Barter əməliyyatlarının rəsmiləşdirilməsi və bu əməliyyatlar zamanı ƏDV-nin əvəzləşdirilməsi

posted in: Xəbər | 0

qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,“Barter” dedikdə malların (işlərin və ya xidmətlərin) mübadiləsi nəzərdə tutulur. Hər hansı fiziki və ya hüquqi şəxs aldığı malların (işlərin və ya xidmətlərin) qarşılığında qarşı tərəfə pul vəsaiti deyil, müvafiq olaraq, mallar (işlər və ya xidmətlər) təqdim edir. Barter zamanı yaranan vergi öhdəlikləri ilə bağlı məsələləri “BSC Consulting & Outsourcing Company” şirkətinin maliyyə və mühasibat üzrə layihə rəhbəri Zəhra Əliyeva və hüquqşünası Nəsrin Cəbrayılova şərh edirlər.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.1-ci maddəsinə əsasən, barter (mal mübadiləsi) zamanı vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 161.2-ci maddəsində isə göstərilir ki, vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir.

Bu bənd, məzmunundan da göründüyü kimi, məhz barter əməliyyatlarını nəzərdə tutur. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 161.1-ci maddəsində nəzərdə tutulur ki, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Burada mühüm nüanslardan biri odur ki, əvəzləşmədə malların (işlərin və ya xidmətlərin) bazar dəyəri əsas götürülür.

Misal: Tutaq ki, “X” MMC “Y” MMC-yə maya dəyəri 500 manat olan malları EQHF əsasında (500+90 (18% ƏDV) satır və tərəflər arasında qarşılıqlı razılığa əsasən, “Y” MMC “X” MMC-yə pul vəsaiti ödəməyəcək, bunun əvəzinə onun üçün işlər görəcək. Belə görünə bilər ki, bu situasiyada vergiyə cəlb olunan əməliyyatın dəyəri beş yüz manatdır. Lakin əslində reallıq başqa cürdür: burada “Y” MMC-nin təqdim etdiyi işlərin dəyəri müvafiq vergi orqanı tərəfindən araşdırılmalıdır. “Y” MMC həmin işlərin təqdim edilməsi zamanı faktiki pul vəsaiti olmadığı və həmçinin “X” MMC-dən aldığı mallar onun sahibkarlıq fəaliyyəti üçün vacib olduğuna görə, böyük ehtimalla, görəcəyi işləri xeyli aşağı qiymətə barterlə vermişdir. Normal halda həmin işlərin bazar dəyərini 1500 manat (ƏDV-siz) qəbul etsək, onda vergiyə cəlb edilən əməliyyatın dəyəri 500 manat yox, 1500 manat olmalıdır. Odur ki, bu cür hallarda vergi ödəyiciləri çox diqqətli olmalıdırlar.

Çünki Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.13-cü maddəsində göstərilir ki, verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətlərini nəzərə almaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.
Barter əməliyyatları zamanı ƏDV-nin əvəzləşdirilməsi məsələsinə diqqət yetirək. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur.

Bəndin məzmunundan da göründüyü kimi, malların (işlərin və ya xidmətlərin) barter edildiyi an həmin əməliyyat ƏDV-siz dəyərinin qarşı tərəfin bank hesabına ödənilməsinə bərabər tutulur. Yəni barter əməliyyatı aparıldıqda artıq ödəniş (əsas məbləğ) həyata keçirilmiş sayılır, ƏDV məbləği ƏDV-nin depozit hesabından ödənildikdən sonra əvəzləşdirilmə əməliyyatı aparıla bilər.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat “Outsourcing”inin müsbət və mənfi cəhətləri

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat “Outsourcing”i – bu xüsusiləşdirilmiş elə kənar şirkətdir ki, mühasibat uçotunun təşkili, aparılması, eləcə də nəzarətedici orqanlara (vergi və mühasibat) hesabatların hazırlanması funksiyalarını öz üzərinə götürür.

