüllüləri tərəfindən hədiyyə edilib. Kitablar arasında həm bədii, həm də peşəkar ədəbiyyata rast gəlmək olar. Kitabxanada azərbaycan, türk, rus və ingilis dilində kitablar mövcuddur. Tədbir Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Dram teatrının dəstəyi ilə keçirilib.

Qeyd edək ki, 2021-ci il ölkə başçısı tərəfindən “Nizami ili” elan olunub. Həmçinin, bu il dahi mütəfəkkirin 880 illik yubileyi qeyd olunur. Tədbirin Gəncədə təşkil olunması 2021-ci il üçün nəzərdə tutulan tədbirlərə töhfə vermək məqsədini daşıyır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 862 863 864 865 866 867 868 2. 704