Azərbaycanda eyni şəxsə məxsus 6 şirkət ləğv olunur

posted in: Xəbər | 0

yerli şirkət, şirkət ləğvi,Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alınmış “İntellekt-S” MMC, “RD Trest” kiçik müəssisəsi, “Avisenna-M” ŞF, “Saturn-SS”, “Atilla” və “Qartal-K” MMC-lər ləğv olunduğunu elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Xəzər rayonu, L.Starçuk küçəsi, ev 198A ünvanına bildirə bilərlər.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirli startapı necə təsis etməli? (8-ci hissə)

posted in: Xəbər | 0

Gəlirli startapı necə təsis etməli? (8-ci hissə)

7-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat   

5. Gəliri proqnozlaşdırırıq

Sizin biznes-modeliniz nədən ibarətdir? Onun miqyasını genişləndirmək olarmı?

Startapdan istifadədən əvvəl istiqaməti, problem və məhsulu qəti şəkildə müəyyənləşdirdik. Sizin məhsulunuzdan ötrü bazarın mövcud olduğuna əmin olduq. Növbəti addım – bu, sizin biznes modelinizin məhsulu bazara çıxara, mənfəət əldə edə və miqyasını artıra biləcəyinizi hesablamaqdır.

Müştəri bazanız nə qədər çox olarsa, məhsulunuzun bir vahidinin hazırlanması bir o qədər ucuz başa gələcək. Məsələn, əgər siz hansısa bir əlavə hazırlayırsınızsa və onun qiyməti – 250 min dollardırsa, 10 min nəfərlik bir müştəri bazası, məhsulunuzun bir vahidinin hazırlanmasının 25 dollar olduğunu göstərir.

Əgər yalnız 4 min müştəriniz varsa və bir az gəlir əldə etməlisinizsə, məhsulunuzun qiyməti yüksələcək. Bununla birlikdə, rəqibləriniz daha ucuz bir məhsul təklif edərsə, şansınız olmayacaq –   belə ki, lap başlanğıcda potensial bir problemlə qarşılaşmısınız.

Biznes-model miqyasını genişləndirməlidir – əks təqdirdə şirkətiniz sıradan çıxacaq. Biznes-modelinizin inkişafı üçün potensial olduğundan əmin olun.

Proqram təminatının işlənib hazırlanmasının və satışının əsas üstünlüklərindən biri ondan ibarətdir ki, həcmin artırılması üzrə məsrəflər əhəmiyyətsizdir. Məsələn, bir proqramı təminatı yarada bilərsiniz və həmin məhsulun istənilən sayda “surətlərini” minimum pula da sata bilərsiniz.

Əksinə, əgər dəftər, fərdi kompüter və ya pəncərə çərçivələri kimi “fiziki məhsullar” satırsınızsa, müştərilərinizə nə qədər fərdi vahid satdığınızdan asılı olmayaraq, onları maya dəyəri ilə istehsal edirsiniz.

Sadə bir pul axını hesablaması yaradın

İlk beş addım başa çatdımı? Bundan sonra siz maliyyə kapitalını cəlb edirsiniz (əgər öz səylərinizlə şirkəti inkişaf etdirmək niyyətində deyilsinizsə), məhsul yaradırsınız, məhsulu/bazarı müvəffəqiyyətlə birləşdirməyə çalışırsınız və təkrarlanan və geniş miqyas alan biznes modeli yaradırsınız.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat şirkətlərinin işində müasir texnologiyalar (II hissə)

posted in: Xəbər | 0

Mühasibat şirkətlərinin işində müasir texnologiyalar (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Proqram kompleksləri, sistemlər müəyyən işləri eləcə də müstəqil şəkildə, avtomatik rejimdə yerinə yetirə bilər. Həmin işlər verilmiş cədvəl üzrə həyata keçirilə bilər. Zərurət yarandıqda, iş şəraiti dəyişdirilə bilər. Üstəlik, bu seçimin müsbət cəhətlərindən biri də odur ki, bütün icra edilmiş funksiyalar sənədləşdirilir. Özü də bu prosesi texnika addım-addım qeydə alır.

“Outsourcer”lər hansı proqramlardan istifadə edirlər?

Proqram məhsulunun düzgün seçilməsinin əhəmiyyətindən danışmağın özü belə yersiz olardı. Mühasibat firmalarında proqram təminatının seçilməsinə xüsusi diqqət yetirilir. “Outsourcer”in imkanları daha çox seçimin düzgünlüyündən asılıdır.

Mühasibat proqramları vahid, ümumqəbulolunmuş təsnifata malik deyildir. Bazarda təqdim olunan məhsullar, ilk növbədə, bir sıra xüsusiyyətlər və qoşulma üçün mövcud variantları ilə fərqlənirlər. Məhdud funksionallı sadə proqramlardan adətən sahibkarlıq subyektləri istifadə edir ki, bu da sadələşdirilmiş uçotdur. Böyük və ciddi şirkətlər daha çox klassik proqramları seçirlər. Mühasibat “outsourcer”ləri isə genişləndirilmiş funksional proqram məhsullarına üstünlük verirlər. Bu proqram təminatı sektorda ən bahalı proqramdır. Bununla yanaşı, avtomatlaşdırma, mühasibat uçotunun optimallaşdırılması üçün də imkanlar yaradır. Proqram sistemləri komponentlərin mürəkkəb quruluşuna görə fərqlənir. Bunlarda mühasibat uçotu çoxsaylı alt sistemlərdən yalnız biridir.

Profil mühasibatlıq proqramı 1C ilə məhdudlaşmır

Profilli mühasibat proqramları, “outsourcer” üçün mürəkkəb, “ağır”, çoxfunksiyalı, yeganə proqram təminatı deyil. Şirkətlərin işinin spesifikası, xidmətlərin göstərilməsi formatı köməkçi proqram sistemlərindən, servislərdən, əlavələrdən istifadəni nəzərdə tutur.

Bu siyahıda müxtəlif monitorinq vasitələri xüsusi yer tutur. Onlar qanunvericiliyə, valyuta məzənnəsinin dinamikasına və s. dəyişikliklərin izlənilməsində əl əməyini aradan qaldırmağa imkan verir. Əslində, bu kateqoriyadan olan vasitələr, istifadəçi adlandırılan genişləndirilimiş axtarışları həyata keçirməyə imkan verir ki, bu da həm mühasiblər üçün sadə profil abunəlikləri, həm də kompleks tətbiqləri əhatə edir.

Bulud mühasibatlığı

Mühasibatlıqda “outsourcer”in işi, bulud texnologiyalarından istifadə etmədən, demək olar ki, mümkünsüzdür. Sonuncular təkmilləşir, mürəkkəbləşir, getdikcə daha rahat, daha etibarlı olurlar.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda aksiz vergilərinin mərhələli artırılması təklif edilir

posted in: Xəbər | 0

E-qaimə, səyyar vergi yoxlamaları,“Sirr deyil ki, iqtisadi proseslərin proqnozlaşdırıla bilən olması hər hansı bir ölkədə biznes və investisiya mühitinin sağlam və dinamik olması üçün ilkin şərtdir. Bunu bir çox beynəlxalq institutlar da təsdiq edir. Bu amil, əksər investorların və transmilli şirkətlərin öz bizneslərini qurmaq və ya genişləndirməklə bağlı qərar verməzdən əvvəl yoxladıqları əsas faktdır. Qanunvericiliyin və vergi sisteminin proqnozlaşdırıla bilən olması hər bir ölkədə uzunmüddətli biznes planları və layihələri quran bütün biznes subyektləri üçün xüsusi əhəmiyyət kəsb edir”.

Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) hazırladığı “Ağ sənəd”də bildirilir.

“Biz, biznes icması olaraq iqtisadiyyatın bütün sahələrinin, vergiqoyma da daxil olmaqla, adekvat və proporsional qaydada tənzimlənməsini dəstəkləyir və inanırıq ki, bizneslə dövlət arasında uzunmüddətli əməkdaşlığın və qarşılıqlı inamın olması investisiya üçün əlverişli biznes mühitinin formalaşması və dövlət büdcəsi gəlirlərinin sabitliyi və proqnozlaşdırıla bilməsi üçün ilkin şərtdir. Azərbaycanın yerli bazarının dayanıqlı inkişafı, o cümlədən aksizli malların qanunsuz ticarəti ilə bağlı mümkün təhdidlərin minimuma endirilməsi məqsədilə orta müddətli proqnozlaşdırma qəbul etmək, habelə vergi və qiymət şoklarına yol verməmək vacibdir.

Bununla bağlı düşünürük ki, vergi qanunvericiliyinə edilən dəyişikliklər, eyni zamanda, bəzi məhsullara tətbiq edilən aksiz dərəcələrinin artırılması tədricən aparılmalıdır ki, bazarın sabitliyi qorunsun, dayanıqlı vergi gəlirlərinin əldə edilməsinə imkan verilsin və məhsulların əlçatanlığı əhəmiyyətli dərəcədə azalmasın, çünki bu halda istehlakçılar daha ucuz alternativlər axtarmaq məqsədilə qanunsuz məhsullara meyl edirlər. Çoxillik vergi planlarının tətbiqi vergi gəlirlərinin artırılması və sabitləşdirilməsi, habelə bazarda mənfi dəyişikliklərin azaldılması baxımından özünü sübut etmişdir. Bu, Rusiya və Avropanın bir çox ölkəsində geniş şəkildə istifadə olunan qabaqcıl təcrübədir”, – deyə sənəddə qeyd olunub.

“AmCham” bu məsələlərlə bağlı hökumətə verdiyi öz tövsiyələrini də açıqlayıb: “Vergi inzibatçılığının artırılması, vergi dərəcələrinin dəyişdirilməsi və yaxud Vergi Məcəlləsinə edilmiş və bazarda haqlı rəqabətə təsir edəcək digər düzəlişlər barədə 1, 3 və 5-illik planlar qabaqcadan açıqlansın, askizli mallarla bağlı vergi dərəcələrinin uzunmüddətli proqnoz təqvimləri daha sıx şəkildə ictimaiyyətlə paylaşılsın. Düşünürük ki, bu təkliflər biznes subyektlərinə ölkədə uzunmüddətli və dayanıqlı biznes layihələrini planlaşdırmağa və hazırlamağa, bununla da ölkənin iqtisadi inkişafına töhfə verməyə imkan verəcək, mövcud qanuni bazara zərər vurmadan dövlət büdcəsi üçün güclü və sabit gəlir mənbələri təmin edəcək”.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 929 930 931 932 933 934 935 2. 684