İndiki dövrdə təşkilatlar eləcə də daxili auditin aparılmasını da “outsourcer”ə tapşırırlar. Bu nümunədə mühasibat “outsourcing”inin müsbətlərinə və mənfilərinə nəzər yetirəcəyik.

Müsbətlər sırasında aşağıdakıları qeyd etmək olar:

  • Bütün bilik və bacarıqların cəmi. Böyük bir şirkətdə, bu və ya digər vəziyyət yarandıqda, onun həllinə cəlb edilən fərqli ixtisaslaşma sahələri üzrə bir neçə işçi olur.
  • Mühasibat uçotu sahəsində peşəkar bilik və bacarıqların mövcudluğu. Sözügedən fəaliyyət sahəsində illərlə məşğul olduğundan, auditor bu məsələ ilə bağlı əhəmiyyətli məlumat bazasına malik olur.
  • Təkrarlanan xərclər. Şirkət auditor xidməti ilə bağlı xərcləri dövri olaraq, yalnız yoxlamaların keçirildiyi dövrdə ödəyir ki, bu da auditə çəkilən məsrəfləri xeyli aşağı salır.
  • Operativlik və əlçatanlılıq. Xaricdə işlər olduqda, şirkət öz əməkdaşlarını buna cəlb etmədən, ora da auditorlar göndərə bilər.
  • Ezamiyyə ilə bağlı qənaətlər. Yoxlama zamanı iri şirkətin regional şöbələrinin əməkdaşlarının xidmətindən də yararlanmaq olar ki, bu da əməkdaşların ezamiyyə xərclərinin xeyli qənaətinə gətirib çıxarır.
  • Muzdla işçi tutulması və əməkdaşların təhsili ilə əlaqəli xərclərin azalması.


Həmçinin onu da qeyd etmək lazımdır ki, kənar təşkilatın xidmətlərindən istifadə olunmasının özünün də mənfi tərəfləri yox deyil:

  1. Xidmətin ödəniş həcmi. Bu, ola bilsin ki, daxili audit üçün kənardan şirkətin cəlb olunmasının başlıca mənfi tərəfidir – yəni, bu xidmətə görə ödəniş məbləği elə də az deyil. Yalnız o fakt qənaətbəxşdir ki, həmin məsrəflər daimi olmur, hər dəfə üçün ödənilir.
  2. Peşəkar təcrübə. Bəzən auditor şirkətləri yoxlamaya elə də yüksək səviyyəli və təcrübəli mütəxəssisləri cəlb etmirlər.
  3. Audit yoxlaması zamanı yol verilən səhvə görə məsuliyyəti onu aparan konkret əməkdaş deyil, yalnız rəhbərlik (əgər, məhkəmədə həmin faktı təsdiq etmək mümkün olarsa) daşıyır.
Göründüyü kimi, mühasibat “outsourcing”inin çatışmazlıqları, onun üstünlüklərindən xeyli azdır. Elə bu faktın özü həmin fəaliyyət növünün populyarlığını izah edir.

Ayrıca qeyd etmək lazımdır ki, hüquqi şəxslərə mühasibat xidməti göstərən şirkətin xidmətindən istifadə zamanı mühasibat uçotu üçün lazım olan müxtəlif təminat proqramları almaq və onları yeniləmək, mühasibatlıqla bağlı qanunvericilikdə baş verən yenilikləri izləmək zərurəti də aradan qalxır. Elə bunun özü də təşkilatın büdcəsindən az pul aparmır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib peşəsinin incəlikləri

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasib peşəsinin incəlikləri

Mühasib peşəsi

Son illərin statistik göstəricilərinə nəzər salsaq görərik ki, mühasib peşəsi olduqca populyar bir peşədir.

Mühasib (alman dilində Buchhalter, Buch — kitab, Halter – tutucu )  – mühasibat uçotu sahəsində mütəxəssis bir şəxs anlamını verir. Ölkəmizdə iqtisadiyyatının sürətli inkişafı mövcud şirkətlərin genişləndirilməsinə, onların filial və ofislərinin artımına, eləcə də yeni şirkətlərin yaranmasına gətirib çıxardı.

