Böyük Britaniyada işlə bağlı maraqlı faktlar

posted in: Məqalə, Xəbər | 0

  • Böyük Britaniyada olduqca maraqlı bir peşə var ki, bununla təxminən 30 il bundan qabaq biz də rastlaşmışıq. Peşəkar növbə saxlayanlardan söhbət gedir. Adətən növbə saxlayanların xidmətindən əsasən hər hansı bir mağazada endirimli malların və ya yeni iPhone mobil telefonlarının satışı zamanı istifadə olunur.
  • İlk proqramçı qadın britaniyalı olub, onun adı “Ada Lovelace”dir. Hesablama maşınları üçün ilk proqramı XIX əsrdə məhz, həmin qadın yaradıb.
  • Pulsuz tibbi xidməti (National Health Service) Böyük Britaniyada o qədər yüksək səviyyədə inkişaf edib ki, hətta onun həkimlərinin xidmətindən kral ailəsinin üzvləri belə istifadə edirlər.
  • Bu ölkədə çoxlu könüllülük proqramı fəaliyyət göstərir və britaniyalıların əksəriyyəti həftədə bir neçə saat könüllü kimi çalışmağa adət ediblər. Təbii ki, onlar buna görə əmək haqqı almırlar, amma bu işdə fəaliyyət göstərənlərə xeyli güzəştlər, məsələn, rabitə xidmətinin ödənişləri və nəqliyyatdan istifadə zamanı ödənişlər nəzərdə tutulub. Britaniyalılardan ötrü başlıca motivasiya isə könüllülük işinin ən prestijli çalışma sahəsi kimi qəbul olunmasıdır.
  • İşəgötürənlər işə qəbul zamanı ilk növbədə könüllü kimi çalışan namizədlərə üstünlük verirlər.
  • Böyük Britaniyada bütün əməkdaşlar ciddi şəkildə təlimata uyğun olaraq işləyirlər. O səbəbdən bütün standart məsələlər çox tez və asanlıqla həllini tapır. Lakin dövlət qulluqçusuna və ya digər instansiyaya standart olmayan bir problemlə müraciət etsəniz, o vaxt sizi digər instansiyalara göndərib, müxtəlif arayışlar gətirməyi xahiş edəcəklər ki, bu da məsələnin həllini kifayət qədər uzadacaq.

Polşa barədə 24 maraqlı fakt



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda “Vətəndaş” tipli “Asan İmza”nın aktivləşdirilməsi pulsuz oldu

posted in: Xəbər | 0

“Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan “B.EST Solutions” şirkəti istifadəçilər üçün yeniliklər təqdim etməyə davam edir.

Bu barədə şirkətin açıqlamasında bildirilir.

“Məlum olduğu kimi şirkət, 2020-ci ilin iyun ayında aylıq abunə haqqı saxlanılmaqla, 3 il müddətinə “Asan İmza” xidmətinin (“Vətəndaş” tipli “Asan İmza” xidmət növü) ödənişsiz təqdim edilməsi barədə qərar qəbul edib. İndiyə qədər bu xidmətin aktivləşdirilməsi ödənişli olub, 18 manat təşkil edib.

Prezident İlham Əliyevin Azərbaycanın rəqəmsal transformasiyası sahəsindəki təşəbbüslərini hərtərəfli dəstəkləmək və Azərbaycan vətəndaşları üçün elektron xidmətlərə geniş əlyetərlik imkanının təmin edilməsi məqsədilə “B.EST Solutions” şirkəti bütün mobil operatorlar, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətilə birlikdə sosial məsuliyyət təşəbbüsü irəli sürərək, 2021-ci ilin iyul ayından pandemiya dövrünə müddətində “Vətəndaş” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqını ləğv etməyə qərar verib.

Xüsusilə vurğulanmalıdır ki, bu tarifdən 20 iyun 2020-ci ildən xidmətə qoşulan vətəndaşlarla yanaşı, bu xidməti 2021-ci ilin iyul ayından etibarən əldə edən bütün vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, bu xidmət üçün aylıq abunə haqqı 2,5 manat təşkil edirdi. Siz “Asan İmza” xidmətini mövcud olan mobil nömrənizdə də aktivləşdirə bilərsiniz və yeni nömrə əldə etməyə ehtiyac yoxdur. “Asan İmza” xidmətinin aktivləşdiyi nömrədən istifadə etdikdə, həmin nömrəyə dövlət qurumları və digər elektron xidmət təchizatçılarından birbaşa olaraq, vacib ismarıclar əldə etmək mümkün olacaq.

