Mühasib seçimi zamanı yol verilən 8 tipik səhv (IV hissə)

posted in: Xəbər | 1

Mühasib seçimi zamanı yol verilən 8 tipik səhv (IV hissə)

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

6-cı səhv. Yaş kriteriyasına görə seçim

Çox vaxt mühasib vakansiyası ilə bağlı elanlarda namizədin yuxarı yaş həddi göstərilir. Katibə və ya administrator üçün ola bilsin ki, gənc və yaraşıqlı bir sima vacibdir. Lakin bir çox digər peşələr üçün, o cümlədən mühasibdən ötrü bu, ümumiyyətlə, hər hansı bir əhəmiyyət daşımır. Onu da nəzərə almaq lazımdır ki, 25 yaşında qoca, 50 yaşında isə gənc də ola bilərsən.

Məgər mühasib vəzifəsinə 25 yaşlı namizədin, 45 yaşlı namizəddən daha çox praktiki iş təcrübəsi ola bilərmi? Aydındır ki, yox. Bəli, daha gənc namizədlərin magistr diplomu da ola bilər. Çünki bir qədər daha yaşlı nəsil hələ sovet dövründə ali təhsil alıblar, hansı ki, o zaman alınan ali təhsil səviyyələrə bölünmürdü. Lakin yuxarıda qeyd etdiyimiz kimi, magistr diplomu hələ hər şey demək deyil.

O səbəbdən, 40-50 yaşdan sonra təcrübəli mühasiblərin axtarışından imtina olunması heç də ağıllı bir addım deyil. Axı, bu peşə üçün yaş kriteriyası heç nə ilə özünü doğrultmayıb.  Onu da nəzərə almaq lazımdır ki, bu gün üçün yaşa, cinsə, dini inanca və ya irqi ayrı-seçkiliyə görə insan haqlarının pozulması qanunla qadağan edilib. Vakansiya ilə bağlı elanlarda bu kriteriyaları göstərmək işəgötürənlərə qadağan edilib. Mühüm olan yaş, cins, irq və dini baxışlar deyil, insanın mənimsədiyi intellekt və qabiliyyətlərdir.

7-ci səhv. İşin tez-tez dəyişdirilməsinə diqqət yetirilmir

Namizədin iş yerini tez-tez dəyişdirdiyini nəzərə almamaq düzgün deyil. Həm əvvəlki iş yerlərinin sayı, həm də insanın hansı statusda çalışması çox vacibdir.

Məsələn, əgər bir neçə il ərzində iddiaçı on yerdə işləməyə macal tapıbsa, onda onun işi niyə belə tez-tez dəyişdiyini düşünmək məntiqli olardı. Çox güman ki, onun kollektivdə və ya rəhbərliklə qarşılıqlı münasibətlərində problemlər yaranırdı. Bəlkə də rəhbərliyi onun ixtisasını təmin etmirdi və müəssisə daim cərimə sanksiyalarını ödəməli olurdu. Cavab məlum deyil, lakin iş yerinin tez-tez dəyişdirilməsi – heç də yaxşı göstərici deyil.

Baş mühasib (Böyük mühasib) seçimi zamanı bir məsələyə də – əgər o, uzun illər bir yerdə və eyni vəzifədə işləyibsə, buna da diqqət yetirmək çox önəmlidir.  Məsələn, namizəd on il ərzində yalnız anbar uçotunu aparıbsa, bu o deməkdir ki, yüksəliş üçün onun bilikləri yetərli olmayıb və ya həmin şəxs öz peşəsinə biganəliklə yanaşıb.

Tez-tez iş yerlərini dəyişən namizəd də çox güman ki, sizin kollektivdə uzun müddət qalmayacaq və ya qalsa da, o, hər hansı bir formada fayda gətirməyəcək. Ona görə də nəzərə alın ki, statistikaya görə, mühasib üçün iş yerinin hər 3-5 ildən bir dəyişdirilməsi, norma hesab olunur.


V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

  1. Tohfe
    | Reply

    Niye bes tecrube proqramlari ali tehsil isdiyir mene o catmir kolleci bitirmisem +ustegel kursada getmisem muhasibatliq ve 1c kursuna ama goturmurler cagirmirlar ona gore ortada qaliram men

Leave a Reply

Your email address will not be published. Required fields are marked *