Mühasibin işi aktiv, passiv, fasilə, balanslaşdırma kimi meyarlardan asılı deyil. Əsl peşəkar çalışdığı təşkilatın fəaliyyəti ilə bağlı istənilən sahəyə uyğunlaşmağı bacarmalıdır. Buraya iqtisadiyyat və siyasət ilə maraqlanmaq, qanunvericilikdəki dəyişiklikləri izləmək və daima öz ixtisasını artırmaq kimi vacib amillər daxildir.

Pəşənin xüsusiyyətləri

Mühasib peşəsi

Mühasibat uçotu – bu ümumilikdə biznes dilidir, iqtisadiyyat dilidir.

Mühasib –  mühasibat uçotunda işləməyi bacaran bir mütəxəssisdir. Mühasibat uçotu ümumi anlamdır, yəni buraya digər sahələr daxildir (aktiv mühasibat, maddi aktivlik, əmək haqqları, vergilər və s). Hesab işlərinin aparılmasına baş mühasib cavabdehdir. O qədər də böyük olmayan bir şirkətin (firmanın) mühasibat işlərini bir mühasib də yerinə yetirə bilər.

Peşənin “müsbət” və “mənfi” cəhətləri

Mühasib peşəsiPeşənin müsbət cəhəti onun sabit işinin olmasıdır. Eyni zamanda öz sahəsində mütəxəssis bir mühasibin hər zaman gələcək karyerası üçün gözəl imkanlar vardır. Lakin peşənin mənfi cəhətləri də kifayət qədər çoxdur. Belə ki, günbəgün dəyişən dünyada təbii ki, maliyyə sahəsində də dəyişikliklər olur və bütün bunlardan mühasibin xəbəri olmalıdır. Bir sözlə mühasib hər zaman cəmiyyətlə əlaqədə olmalıdı və yeniliklərdən xəbərdar olmalıdır. Hər zaman mühasib şirkətin (firmanın) əsas simalarında biridir və buna görə də onun üzərinə çox məsuliyyət düşür. Bütün firmalar mütəmadi olaraq vergi orqanları tərəfindən audit yoxlamalarından keçir. Vergini düzgün həsablamaq lazımdı – bu ən vacib elementlərdən biridir, çünki əks təqdirdə həmin insanı ciddi sanksiyalar və ya azadlıqdan məhrumetmə cəzası verilir.

İş yeri

Mühasib peşəsi

Bu peşə bank sahəsi, maliyyə qurumları (vergi yoxlaması, pensiya fondları, sığorta şirkətləri), istənilən dövlət orqanları, qeyri-iqtisadi və maliyyə (kənd təsərrüfatı, tibb və səhiyyə, ticarət, nəqliyyat sektoru və s.), kiçik və orta müəssisələrdə mövcuddur.

Əsas göstəricilər

Mühasib peşəsi

Mühasib olmaq istəyənlər yüksək intellektual göstəricilərə, yüksək konsentrasiya və diqqətə, dəqiqliyə, məntiqi təfəkkürə, səbrə, məsuliyyətə malik və eyni zamanda öz işində hər zaman dürüst, vicdanlı şəxslər olmalıdır.

Bu peşəyə namizəd olanlar vergi məcəlləsi, mühasibat uçotu, kompüter, “1C Mühasibat proqramı” , Excel, Persin (pensiya fondu proqramı), İnternet-i bilməlidir. Bu peşədə ingilis dilini bilmə o qədər də vacib rol oynamır (istisna hallarda xarici şirkətdə işlədiyi zaman).

Necə (harada) tədris almalı?