Artıq istifadəçilər “Vətəndaş” tipli “Asan İmza” xidmətini tamamilə ödənişsiz əsaslarla əldə etmək və Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1 000-dən çox elektron xidmətdən yararlanmaq və beləliklə də fiziki olaraq, həmin qurumlara müraciət etməmək imkanına sahib olacaq. Vətəndaşlar – onlayn rejimdə bank hesabının açılması; internet və mobil bankçılıq; ipoteka üçün müraciət ərizəsinin göndərilməsi; güzəştli mənzilin əldə edilməsi üçün müsabiqədə iştirak ərizəsinin təqdim edilməsi; malların və nəqliyyat vasitələrinin gömrük bəyannaməsinin elektron qaydada doldurulması; nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamənin elektron qaydada verilməsi; elektron məhkəmə portalında şəxsi kabinetinin idarə edilməsi; cərimələr barədə məlumatın əldə edilməsi; əmlak və həyat sosial sığortası; iş yerindən arayışın onlayn qaydada əldə edilməsi kimi önəmli xidmətlərdən istifadə edə bilərlər.

Bir daha qeyd edək ki, “Asan İmza” qanunvericiliyə əsasən əl imzasına bərabərdir. Unutmayın ki, “Asan İmza” SİM kartınızı və PİN kodlarınızı heç kimə verməməli və onları əlçatan yerdə saxlamamalısınız.

Xatırladaq ki, sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan “İş” və “Dövlət” tipli “Asan İmza” xidmətinin qiyməti və aylıq abunə haqqı dəyişilməz olaraq qalır.

Vətəndaşlar, “1847″ Asan İmza Çağrı Mərkəzinə zəng edərək və ya  elektron poçt ünvanına yazaraq suallarına cavab ala bilərlər”, – deyə məlumatda qeyd olunub.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Uçot siyasətinin dəyişdirilməsi halları

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Uçot siyasətinin dəyişdirilməsiTəşkilatın uçot siyasətində bu hallarda dəyişikliklər oluna bilər:

  • Mühasibat uçotuna dair qanunvericilikdə və ya normativ aktlarda  dəyşikliklər baş verdikdə;
  • Təşkilat tərəfindən mühasibat uçotunun aparılması ilə bağlı yeni üsullar hazırlanarkən;
  • Fəaliyyət şərtlərində əhəmiyyətli dəyişikliklər baş verdikdə (sahibkarın dəyişilməsi ilə əlaqəli yeni təşkil olunma, fəaliyyət növlərində dəyişikliklər və s.)

Təsərrüfat fəaliyyəti faktlarının mühasibat uçotunun aparılması üsulunun təsdiq edilməsi, hansı ki,  əvvəllər baş vermiş faktlardan fərqli olan və ya təşkilatın fəaliyyətində ilk dəfə yaranıb, uçot siyasətinin dəyişilməsi hesab olunmur.

Uçot siyasətinin dəyişdirilməsi əsaslandırılmalı və əmrlə (sərəncamla) təsdiq edilməlidir. Uçot siyasətində dəyişikliklər əmrlə (sərəncamla) təsdiq olunmuş ildən sonrakı ilin yanvar ayının 1-dən, maliyyə ilinin başlanğıcından tətbiq olunur.

Hesabat dövrünün sonrakı bir ilində uçot siyasətində dəyişikliklər, təşkilatın maliyyə hesabatlarının izahedici qeydində elan olunur.

Uçot siyasəti üzrə əmrlə (sərəncamla) birlikdə həm də bunlar təsdiq olunur:
  • Mühasibat uçotunun aparılması üçün zəruri olan, özündə sintetik və analitik hesabları ehtiva edən mühasibat uçotu hesablarının iş planı.

Auditin təşəkkülü barədə maraqlı faktlar



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyətinə çıxa bilər?

posted in: Xəbər | 0

əlavə iş, gəlir vergisi, Turagentlər,Sual: Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyəti götürə bilər?

Cavab: Ölkəmizin əmək qanunvericiliyində 14 yaşınadək iki və daha çox uşağı olan, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma əmək məzuniyyətinin onların öz arzusuna uyğun olan vaxt üçün təyin edildiyi əksini tapır.

Həmçinin hərbi qulluqçunun arvadı (əri), əlillər, müharibə veteranları, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslər, yaşı on səkkizdən aşağı olan işçilər, işləməklə yanaşı təhsil alan şəxslər də arzularına uyğun olaraq onlar üçün ilin əlverişli vaxtında məzuniyyətə buraxılırlar.  Azərbaycan xalqı qarşısında xüsusi xidmətlər göstərmiş vətəndaşlara da özləri müəyyən etdikləri vaxtda məzuniyyətə çıxmaq hüququ verilir.

Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilə bilər.

Mənbə: www.sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 953 954 955 956 957 958 959 2. 693