Kapital Bank sahibkarlar üçün yeni konsepsiyalı “KOB Mərkəzi” filialını istifadəyə verdi

posted in: Xəbər | 0

Ölkə bankları arasında ən böyük filial şəbəkəsinə malik Kapital Bank Azərbaycanda ilk dəfə olaraq kiçik və orta sahibkarlar üçün yeni konsepsiyalı, “KOB Mərkəzi” filialını istifadəyə verdi. Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 143 (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədə) ünvanında yerləşən yeni filial əsasən sahibkarlar üçün nəzərdə tutulub, onlara daha keyfiyyətli və rahat xidmət göstərmək üçün bütün zəruri şəraiti malikdir.

Kiçik və orta sahibkarlara bütün növ bank xidmətlərini göstərən “KOB Mərkəzi” filialı bir sıra xüsusiyyətlərinə görə digərlərindən fərqlənir. Belə ki, bu filialda sahibkarlar bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça, maliyyələşmə məhsulları sifariş edə, şəxsi menecerlə təmin oluna, həmçinin şirkət rəhbərləri və təsisçilər fiziki şəxslər üçün nəzərdə tutulan məhsul və əməliyyatlardan bəhrələnə bilərlər. Bundan başqa filialda müştərilərin rahatlığı üçün xüsusi görüş otaqları da mövcuddur.

Yeni filialda həmçinin Kapital Bank-ın Mərkəz, Bakıxanov və Xətai filiallarında olduğu kimi 24 saat fəaliyyət göstərən, sayca 4-cü özünəxidmət sahəsi də yaradılıb. Özünəxidmət sahəsinə giriş, NFC funksiyasını dəstəkləyən, əvvəlcədən qeydiyyata alınan xüsusi kartlar vasitəsilə mümkündür. Xidmət sahəsində müştərilərin mədaxil və məxaric əməliyyatlarının aparması üçün ATM və ADM avadanlıqları quraşdırılıb.

“Bildiyiniz kimi Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verir. Hazırda bizim bir sıra filiallarımızda sahibkarlar və hüquqi şəxslər üçün xüsusi bölmələrimiz mövcuddur. Yeni konsepsiyalı “KOB Mərkəzi” filialımızda isə sahibkarlar daha rahat və sürətli bank xidmətlərindən yararlana biləcəklər. Ümid edirəm ki, ölkədə ilk dəfə təqdim olunan yeni filialımız sahibkarların ürəyincə olacaq”, – deyə, Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə bildirdi.

Qeyd edək ki, Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər. Kapital Bank-ın müştərisi olmaq üçün sayta daxil olaraq, qeydiyyatdan keçmək lazımdır – https://onb-cb.kapitalbank.az/auth/login.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirli startapı necə təsis etməli? (3-cü hissə)

posted in: Xəbər | 0

Gəlirli startapı necə təsis etməli? (3-cü hissə)

2-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Biznesə yeni başlayan sahibkarlardan ötrü 5 addımdan ibarət təlimat 

Ola bilsin ki, siz hələ bütün sahələrdə mükəmməlliyə çatmamısınız, amma, istedadlar, biliklər dəsti və hər şeyə nail olmaq potensialınız həqiqətən vardır.

Pullar

Nəyin ruhunuza yaxın olduğunu bildikdən və istedadların siyahısını tərtib etdikdən sonra özünüzə daha iki sual verin: digər insanların problemini həll edən bir startap yaratmaq üçün maraq və bacarıqlarınızı birləşdirə bilərsinizmi? Əgər hə, onda ikinci sual budur: gəlir əldə etmək üçün sizin məhsulunuza bazarda lazımi qədər tələbat varmı?

Tələb və mənfəət haqqında sualları cavablandıraraq, ticarət potensialı olan bacarıqları və hobbiləri uğursuz olanlardan təmizləməlisiniz.

Yalnız güclü struktur və məqsədə aydın baxış  davamlı startap  üçün təməl kimi xidmət edə bilər.

2. Problem = imkan

Müştərinin mövcud tələbatı nədir?