Mühasib peşəsi

Mühasib bu peşə ilə təhsil müəssisələrində keçilən dərs vasitəsilə tanış olur. Mühasibat uçotunu “hiss etmək”, onun daxilindəki gözəllikləri “görmək” üçün sizə təcrübəli mütəxəssislər kömək olmalıdır. Onların köməyi olmadan bu pəşənin dərinliyindəki sirləri öyrənmək sizin üçün biraz çətin ola bilər. Təbii ki, siz mühasibat uçotunu kurslar vasitəsilə də öyrənə bilərsiniz. Lakin gələcək karyeranız üçün ali təhsil müəssisəsində təhsil almanız vacibdir.

Mühasibin gəliri

Mühasib peşəsi

Hər şey kampaniyanın miqyası, mütəxəssis qarşısında qoyulan məsələlərin çətinliyi, mütəxəssisin məsuliyyəti, işin miqdarı və işçilərin sayından asılıdır. Vacib məqam – mühasibin ixtisaslaşmasıdır. Məsələn,  bəzi mütəxəssislərin işi müəyyən tip məsələlərin ( müəyyən sahəyə məxsus məsələlərin ) həllindən ibarətdir və yüksək ixtisas tələb etmir. Bu cür mütəxəssisə o qədər yüksək maaş ödənilmir. Lakin həll olunacaq məsələlərin əhatə dairəsi nə qədər genişdirsə, işin uğurlu həlli üçün bir o qədər də yüksək bilik və təcrübəyə ehtiyac olur. Bu cür mütəxəssisin maaşı isə məntiqi olaraq daha yüksək olur. Bir çox mühasiblər sərbəst iş qrafikini üstün tuturlar və eyni vaxtda bir neçə işdə işləyirlər.

Karyera addımları və perspektivləri

Mühasib peşəsi

Maliyyə-iqtisadiyyat fakültələrində təhsil alan bir çox tələbə artıq yuxarı kurslara çatdıqları zaman  təcrübə yığmaq üçün işədüzəltmə mərkəzlərinə müraciət edirlər. Təhsil müəssisəsini bitirdikdən dərhal sonra təcrübəniz olmadan yaxşı bir şirkətdə mövqəli bir vəzifə tutmanız sizə çox çətin gələ bilər. Bu zaman siz o qədər də çətinliyi olmayan bir işdən başlamaq məcburiyyətindəsiniz.

Bu sahədə ilk dəfə işə başlayacaq şəxslərin çoxu o qədər də böyük olmayan firmalarda (şirkətlərdə) mühasib köməkçisi yaxud mühasibat sahəsində ofis meneceri vəzifələrini seçir.

Öz karyerasının inkişafında maraqlı olan, gələcəkdə yüksək maaşlı vəzifələrə iddialı olan mühasiblər hər zaman axtarışda olur, müxtəlif məlumatlar toplayaraq öz sahəsində özünü inkişaf etdirir.

Mənbə: www.telebe.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək müqavilələrinin bağlanmasına nəzarət tədbirləri davam edir

posted in: Xəbər | 0

Topdansatış ticarət, mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Xidmətin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində və Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən “Ucuzluq” adlı univermaqlarda operativ nəzarət tədbirləri həyata keçirilib.

Aparılan nəzarət tədbirləri zamanı Məmiyev Elşən Rəfiaddin oğluna məxsus univermaqda 24 nəfər, İsayev Cahid Müzəffər oğluna məxsus obyektdə isə 21 nəfər olmaqla, ümumilikdə 45 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş İsayev Cahid Müzəffər oğlu və Məmiyev Elşən Rəfiaddin oğluna barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.

Dövlət Vergi Xidməti bildirir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır və bu işçilərin əmək və sosial hüquqlarının pozulmasına gətirir, habelə əmək münasibətlərin və gəlirlərin gizlədilməsinə yol açır. İşəgötürənlər belə hallara yol verməməli, əmək müqaviləsinin işçilərin əmək və sosial hüquqlarının təminatı rolunu oynadığını unutmamalıdır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 970 971 972 973 974 975 976 2. 683