Əmək məzuniyyəti və vətəndaşın hüquqları

posted in: Vergi, Xəbər | 0

Əmək məzuniyyəti və vətəndaşın hüquqları


Mülkiyyət formasından, təsərrüfatçılıq və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin Azərbaycan Konstitusiyasının 37-ci maddəsinə görə istirahət etmək hüququ var. Bu, vəzifəsindən, iş rejimindən, əmək şəraitindən və fərdi əmək müqaviləsinin müddətindən asılı olmayaraq, hər bir vətəndaşa aiddir. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilir.

Mövzu ilə bağlı müraciət etdiyimiz hüquqşünas Xəyal Məmmədxanlı bildirib ki, qanunvericilik bütün işçilərə onların iş yeri və orta aylıq əmək haqqı saxlanılmaqla illik məzuniyyət verilməsini nəzərdə tutur.

Əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır. Əmək Məcəlləsində nəzərdə tutulmuş müddətdən az olmayaraq verilməlidir.

Məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapıb. «Ödənişli məzuniyyətlər haqqında» Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi və 1994-cü il 19 iyun tarixindən Azərbaycan Respublikasının qoşulduğu Konvensiyasının 3-cü maddəsinin birinci bəndinə görə, hər bir şəxs müəyyən edilmiş minimum müddətli illik ödənişli məzuniyyət hüququna malikdir.

Ölkə Konstitusiyası və beynəlxalq konvensiyanın prinsip və normalarına uyğun olaraq, məzuniyyət verilməsinin qaydaları Əmək Məcəlləsində tənzimlənən münasibətlər sırasındadır. Mövcud qanunvericiliyə görə, ödənişli əmək məzuniyyətindən istifadə etmək hər bir işçinin əsas hüquqlarından sayılır. Lakin təəssüf ki, günümüzdə işçilərlə işəgötürənlər arasında həmin hüquqların pozulması hallarına daha çox rast gəlinir və bu cür problemlər hələ də aktual olaraq qalır. Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə edilən son dəyişiklikdən öncə həm işəgötürənlər tərəfindən, həm də digər səbəblərdən işçilərə əmək məzuniyyətləri vaxtlı-vaxtında verilmirdi və bunun nəticəsi olaraq işçilərin illər boyu yığılmış əmək məzuniyyətlərinə çıxmaları, bir növ, istehsalın və xidmətin təşkilində problemlər yaradırdı və ya şəxs işdən çıxanda pul əvəzlərinin verilməsində sıxıntılar yaşanırdı. Bütün bu hallar nəticəsində işçilərin hüquqları pozulmuş olurdu.

Məhz bu səbəbdən, vəziyyətdən çıxış yolu tapmaq və məzuniyyət hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə 2006-cı ildə qanunvericiliyə kompensasiya müəyyən edən norma əlavə olundu. Bununla da işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə olunmamış əmək məzuniyyətinə görə müəyyən edilmiş qaydada və məbləğdə kompensasiya ödənilməsi təsbit olundu.

X. Məmmədxanlı bildirib ki, Əmək Məcəlləsinin 135-ci maddəsinə edilən dəyişiklik qəbul edildiyi dövr üçün təqdirəlayiq sayılsa da, fikrimizcə, işçilərin məzuniyyət hüquqları ilə bağlı qanunvericilikdə hələ də müəyyən boşluqlar özünü göstərir. Əmək Məcəlləsinin 113-cü maddəsinin 1-ci hissəsində əmək məzuniyyətinin izahında qeyd olunur ki, əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün verilən istirahət günləridir. Bu maddədən belə bir nəticəyə gəlmək olar ki, bir iş ili ərzində işçinin məzuniyyətdən istifadə etməməsi onun sağlamlığına mənfi təsir göstərir. Fiziki və mənəvi cəhətdən yorulmuş işçinin iş qabiliyyəti ilə yanaşı, onun motivasiyası da aşağı düşür. Nəticə etibarilə, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının işçilər tərəfindən pozulması halları da artır.

