Read More9
Read More9

Böyük Britaniya öz rəqəmsal valyutasını buraxmaq istəyir

posted in: Xəbər | 0

milyonçu, qida qıtlığı, ƏDV, ictimai iaşə, varlıların vergiləri, vergi,Böyük Britaniya öz rəqəmsal valyutasını buraxmaq istəyir: Böyük Britaniya Xəzinədarlığı və İngiltərə bankı məsələni öyrənmək üçün işçi qrupu yaradıb. CNBC-nin xəbər verdyinə görə, əgər rəqəmsal valyuta istifadə üçün buraxılarsa, o, nağd pulları əvəz etməyəcək, yalnız həmin pulları tamamlayacaq.

“Biz Mərkəzi bankın potensial rəqəmsal valyutası üzrə tədqiqat işlərini əlaqələndirmək üçün Xəzinədarlıq və İngiltərə Bankı arasında yeni bir işçi qrupu işə salırıq”, – Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak belə söyləyib. Rəqəmsal funtun tətbiqi barədə qərar hələ qəbul edilməyib: indi səlahiyyətlilər istifadə variantlarını və mümkün riskləri araşdıracaqlar.

Hazırda rəqəmsal valyutaların hazırlanması üzərində bir neçə ölkə, o cümlədən İsveç, Fransa, Rusiya və başqaları məşğul olurlar. Bu sahədə hazırlıq işlərinə bitkoinin böyüməsi və ümumiyyətlə, nağd pul istifadəsindən imtina meyli ilə yeni bir təkan verilib.

İndi Çin bunu ən fəal şəkildə həyata keçirir. Pekində, rəqəmsal yuanın xeyrinə ənənəvi pullardan müvəqqəti imtina etmələri üçün vətəndaşlara ödəniş edilməsi lazım olan bir təcrübə elan ediblər.

Bundan əvvəl məlum olmuşdu ki, ÇXR hökuməti buraxılacaq rəqəmsal yuanın konkret bir müddət üçün dövriyyəsini planlaşdırır. Güman edilir ki, bu vətəndaşları həmin pullarla tez bir şəkildə vidalaşmağa və onları iqtisadiyyatın naminə daha aktiv istifadə etmələrindən ötrü Çin Xalq bankına zəruri hallarda elektron pulları müəyyən vaxtdan sonra “dayandırmaqda” kömək edəcək.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Aktiv vergi ödəyicilərinin sayı artır

posted in: Xəbər | 0

Əsas vergi nəzəriyyələri, yol vergisi, vergi ödəyiciləri,Yeni qeydiyyat üsuluna maraq artır

2021-ci ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.240.652 vergi ödəyicisinin 87,7%-i fiziki şəxs, 12,3%-i hüquqi şəxs və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 167.992 vahid və ya 115,7% artıb ki, bunun da 94,6%-i fiziki şəxslərin, 5,4%-i hüquqi şəxslərin hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib.
2020-ci ilin mart ayından başlamaqla müşahidə olunmuş ardıcıl 12 aylıq azalma dövründən sonra, ilk dəfə olaraq cari ilin mart ayında qeydiyyatın sayında artım müşahidə edilib.

Cari ilin I rübündə 2.714 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Kommersiya qurumlarının 2253-ü (83%) elektron qaydada, 461-i isə (17%) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. İlkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 460 hüquqi şəxsin (ümumi qeydiyyatın 17%-i) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.

Cari ilin I rübündə 2.494 yerli investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayında 25%-lik artım deməkdir.

2021-ci ilin I rübündə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2.840 vahid təşkil edib. Bu zaman fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artıb. 2021-ci ilin I rübündə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayı 3.682 vahid təşkil edərək 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5% azalıb. Fəaliyyətini passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 18,8% azalıb.

2021-ci ilin I rübündə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1.788 vahid çox olub.

Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4%-i kommersiya qurumlarıdır. Ümumiyyətlə, 136.997 kommersiya qurumundan 58,5 faizinin vəziyyəti aktiv olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,9 faiz artıb. Bu zaman kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 16% artıb.

2021-ci ilin I rübündə kommersiya qurumlarının 83%-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91%-ə yaxın olub.

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ildə 438 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydə alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,2 faiz çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,1%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,7% təşkil edib.

2021-ci ilin 1 aprel tarixinə 272 publik hüquqi şəxs, 16.066 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

Topdansatış ticarətdə malların təqdim edilməsi qaydası

posted in: Xəbər | 0

mühasiblərlə görüş, Vergi inzibatçılığı, Rəqəmsal vergi idarəetməsi, elektron dövlət qeydiyyatı, icbari tibbi sığorta, Rəqəmsal Transformasiya Şurası, alt fəaliyyət növləri, Vergi orqanları, ikiqat vergitutma, Dövlət Vergi Xidməti, vergi sistemi, DVX, vergi xidməti, peşə bayramı,işə qəbul, DTA-03 ərizə forması, DTA-05 ərizə forması, ərizə formaları, Müvəqqəti vergi rejimi, Sosial sığorta haqqı, Nəqliyyat vasitələrinin fəaliyyəti, Vergi Xidməti, Vergi bəyannamələri, icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıTopdansatış qaydasında ticarət fəaliyyətini həyata keçirən şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün nəzarət-kassa aparatının tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, topdansatış ticarət obyektlərindən sahibkarlıq fəaliyyəti subyektlərinə malların təqdim edilməsi elektron qaimə-faktura ilə rəsmiləşdirilir.

Belə ki, Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə görə, topdansatış malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə satış isə malların alıcıya satışının son istehlak məqsədilə və yalnız sözügedən Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçi vəfat etdikdə vərəsəsinə ödənilən müavinətdən gəlir vergisi və digər məcburi tutulmalar aparılmalıdırmı?

posted in: Xəbər | 0

məzuniyyət haqqı. vakansiya Vergi uçotu üzrə mütəxəssis Kreditin hesablanmasıSual: Əmək məcəlləsi Maddə 77 – əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları, 7-ci bəndində İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək məcəlləsinin müvafiq maddəsinə əsasən işçi vəfat etdikdə onun vərəsəsinə orta əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir, bu zaman gəlir vergisi və digər məcburi tutulmalar necə aparılmalıdır?

Cavab: Bildiririk ki, işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün həmin müavinətdən ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 4-cü abzasının müddəalarına əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqlarından azaddır.

Qeyd olunan müavinət Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə daxil olmadığından icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunmur.

Əsas: Əmək Məcəlləsinin 77-ci, 154-cü maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 975 976 977 978 979 980 981 2. 683
error: Content is protected !!