İstənilən böyük problem – bu, böyük imkandır. Əgər problemlər  yoxdursa, onda həll və şirkətin mövcud olması üçün səbəb də yoxdur. Problemin həllini nəzərdə tutmayan işlər üçün sizə heç kim ödəniş etməyəcək.

Vinold Hosla, vençur kapitalisti və milyarder

Startap – bu, ağrıkəsicidir və ya vitamindir?

Vitaminlər sağlamlığn möhkəmlənməsinə yavaş-yavaş və tədricən kömək edir: onlar sizi xəstəliklərdən qoruyaraq, müəyyən dövr ərzində sağlamlığınızı mühafizə edir.

Ağrıkəsicilər isə ağrı sindromunun anında qarşısını alır: həblər problemi burada və indi həll etməkdə sizə kömək edir. Ən yaxşı şirkətlər də eyni cür hərəkət edir.

Ağrıkəsici həblər – bu, ciddi problemləri tez və effektli həll edən startaplardır. Müştəri “ağrıyır”, ona təcili olaraq bir həll yolu lazımdır.

Həb necə görünür, üzərindəki loqotip gözəldirmi, o, iki və ya üç aydan sonra işə düşəcək, bu, onu maraqlandırmır.

Google – bu ağrıkəsicidir: 24 saat müddətində əlçatanlıq və istənilən  bir şey haqda hər şeyi tez öyrənmək imkanı olmasa, bizim üçün çox çətin olardı.

Şirkətin necə ağrıkəsici ola bilməsi üzərində düşünün. Ən yaxşı halda bir müddət sonra ortaya çıxa bilən vitamin əvəzinə, problemi bu gün həll edə bilən məhsul və ya xidmət təklif edin.


4-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib sözünün mənşəyini bilirsinizmi?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasib, mühasibatlıq terminləri həyatımızda ən çox rast gəlinən, işlədilən terminlərdəndir. Elə bir müəssisə, şirkət, dövlət orqanı yoxdur ki, oranın mühasibatlığı və mühasibləri olmasın. Hazırda mühasib əməyi ölkəmizdə də ən çox dəyərləndirilən vəzifələrdən biri hesab olunur. Bəs mühasib termini ilk dəfə nə vaxt və harada işlədilməyə başlanıb? Bu söz mənşəyini haradan götürüb, ilk mühasib kim hesab edilir?

Mühasib (Buchhalter, Buch – kitab, Halter – saxlayıcı) – mühasibat uçotu üzrə mütəxəssisdir, fəaliyyətdə olan qanunvericiliyə müvafiq uçot sistemi üzrə işləyən şəxsdir.

“Mühasib” sözü – kitab saxlayıcı termini orta əsrlərdə təşəkkül tapıb. Müqəddəs Roma imperiyasının alman əsilli imperatoru I Maksimilian, Kristof Şteheri “mühasib” təyin edib. Bu termin ilk dəfə 1498-ci ildə işlədilib. Beləliklə, tarixi mənbələrə istinad etsək, ilk dəfə mühasib vəzifəsini icra etmiş şəxs olaraq, bir neçə əsr bundan əvvəl İnsburk hesablama palatasında sənədlər tərtib edən Kristofer Şteher qəbul edilir. 1498-ci ilə qədər Almaniyada mühasibləri yazar (mirzə) adlandırıblar. Lakin Şteherdən sonra bu “mühasib” və “mühasibatlıq” termini kimi işlədilməyə başlanılıb. Həmin termin tədricən hər yerdə vətəndaşlıq hüququ qazanıb.

Mühasibin vəzifələri: O, müəssisənin maliyyə vəziyyətinə nəzarət edir, dövlət orqanları və şirkət rəhbərləri qarşısında hesabat verir, müştərilər və şirkətin partnyorları ilə işi təşkil edir, dövlət vergilərini vaxtında və dəqiq ödəyir.

Yeri gəlmişkən, dilimizdə işlədilən mühasib sözü ərəb mənşəli olub, hesab sözü ilə qohumluq təşkil edir, “hesablayan” deməkdir.