Bu məsələnin həllinin araşdırılması üçün Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə nəzər salmaq olar. Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi 132 nömrəli «Ödənişli məzuniyyətlər haqqında» Konvensiyasına əsasən, bir il işləməyə görə işçinin məzuniyyəti heç bir halda üç iş həftəsindən az verilə bilməz. Bununla yanaşı, adı çəkilən Konvensiyanın 12-ci maddəsində qeyd olunur ki, Konvensiyanın 3-cü maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş minimum illik ödənişli məzuniyyət hüququndan imtina edilməsi haqqında və ya bu cür məzuniyyətin pul ilə əvəz olunması və (və ya) milli şərtlərə uyğun gələn başqa şəkildə ondan istifadə edilməməsi haqqında müqavilələr etibarsız sayılır və ya qadağan edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, istənilən səbəbdən əmək məzuniyyətinin istifadə edilməməsi və kompensasiya verilməsi işçinin üç iş həftəsi müddətinə məzuniyyət hüququnu istisna etmir.

X.Məmmədxanlı qeyd edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinin Beynəlxalq Əmək Təşkilatının 132 nömrəli «Ödənişli məzuniyyətlər haqqında» Konvensiyasının 12-ci maddəsi prizmasından şərh edilməsi barədə məsələ qaldırılması mümkündür.

Vergi üzrə mütəxəssis Emin Səttarov işçiyə keçmiş və cari iş ilinə görə istifadə etmədiyi əmək məzuniyyəti üçün kompensasiya verilərkən gəlir vergisinin hesablanması ilə bağlı bildirib ki, təcrübədə bir çox mühasiblər tərəfindən kompensasiya hesablanarkən bitmiş iş ilinə görə vergitutma məqsədləri üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən azadolma çıxıldıqdan sonra gəlir vergisi hesablanır. Amma cari iş ili üçün hesablanmış kompensasiya həmin ayın əməkhaqqı ilə birlikdə hesablanaraq yalnız bir dəfə (cəmi məbləğə) azadolma tətbiq edilir. Bu hesablamanın düzgün olmadığını deyən mütəxəssis qeyd edib ki, qanunvericiliyə əsasən, keçmiş iş ilinə görə gəlir vergisi hesablanarkən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə uyğun olaraq, azadolma çıxıldıqdan sonra gəlir vergisinin hesablanması düzgündür. Cari iş ilinə görə hesablanmış əməkhaqqı və kompensasiyadan Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi tətbiq olunmaqla ayrı-ayrılıqda gəlir vergisi hesablanmalıdır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidməti büdcə proqnozuna 124% əməl edib

posted in: Xəbər | 0

Vahid elektron lövhə, aksiz vergisi, vergi orqanı, Ölkələrarası hesabat, şəxsi həyata dair məlumat, vergi sirri, nizamnamə kapitalı, elektron xidmət, Səyyar vergi yoxlaması, korrupsiya, Əmək müqaviləsi, Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıBu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 4 342 milyon manat vəsait daxil olub.

Maliyyə Nazirliyinə istinadən xəbər verilir ki, bu, proqnoza nisbətən 851,6 milyon manat və yaxud 24,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 336,7 milyon manat və yaxud 8,4% çoxdur.

Yarım illik vəsaitin 73,1 %-i və yaxud 3 175,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 1 il əvvələ nisbətən 276,2 milyon manat və yaxud 9,5% çoxdur.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

