Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına əsasən işçilərin orta siyahı sayının hesablanması barədə

posted in: Xəbər | 0

Xidmətlərin göstərilməsi, İqtisadiyyat Nazirliyi, Vahid Tarif Cədvəli, qurban bayramı, COVID-19 pasportu, gömrük rüsumları, Gömrük rüsumlarının dərəcələri, Peşəkar mühasib sertifikatı, Sosial müavinət, sənəd dövriyyəsi, əmək haqqı, Peşəkar mühasib sertifikatı, iş günlərinə dəyişiklik, Ailə kəndli təsərrüfatı, əmək haqqının normativləri, Elektron qaimə-fakturanın forması, maliyyə dəstəyi, 190 manat, icbari tibbi sığorta, Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” meyarlarına əsasən, işçilərin orta siyahı sayı vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi aylar üzrə işçilərin sayı toplanaraq həmin ayların sayına bölünmə yolu ilə müəyyənləşdirilir. Həmçinin növbəti hesabat ilində sahibkarlıq subyektilərinin bölgüsü meyyarlarının müəyyən edilməsi üçün cari ildəki meyar əsas götürülür və növbəti hesabat ilinin sonunda həmin il üçün həmin ilin nəticələri əsasında meyar yenidən müəyyən edilir.

Əsaslandırma: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü”.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ən varlı amerikalılar milyardlarla dollar vergidən yayınmaqda günahlandırılırlar

posted in: Xəbər | 0

defolt təhlükəsi,ABŞ-ın Maliyyə Nazirliyi hesabat dərc edib, həmin hesabata əsasən ABŞ-ın ən varlı sakinlərinin bir faizi il ərzində 163 milyard dollar məbləğində vergi ödənişindən yayınıblar. Vaxtında tədbir görülməsə, vergidən ödənilən məbləğ yaxın 10 il ərzində 7 trilyon dollar təşkil edəcək, “The New York Times” nəşri belə yazıb.

ABŞ prezidenti Co Baydenin administrasiyası vicdansız vergi ödəyicilərinə qarşı mübarizə aparır və “vergi dəliyini” qapatmağa cəhd edir. Hakimiyyət ABŞ vergi xidməti üçün 80 milyard dollar ayırmağı düşünür. Subsiyadaların məqsədi – xəzinəyə vergi məbləğlərini tam şəkildə ödəməməyə imkan verən sxemlərin izlənilməsinə və qarşısını almağa kömək edən əməkdaşların ştatdakı saylarını genişləndirməkdir.

Hesabatın müəllifi Nataşa Sarinin sözlərinə görə, vergi xidməti varlı amerikalılara münasibətdə vergi qanunvericiliyini lazımi qaydada tətbiq etmək üçün mürəkkəb vergi bəyannamələrinin minlərlə səhifəsini deşifrə edə biləcək peşəkarları işə götürməlidir. Bundan əlavə, idarənin zənginlərin iş ortaqlığından və xüsusi mülklərdən əldə etdiyi qeyri-şəffaf gəlir mənbələri haqqında məlumatlara ehtiyacı vardır.

Respublikaçılar Partiyası və biznes lobbisinin nümayəndələri bu ideyaya şübhə ilə yanaşıblar. Onların fikrincə, vergi xidmətinin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı tədbirlər, özlüyündə vətəndaşların şəxsi həyatına müdaxilə etmək deməkdir.

Bayden iqtisadiyyatı 3,5 trilyon dollar məbləğində dəstəkləmək üçün tədbirlər paketini qəbul etmək istəyir. Bu planın zəngin vətəndaşlar və iri müəssisələr üçün vergilərin artırılması hesabına həyata keçirilməsi nəzərdə tutulur. Lakin ABŞ-ın indiki vergi qanunvericiliyində varlılar üçün bir boşluq vardır. Onların arasında –  həyat sığortası üzrə özəl polis də (private placement life insurance və ya PPLI) vardır. Müştəri tərəfindən qoyulan vəsait vergiyə cəlb olunmur və müqavilənin qüvvədə olduğu müddət başa çatdıqdan və ya sığorta hadisəsinin baş verməsindən sonra pullar tam həcmdə qaytarılır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2021-ci il üzrə mühasibat uçotu statistikası və faktları (II hissə)

posted in: Xəbər | 0

2021-ci il üzrə mühasibat uçotu statistikası və faktları (II hissə)

I hissəyə nəzər yetirin

Müasir dövr sizin biznes prosesinizin bütün aspektlərində inkişaf edir. Planlaşdırmadan istənilən fəaliyyətin idarə edilməsinə qədər rəqəmsallaşdırma – bu, oyunda qalmağın açarıdır. Siz eyni şeyi biznesinizin mühasibat uçotu, pul axını və ya maliyyə hesabatı haqqında da deyə bilərsiniz. Hər şeyi daha qeyri-ənənəvi, lakin, inkişaf etmiş bir vəziyyətə çevirən mühasibat proqramıdır.

