Hədiyyə, miras və yardımlardan vergi tutulurmu?

posted in: Xəbər | 0

VHF vergi hesabTəqvim ili ərzində əldə edilən hədiyyələrin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Dövlət Vergi Xidmətindən bildirilib ki, dəyəri 1000 manatdan yuxarı hədiyyəyə sahib olan fiziki şəxslər vergi orqanında uçota alınaraq Vergi Məcəlləsinə əsasən 14 faiz dərəcə ilə gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.

Belə ki, təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (işəgötürən öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi hal istisna olmaqla) fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirinə aid edilib. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulur.

Vergi Məcəlləsinə uyğun olaraq, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20 min manatadək olan hissəsi isə gəlir vergisindən azaddır.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Şəhid ailə üzvlərinin, müharibə səbəbindən əlilliyi olan şəxslərin və müharibə veteranlarının reyestri yaradılır

posted in: Xəbər | 0

Əmək veteranı, əmək məzuniyyətinin mütləq istifadə olunması, Əmək məzuniyyəti, Əmək məzuniyyətindən geri çağırılma, elektron idarəetmə sistemi, əmək kitabçaları, Sosial xidmətlər,Şəhid ailə üzvlərinin, müharibə səbəbindən əlilliyi olan şəxslərin və müharibə veteranlarının reyestri yaradılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, reyestrə şərti olaraq “Zəfər reyestri” adı verilib.

Bu reyestrə şəhidlərimizin ailə üzvlərinin və bu kateqoriyadan olan vətəndaşlarımızın məlumatları toplanılacaq. Reyestr dövlət orqanlarına və özəl qurumlara imkan verəcək ki, bu kateqoriyadan olan vətəndaşlarımızın müraciəti zamanı onların dərhal tanınması və onlara növbədənkənar xidmətlərin göstərilməsi və ya qanunla müəyyən olunmuş hüquqlarının həyata keçirilməsi, güzəştlərin əldə edilməsində açar rolunu oynasın.

Prezident İlham Əliyevin tapşırığına əsasən hazırlanan reyestr ilin sonuna qədər tam formalaşdırılacaq.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əlilliyin müəyyən olunması üzrə yeni meyarların detalları açıqlanıb

posted in: Xəbər | 0

əmək müqaviləsinə xitam, əmək kitabçaları, əmək kitabçası, əmək kitabçalarının ləğvi, e-arayış xidməti, Pensiya kalkulyatoru, işsizlikdən sığorta fondu, Dövlət Məşğulluq Agentliyi, Kağız daşıyıcılarda hesabat, işəgörtürənlərə müraciət, ƏƏSMN, məşğulluğa dəstək tədbirləri, Sosial xərclər, Dövlət Əmək Müfəttişliyi Xidməti, sosial ödəmə, fərdi hesab, İşsizlikdən sığorta, Əmək Məcəlləsində dəyişikliklər, Əmək Məcəlləsi, ixtisar, Əmək müqaviləsi, əmək haqqı gəliri,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni “Əlilliyin müəyyən olunması meyarları” ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi artıq Milli Məclisə təqdim edilib.

Nazirlikdən verilən məluamta görə, gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq.

Yəni, I dərəcə – orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi, II dərəcə – orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi, III dərəcə – orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.

Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.

Qüvvədə olan 94 normativ hüquqi akt bu dəyişikliklərə uyğunlaşdırılacaq, o cümlədən “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəzlənəcək. Geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək.

Yeni “Əlilliyin müəyyən olunması meyarları”nın hazırlanmasında əsas məqsəd əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir. Bu meyarlar eyni zamanda, əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə, xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib seçimi zamanı yol verilən 8 tipik səhv (V hissə)

posted in: Xəbər | 0

Mühasib seçimi zamanı yol verilən 8 tipik səhv (V hissə)

IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

8-ci səhv. Müəssisədə personal seçiminin düzgün olmayan strategiyası
Mühasib seçimi zamanı düzgün olmayan kadr seçimi strategiyası ilə diktə edilmiş səhvlər ola bilər.

Səhv strategiyanın nümunələri:

  • kortəbii seçim – əməkdaşların axtarışı zamanı “yaxşılar” qalacaq, “pislər” isə özləri çıxıb gedəcək kimi səhv məntiqdən istifadə olunur;
  • “rəhbərliyin patronajlığı əsasında” seçim – bu halda kollektivin heyəti, onun xüsusiyyətləri gözardı edilir. İdealda isə yeni əməkdaş ona rəhbərlik tərəfindən irəli sürülən peşəkar tələblərə cavab verməli, öz həmkarları ilə ümumi dil tapa bilən biri olmalıdır;
  • “kollektivin rəyi əsasında” seçim – burada isə tam əksi baş verir. Yəni elə bir namizəd seçilir ki, personalla ünsiyyəti maraqlı olur, lakin, rəhbərliyin xüsusiyyətləri və tələbləri nəzərə alınmır;
  • namizədin keyfiyyətinin qeyri-adekvat dəyərləndirilməsi – burada müxtəlif variantlar ola bilər, xüsusilə də əsaslandırılmamış yüksək tələblər səbəbindən işə demək olar ki, bütün arzu edənlərin qəbulu;
  • daha bir variant – ikinci dərəcəli tələblərə (məsələn, zahiri görünüş peşəkar keyfiyyətlərdən daha yüksək dəyərləndirilir) daha çox üstünlük verilir.
Son söz əvəzi

Mühasib vəzifəsinə namizədin seçilməsi zamanı ortaya çıxan tipik səhvləri nəzərdən keçirdik. Mühasib seçərkən hansı prinsipləri rəhbər tutduğunuzu, bu cür səhvlərə yol verməyinizi təhlil edin. Ola bilsin ki, sizə hansısa vacib məqamları nəzərə almağa və personalın seçim strategiyasına müəyyən düzəlişlər etməyə dəyər.

Məlum olduğu kimi, yalnız heç bir şey etməyən bir kimsə səhv etmir. Lakin mühasibin səhvləri müəssisəyə çox baha başa gələ bilər. Buna görə də, mühasib seçimi zamanı kadrların seçilməsi üzrə menecerin səhvlərini minimuma endirmək arzu edilir.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 961 962 963 964 965 966 967 2. 705