Mühasib olmaqla əldə edəcəyiniz 9 üstünlük

birbank biznes

mühasib olmaqBir çoxları mühasib peşəsini cansıxıcı və darıxdırıcı bir peşə hesab edir. Saysız-hesabsız rəqəmlər, eyni əməliyyatlar, yaradıcılıq üçün imkanların məhdudluğu və s. Lakin bu peşə ilə yaxından tanış olduqdan sonra fikirləriniz tamamilə dəyişə bilər. Beləliklə, gəlin mühasib peşəsinin üstünlüklərini nəzərdən keçirək.

  • Məntiqi düşüncə təkmilləşir. Qeydə alma (müxabirləşmə) və qeydə almanın formalaşdırılması, iqtisadi əməliyyatların təhlili müxtəlif baş sındıran tapmacalar və krassvordlarla müqayisədə sadəcə boş şeylərdir.
  • Vərdişlər yaranır. İlkin olaraq mürəkkəb gələn şeylər, bir neçə cəhddən sonra avtomat kimi həllini tapır. Bunun hesabına siz özünütəhsil və istirahətiniz üçün iş qrafikinizdən müəyyən zaman əldə edə bilərsiniz. Peşəkar proqramlar əsasında işlərinizi daha sürətlə yerinə yetirə bilərsiniz.
  • Özünüintizam aşılanır. Hər bir xırda detal mühasiblərdən ötrü çox mühümdür. İradənizdən asılı olmayaraq bütün işlərinizi dəqiqlik və vicdanla yerinə yetirəcəksiniz. Bu keyfiyyət, heç şübhəsiz ki, adi həyatınızda da sizin dadınıza çatacaq.
  • Fasiləsiz yeni məlumat axını. Bu peşə daim inkişafa və yüksəlişə məcbur edir. Siz fasiləsiz olaraq daim yenilənən qanunvericiliyi, tətbiq olunan yeni proqram və texnologiyaları izləməlisiniz. Sizin beyniniz bir gün də olsun işsiz qalmayacaq.
  • Stabillik. Mühasib peşəsi – bütün dövrlərin peşəsidir. Siz heç vaxt kənarda qalmayacaqsınız, çünki mühasibat üzrə mütəxəssislərə stabil tələbat var. Mühasib 40 yaşında da, 55 yaşında da özünə iş tapa bilər. Axı, çoxillik iş stajı işəgötürən üçün yalnız müsbət şeylər vəd edir.
  • Ünsiyyət. Sizə vergi orqanları müfəttişlərindən başlamış, sadə fəhlələrə kimi müxtəlif adamlarla ünsiyyət qurmaq lazım gələcək. Özü də, nəzərə alın ki, həmsöhbətinizin statusundan asılı olaraq düzgün söhbət qurmağı öyrənəcəksiniz.
  • Hakimiyyət. Mühasibin hətta müəssisə direktorundan hesabat tələb etmək hüququ var, belədə sadə əməkdaşlar belə sizinlə ideal münasibətlər qurmaqda maraqlı olacaqlar.
  • Özünüzə çalışmağı da öyrənin. Bu gün bir çox müəssisələr və şəxsi sahibkarlar daimi vəzifədə olmayan mühasiblərlə çalışmağa üstünlük verirlər. Yəni, bu işləri yerinə yetirməyə kənardan muzdla mütəxəssis cəlb etməyə üstünlük verirlər. Belə şəraitdə siz eyni zamanda bir neçə müəssisədə və ya bir neçə sahibkarın yanında çalışmaqla özünüz əlavə qazanc yeri əldə edə bilərsiniz.
  • Öz işiniz. Zaman yerində saymır, ola bilsin siz də nə vaxtsa öz şəxsi biznesinizi qurmaq fikrinə düşəsiniz. O vaxt mühasibat uçotu sizdən ötrü yeni və anlaşılmaz bir şey olmayacaq və Siz uğurlara daha asanlıqla nail ola bilərsiniz.

Mühasib sözünün mənşəyini bilirsinizmi?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email