  1. Kiçik bizneslə əlaqəli mühasibatlıq statistikası və faktları

Çox güman ki, siz dünya müəssisələrinin 90 faizindən çoxunun kiçik müəssisələrdən ibarət olduğunu bilirsiniz. Onların əksəriyyəti strateji uçot prosesi ilə daha çox maraqlanmağa başlayıblar. Eyni zamanda o da bir həqiqətdir ki, şirkətlərin heç də hamısı sürətli şəkildə rəqəmsal mühasibat sistemini tətbiq etmir.

Nəticə etibarilə, bizim “SMBs” bölməsinə daxil etməyə hazırlaşdığımız məlumatlar sizə göstərir ki, “SMBs”lərin əksəriyyəti dəyişikliklərə can atırlar. Real təsviri başa düşmək üçün, gəlin, mühasibat uçotunun bu statistik məlumatlarına göz yetirək.

  • Kiçik biznes sahiblərinin 21%-i hesab edir ki, onlar öz şirkətlərinin mühasibat uçotu və maliyyəsi barədə kifayət qədər biliklərə malik deyillər.
  • Kiçik və orta müəssisələrin 30%-i hesab edir ki, onların mühasibləri ən yaxşı məsləhətçilərdirlər.
  • Kiçik və orta müəssisələrin 64 faizindən çoxu mühasibat proqram təminatından istifadə edir.
  • Kiçik müəssisə mühasiblərinin 70%-i onların məsləhətçi rolunun daha strateji hala gəldiyini görürlər.
  • Kiçik və orta müəssisələrin 58 faizi öz mühasibləri ilə üzbəüz görüşmək istəmirlər.
  • C səviyyəsindən mühasibatlığı olan rəhbərlərin 74%-i əmindirlər ki, nağdsız ödənişlərə keçən cəmiyyətin yaranması, 2025-ci ildən sonra daha uzunmüddətli təsirə malik olacaqdır.
  • Kiçik və orta müəssisələrin 42 faizindən çoxu mühasiblərinin biznes məsləhətlərini təklif etməsini gözləyir.
  • Kiçik müəssisələrin əksəriyyəti vergilər (71%), əməkhaqqı (50%), audit (48%), vergi planlaşdırılması (30%), şəxsi maliyyə (16%) və mühasibat uçotu (14%) üzrə hesablamaları autsorsinqə təhvil verirlər.

III hissəyə nəzər yetirin



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qadınlar Çin iqtisadiyyatını daha da zənginləşdirəcək

posted in: Xəbər | 0

Çin qadınları növbəti 10 il ərzində istehlakın əsas hərəkətverici qüvvəsi olaraq, ölkə iqtisadiyyatını 5,3 trilyon dollar həcmində zənginləşdirəcəklər, “Bloomberg” agentliyi belə xəbər verir.

“UBS Global Research”in məlumatına görə, Çində istehlakın 80 faiz artması qadınların gəlirlərinin artması ilə əlaqədar olacaq. “Biz gözləyirik ki, son 20 ildə çinli qadınların təhsilində əhəmiyyətli irəliləyiş onların sosial vəziyyətinin və iş yerlərində statuslarının yaxşılaşmasına effektiv təsir edəcək”, hesabatda belə deyilir.

Onu da qeyd etmək lazımdır ki, Çində təhsil sektoru indi böyük təzyiqlərlə üzləşir. Xüsusilə, Çin hökuməti məktəbdənkənar təhsildən xilas olmaq istəyir ki, bu da çinlilərin yüksək akademik nailiyyətlərinə malik olmasına kömək etməklə yanaşı, 10 milyon iş yerini də təmin edir.

Eyni zamanda, “UBS” analitikləri yüksək təhsil səviyyəsinin istehlakın artmasına mənfi təsir göstərə biləcəyini düşünürlər: qadınlar öz gəlirlərinin böyük hissəsini xərcləməyərək, investisiya kimi istifadə edəcəklər. Çində qadınların maliyyə vəziyyətinin yaxşılaşması bir nəfərdən ibarət ev təsərrüfatlarının payının artması ilə yanaşı, ölkədə istehlak strukturunu da dəyişə bilər. Mütəxəssislərin fikrincə, insanlar ev heyvanlarına, sağlam qidalara və pivəyə daha çox pul xərcləyəcəklər.

Ev təsərrüfatlarında gözlənilən istehlakla əlaqəli sıçrayış o deməkdir ki, 2030-cu ildə Çin dünya istehlakının artımının təxminən 27 faizini təmin edəcək, ABŞ isə 19 faizini, “UBS” belə proqnozlaşdırıb.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 863 864 865 866 867 868 869 2. 704