VÖEN-siz fəaliyyət göstərən fiziki şəxslərin xidmət haqqından tutulmalar

posted in: Xəbər | 0

zərər, gəlir vergisi, Ezamiyyə norması, Vergi borcları, Vergi ödəyicisi, Vergi ödəyicisimalların uçotu, azadolmalar, vergi güzəştləri, mükafatdan vergi, Vergi güzəşti, təsisçi, Borc məbləğləri, Zərərin keçirilməsi, Zərər, Kameral uyğunsuzluq məktubları, Kameral uyğunsuzluq məktubu, Hüquqi şəxs, nizamnamə kapitalı, əsas vəsaitlər, 57.1 və 58.1-1-ci maddələrin fərqi, vergi ödəyicilərinin mənfəəti, sənədlər, Təmir xərcləri, malların təqdim edilməsi, Xidmətlərin göstərilməsi, Vergi Məcəlləsində dəyişiklik, vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar  ödəmə mənbəyində vergini  tutmalı və hesabatı təqdim etməlidir. Bəs həmin şəxslərin vergi və sosial ödənişlərinin məbləği necə hesablanır? Suala mühasibat mütəxəssisi Emin Salamov aydınlıq gətirir.

Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin mülki hüquqi müqavilələrlə göstərdikləri xidmətlərə görə gəlirlərindən tutulmalar Vergi Məcəlləsinin və “Sosial sığorta haqqında” Qanunun müvafiq maddələri ilə tənzimlənir:

Misal: 1 iyul 2021-ci il tarixində vergi orqanında uçotda olmayan fiziki şəxslə büdcə təşkilatı arasında aylıq 1000 manat dəyərində mülki-hüquqi xidmət müqaviləsi bağlanıb. Bu zaman fiziki şəxsin vergi və sosial tutulmaları necə hesablanılacaq?

Vergi Məcəlləsinin 101.1-3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, Məcəllənin 101.1-1-ci maddəsinə uyğun olaraq fiziki şəsin aylıq gəliri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat+2500 manatdan çox olan məbləğin 25 faizi həcmində vergi tutulur. Mülki-hüquqi xidmət müqaviləsi bağlanarkən əmək kitabçası açılmasına ehtiyac olmadığı və həmin müqavilə üzrə iş əsas iş yeri sayılmadığı üçün aylıq gəlirdən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan 200 manat çıxılma edilmir.

Yuxarıda göstərilən misalda aylıq gəlirdən məcburi dövlət sosial sığorta haqqı “Sosial Sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə uyğun olaraq aylıq gəlirin 25%-i həcmində tutulur:

S/n Aylıq gəliri

(manat)

Gəlir vergisi MDSS 25% İşsizlikdən sığorta İcbari tibbi sığorta Cəmi tutulmalar Karta köçürülən məbləğ
1 1000,00 140,00 250,00 0,00 20,00 410,00 590,00

Mülki-hüquqi xidmət müqaviləsi bağlanılarkən aylıq gəlirdən “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.4-cü maddəsinə uyğun olaraq aylıq gəlirin 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı hissəsindən 1 faiz icbari tibbi sığorta haqqı tutulur.
Büdcə təşkilatında əmək müqaviləsi bağlamaq şərtilə işçinin aylıq gəlirindən vergi və sosial tutulmaları isə belə hesablanır:

S/n Aylıq gəliri Gəlir vergisi MDSS 3% İşsizlikdən sığorta 0,5% İcbari tibbi sığorta 2% Cəm tutulmalar Karta köçürülən məbləğ MDSS 22% (işə götürən) İşsizlikdən sığorta 0.5% (işə götürən) İcbari tibbi sığorta 2% (işə götürən)
1 1000,00 112,00 30,00 5,00 20,00 167,00 833,00 220,00 5,00 20,00

 

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xüsusi karantin rejiminin müddəti uzadıldı

posted in: Xəbər | 0

Vahid Tarif Cədvəli, qurban bayramı, COVID-19 pasportu, gömrük rüsumları, Gömrük rüsumlarının dərəcələri, Peşəkar mühasib sertifikatı, Sosial müavinət, sənəd dövriyyəsi, əmək haqqı, Peşəkar mühasib sertifikatı, iş günlərinə dəyişiklik, Ailə kəndli təsərrüfatı, əmək haqqının normativləri, Elektron qaimə-fakturanın forması, maliyyə dəstəyi, 190 manat, icbari tibbi sığorta, Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiKoronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 914 915 916 917 918 919 920 2. 705