Muzdlu işdən əldə olunan gəlirlərin məcburi sosial sığorta ödəmələrinə cəlb edilməsi

posted in: Xəbər | 0

işsizlik, işsizlikdən sığorta, icbari tibbi sığorta haqqı, Həyatın yığım sığortası, Sosial sığorta haqqı, icbari sığorta, Yerli sığorta, sığorta bazarı, sığorta olunanın hüquqları, fərdi uçot,Azərbaycanda fəaliyyət göstərən bütün müəssisələr (fiziki və hüquqi şəxslər) işçiləri əmək müqaviləsi əsasında muzdlu əmək fəaliyyətinə cəlb etdikləri zaman onlara görə məcburi sosial sığorta haqqı (MDSS) ödənişi etməlidirlər. İqtisadçı ekspert Radil Fətullayev MDSS-nin ödəniş qaydalarını şərh edir:

MMDS ödənişləri 2 yerə bölünür:

– sığortaedənin ödənişləri (işəgötürən müəssisənin hesabına tutulan sosial ödənişlər);
– sığorta olunanın ödənişləri (işçinin hesabına tutulan sosial ödənişlər.

“Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, məcburi sosial sığorta haqqının hesablanması qaydası aşağıdakı iki istiqamət üzrə aparılmalıdır:

– qeyri-neft-qaz və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığorta olunanlar üçün MDSS-nin hesablanması;
– neft-qaz və dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığorta olunanlar üçün MDSS-nin hesablanması.
Qanuna əsasən yuxarıda qeyd olunan sektorlar üçün MDSS-nin hesablanması 2019-cu il yanvarın 1-dən başlayaraq 7 il müddətində aşağıdakı qrafikdə göstərilən kimi müəyyənləşdirilib:


Əmək müqaviləsi üzrə çalışan işçilərin MDSS-ə cəlb edilməsi qaydası

Qeyri-neft-qaz və qeyri-dövlət sektoru üçün sığorta ödənişlərin hesablanması

Neft-qaz və dövlət sektoru üçün sığorta ödənişlərin hesablanması

SE

(sığortaedən) hesabına ödənişlər

SO

(sığorta olunan) hesabına ödənişlər

SE

hesabına ödənişlər

SO

hesabına ödənişlər

22/15% 3/10% 22%

3%

 


Qeyri-neft və qeyri-dövlət sektoru üçün məcburi sosial sığorta haqqının hesablanması qaydası aşağıdakı kimidir:

– Sığortaedənin hesabına ödənişlər işəgötürən müəssisə tərəfindən (işçinin maaşından tutulmayan) ödənilən sosial ödənişlərdir. Bu cür ödənişlər müəssisənin xərci kimi qeyd olunaraq hesabata daxil edilir. “Sosial sığorta haqqında” Qanuna əsasən, Azərbaycanda bu cür ödənişin faiz dərəcəsi əməkhaqqı fondundan 200 manata qədər olduqda 22 faiz, 200 manatdan çox olduqda əlavə məbləğin 15 faizi miqdarında MDSS-yə cəlb olunur.

– Sığortaolunanın hesabına ödənişlər işçinin maaşından tutularaq ödənilən sosial ödənişlərdir. Azərbaycanda bu ödənişin miqdarı qüvvədə olan qanunvericiliyə görə, əməkhaqqı 200 manata qədər olduqda 3 faiz, 200 manatdan yuxarı olduqda əlavə məbləğin 10 faizi miqdarında MDSS -yə cəlb olunur.

Neft və büdcə sektoru üçün məcburi sosial ödənişlərin hesablanması qaydası aşağıdakı kimidir:

– Sığortaedənin hesabına ödənişlərin məbləği əməkhaqqı fondunu birbaşa 22 faizə vurmaqla hesablanır və alınan məbləğ MDSS-yə cəlb olunur.

– Sığorta olunanın hesabına ödənişlərin miqdarı 2019-cu il üzrə qanunvericiliyə görə əməkhaqqının 3 faizi məbləğində müəyyən edilib.

Misal: Fərz edək ki, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən müəssisənin üç işçisi vardır. Onların aylıq əməkhaqqı aşağıdakı kimidir:

direktor – 500 manat ;
mühasib – 300 manat;
təşkilatçı – 250 manat.

Direktor üçün:
Sığortaedən üçün MDSS məbləği:

200×22%+(500-200)x15% = 44+45=89 manat

Sığortaolunan üçün MDSS məbləği:

200×3%+(500-200)x10%=6+30=36 manat

Mühasib üçün:
Sığortaedənin MDSS məbləği:

200×22%+(300-200)x15% = 44+15=59 manat

Sığortaolunan üçün MDSS məbləği:

200×3%+(300-200)x10%=6+10=16 manat

Təşkilatçı üçün:

Sığortaedənin MDSS məbləği:

200×22%+(250-200)x15% = 44+7,5=51,5 manat

Sığorta olunan üçün MDSS məbləği:

200×3%+(250-200)x10%=6+5=11 manat.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *