Mühasibat şirkətlərinin işində müasir texnologiyalar (II hissə)

posted in: Xəbər | 0

Mühasibat şirkətlərinin işində müasir texnologiyalar (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Proqram kompleksləri, sistemlər müəyyən işləri eləcə də müstəqil şəkildə, avtomatik rejimdə yerinə yetirə bilər. Həmin işlər verilmiş cədvəl üzrə həyata keçirilə bilər. Zərurət yarandıqda, iş şəraiti dəyişdirilə bilər. Üstəlik, bu seçimin müsbət cəhətlərindən biri də odur ki, bütün icra edilmiş funksiyalar sənədləşdirilir. Özü də bu prosesi texnika addım-addım qeydə alır.

“Outsourcer”lər hansı proqramlardan istifadə edirlər?

Proqram məhsulunun düzgün seçilməsinin əhəmiyyətindən danışmağın özü belə yersiz olardı. Mühasibat firmalarında proqram təminatının seçilməsinə xüsusi diqqət yetirilir. “Outsourcer”in imkanları daha çox seçimin düzgünlüyündən asılıdır.

Mühasibat proqramları vahid, ümumqəbulolunmuş təsnifata malik deyildir. Bazarda təqdim olunan məhsullar, ilk növbədə, bir sıra xüsusiyyətlər və qoşulma üçün mövcud variantları ilə fərqlənirlər. Məhdud funksionallı sadə proqramlardan adətən sahibkarlıq subyektləri istifadə edir ki, bu da sadələşdirilmiş uçotdur. Böyük və ciddi şirkətlər daha çox klassik proqramları seçirlər. Mühasibat “outsourcer”ləri isə genişləndirilmiş funksional proqram məhsullarına üstünlük verirlər. Bu proqram təminatı sektorda ən bahalı proqramdır. Bununla yanaşı, avtomatlaşdırma, mühasibat uçotunun optimallaşdırılması üçün də imkanlar yaradır. Proqram sistemləri komponentlərin mürəkkəb quruluşuna görə fərqlənir. Bunlarda mühasibat uçotu çoxsaylı alt sistemlərdən yalnız biridir.

Profil mühasibatlıq proqramı 1C ilə məhdudlaşmır

Profilli mühasibat proqramları, “outsourcer” üçün mürəkkəb, “ağır”, çoxfunksiyalı, yeganə proqram təminatı deyil. Şirkətlərin işinin spesifikası, xidmətlərin göstərilməsi formatı köməkçi proqram sistemlərindən, servislərdən, əlavələrdən istifadəni nəzərdə tutur.

Bu siyahıda müxtəlif monitorinq vasitələri xüsusi yer tutur. Onlar qanunvericiliyə, valyuta məzənnəsinin dinamikasına və s. dəyişikliklərin izlənilməsində əl əməyini aradan qaldırmağa imkan verir. Əslində, bu kateqoriyadan olan vasitələr, istifadəçi adlandırılan genişləndirilimiş axtarışları həyata keçirməyə imkan verir ki, bu da həm mühasiblər üçün sadə profil abunəlikləri, həm də kompleks tətbiqləri əhatə edir.

Bulud mühasibatlığı

Mühasibatlıqda “outsourcer”in işi, bulud texnologiyalarından istifadə etmədən, demək olar ki, mümkünsüzdür. Sonuncular təkmilləşir, mürəkkəbləşir, getdikcə daha rahat, daha etibarlı olurlar.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda aksiz vergilərinin mərhələli artırılması təklif edilir

posted in: Xəbər | 0

E-qaimə, səyyar vergi yoxlamaları,“Sirr deyil ki, iqtisadi proseslərin proqnozlaşdırıla bilən olması hər hansı bir ölkədə biznes və investisiya mühitinin sağlam və dinamik olması üçün ilkin şərtdir. Bunu bir çox beynəlxalq institutlar da təsdiq edir. Bu amil, əksər investorların və transmilli şirkətlərin öz bizneslərini qurmaq və ya genişləndirməklə bağlı qərar verməzdən əvvəl yoxladıqları əsas faktdır. Qanunvericiliyin və vergi sisteminin proqnozlaşdırıla bilən olması hər bir ölkədə uzunmüddətli biznes planları və layihələri quran bütün biznes subyektləri üçün xüsusi əhəmiyyət kəsb edir”.

Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) hazırladığı “Ağ sənəd”də bildirilir.

“Biz, biznes icması olaraq iqtisadiyyatın bütün sahələrinin, vergiqoyma da daxil olmaqla, adekvat və proporsional qaydada tənzimlənməsini dəstəkləyir və inanırıq ki, bizneslə dövlət arasında uzunmüddətli əməkdaşlığın və qarşılıqlı inamın olması investisiya üçün əlverişli biznes mühitinin formalaşması və dövlət büdcəsi gəlirlərinin sabitliyi və proqnozlaşdırıla bilməsi üçün ilkin şərtdir. Azərbaycanın yerli bazarının dayanıqlı inkişafı, o cümlədən aksizli malların qanunsuz ticarəti ilə bağlı mümkün təhdidlərin minimuma endirilməsi məqsədilə orta müddətli proqnozlaşdırma qəbul etmək, habelə vergi və qiymət şoklarına yol verməmək vacibdir.

Bununla bağlı düşünürük ki, vergi qanunvericiliyinə edilən dəyişikliklər, eyni zamanda, bəzi məhsullara tətbiq edilən aksiz dərəcələrinin artırılması tədricən aparılmalıdır ki, bazarın sabitliyi qorunsun, dayanıqlı vergi gəlirlərinin əldə edilməsinə imkan verilsin və məhsulların əlçatanlığı əhəmiyyətli dərəcədə azalmasın, çünki bu halda istehlakçılar daha ucuz alternativlər axtarmaq məqsədilə qanunsuz məhsullara meyl edirlər. Çoxillik vergi planlarının tətbiqi vergi gəlirlərinin artırılması və sabitləşdirilməsi, habelə bazarda mənfi dəyişikliklərin azaldılması baxımından özünü sübut etmişdir. Bu, Rusiya və Avropanın bir çox ölkəsində geniş şəkildə istifadə olunan qabaqcıl təcrübədir”, – deyə sənəddə qeyd olunub.

“AmCham” bu məsələlərlə bağlı hökumətə verdiyi öz tövsiyələrini də açıqlayıb: “Vergi inzibatçılığının artırılması, vergi dərəcələrinin dəyişdirilməsi və yaxud Vergi Məcəlləsinə edilmiş və bazarda haqlı rəqabətə təsir edəcək digər düzəlişlər barədə 1, 3 və 5-illik planlar qabaqcadan açıqlansın, askizli mallarla bağlı vergi dərəcələrinin uzunmüddətli proqnoz təqvimləri daha sıx şəkildə ictimaiyyətlə paylaşılsın. Düşünürük ki, bu təkliflər biznes subyektlərinə ölkədə uzunmüddətli və dayanıqlı biznes layihələrini planlaşdırmağa və hazırlamağa, bununla da ölkənin iqtisadi inkişafına töhfə verməyə imkan verəcək, mövcud qanuni bazara zərər vurmadan dövlət büdcəsi üçün güclü və sabit gəlir mənbələri təmin edəcək”.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

QSC-nin təsisçi fiziki şəxslərə ödədiyi dividenddən vergi tutulur?

posted in: Xəbər | 0

dividend, təsisçi,Sual: Qapalı Səhmdar Cəmiyyət olaraq fəaliyyət göstərən müssisənin fiziki şəxs olan təsisçilərinə elan etmiş mənfəətindən (Mənfəət Vergi Bəyənnaməsinə əsasən) ödədiyi dividenddən ödəmə mənbəyindən (hər hansı tərəfdən) vergi tutulurmu?

Cavab: Bildiririk ki, emitent tərəfindən fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində gəlir vergisindən azaddır. Buna əsasən həmin tarixdən etibarən göstərilən fəaliyyət üzrə əldə olunan mənfəətdən səhmdar fiziki şəxslərə ödənilən dividendlər vergidən azaddır. Qeyd olunan azadolma yalnız fiziki şəxslərə şamil olunur.

Mülki Məcəllənin 997-ci maddəsi ilə istiqrazlar və səhmlər investisiya qiymətli kağızlara aid edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci və 102.1.22-ci maddələri, Mülki Məcəllənin 997-ci maddəsi.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Peşəkar mühasib sertifikatı” ilə bağlı Qaydada dəyişiklik edilib

posted in: Xəbər | 0

Sosial müavinət, sənəd dövriyyəsi, əmək haqqı, Peşəkar mühasib sertifikatı, iş günlərinə dəyişiklik, Ailə kəndli təsərrüfatı, əmək haqqının normativləri, Elektron qaimə-fakturanın forması, maliyyə dəstəyi, 190 manat, icbari tibbi sığorta, Kommersiya hüquqi şəxslərin təsisçiləri, karantin rejimi sərtləşdirilir, Gələn ilin bayram günləri, Karantin rejiminin müddəti, Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan  Respublikası  Konstitusiyasının  119-cu  maddəsinin səkkizinci  abzasını  rəhbər    tutaraq,    Azərbaycan  RespublikasınınNazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu  il  22  may tarixli 237 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, No 5, maddə 970) ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının  verilməsi  prosesinin təşkili,  imtahanların  keçirilməsi  və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
  1. 3.3.1-ci yarımbənddə “, kiçik və orta” sözləri “və kiçik” sözləri ilə əvəz edilsin.
  1. 3.3.2-ci yarımbəndə “iri” sözündən sonra “və orta” sözləri əlavə edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 11 iyun 2021-ci il

Mənbə: nk.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 938 939 940 941 942 943 944 2. 693