Mühasibat haqqında bir neçə maraqlı fakt


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib olmaqla əldə edəcəyiniz 9 üstünlük

posted in: muhasibat, Məqalə, Xəbər | 0

mühasib olmaqBir çoxları mühasib peşəsini cansıxıcı və darıxdırıcı bir peşə hesab edir. Saysız-hesabsız rəqəmlər, eyni əməliyyatlar, yaradıcılıq üçün imkanların məhdudluğu və s. Lakin bu peşə ilə yaxından tanış olduqdan sonra fikirləriniz tamamilə dəyişə bilər. Beləliklə, gəlin mühasib peşəsinin üstünlüklərini nəzərdən keçirək.

  • Məntiqi düşüncə təkmilləşir. Qeydə alma (müxabirləşmə) və qeydə almanın formalaşdırılması, iqtisadi əməliyyatların təhlili müxtəlif baş sındıran tapmacalar və krassvordlarla müqayisədə sadəcə boş şeylərdir.
  • Vərdişlər yaranır. İlkin olaraq mürəkkəb gələn şeylər, bir neçə cəhddən sonra avtomat kimi həllini tapır. Bunun hesabına siz özünütəhsil və istirahətiniz üçün iş qrafikinizdən müəyyən zaman əldə edə bilərsiniz. Peşəkar proqramlar əsasında işlərinizi daha sürətlə yerinə yetirə bilərsiniz.
  • Özünüintizam aşılanır. Hər bir xırda detal mühasiblərdən ötrü çox mühümdür. İradənizdən asılı olmayaraq bütün işlərinizi dəqiqlik və vicdanla yerinə yetirəcəksiniz. Bu keyfiyyət, heç şübhəsiz ki, adi həyatınızda da sizin dadınıza çatacaq.
  • Fasiləsiz yeni məlumat axını. Bu peşə daim inkişafa və yüksəlişə məcbur edir. Siz fasiləsiz olaraq daim yenilənən qanunvericiliyi, tətbiq olunan yeni proqram və texnologiyaları izləməlisiniz. Sizin beyniniz bir gün də olsun işsiz qalmayacaq.
  • Stabillik. Mühasib peşəsi – bütün dövrlərin peşəsidir. Siz heç vaxt kənarda qalmayacaqsınız, çünki mühasibat üzrə mütəxəssislərə stabil tələbat var. Mühasib 40 yaşında da, 55 yaşında da özünə iş tapa bilər. Axı, çoxillik iş stajı işəgötürən üçün yalnız müsbət şeylər vəd edir.
  • Ünsiyyət. Sizə vergi orqanları müfəttişlərindən başlamış, sadə fəhlələrə kimi müxtəlif adamlarla ünsiyyət qurmaq lazım gələcək. Özü də, nəzərə alın ki, həmsöhbətinizin statusundan asılı olaraq düzgün söhbət qurmağı öyrənəcəksiniz.
  • Hakimiyyət. Mühasibin hətta müəssisə direktorundan hesabat tələb etmək hüququ var, belədə sadə əməkdaşlar belə sizinlə ideal münasibətlər qurmaqda maraqlı olacaqlar.
  • Özünüzə çalışmağı da öyrənin. Bu gün bir çox müəssisələr və şəxsi sahibkarlar daimi vəzifədə olmayan mühasiblərlə çalışmağa üstünlük verirlər. Yəni, bu işləri yerinə yetirməyə kənardan muzdla mütəxəssis cəlb etməyə üstünlük verirlər. Belə şəraitdə siz eyni zamanda bir neçə müəssisədə və ya bir neçə sahibkarın yanında çalışmaqla özünüz əlavə qazanc yeri əldə edə bilərsiniz.
  • Öz işiniz. Zaman yerində saymır, ola bilsin siz də nə vaxtsa öz şəxsi biznesinizi qurmaq fikrinə düşəsiniz. O vaxt mühasibat uçotu sizdən ötrü yeni və anlaşılmaz bir şey olmayacaq və Siz uğurlara daha asanlıqla nail ola bilərsiniz.

Mühasib sözünün mənşəyini bilirsinizmi?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 952 953 954 955 956 957 958 2. 684