Təsisçidən alınmış borc məbləğinin nağd qaydada qaytarılmasına məhdudiyyət varmı?

posted in: Xəbər | 0
birbank biznes

Zərərin keçirilməsi, Zərər, Kameral uyğunsuzluq məktubları, Kameral uyğunsuzluq məktubu, Hüquqi şəxs, nizamnamə kapitalı, əsas vəsaitlər, 57.1 və 58.1-1-ci maddələrin fərqi, vergi ödəyicilərinin mənfəəti, sənədlər, Təmir xərcləri, malların təqdim edilməsi, Xidmətlərin göstərilməsi, Vergi Məcəlləsində dəyişiklik, vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Məlum olduğu kimi, yalnız nağdsız qaydada aparılmalı olan, habelə nağd qaydada aparılmasına icazə verilən əməliyyatların dairəsi və nağd xərcləmələrin limiti “Nağdsız hesablaşmalar haqqında” Qanunla (bundan sonra – Qanun) tənzimlənir.

Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin Qanununun (bundan sonra – Qanun) 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30 000 manatdan və ya 15 000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər, o cümlədən alınmış borcların qaytarılması yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qanunun 3.4.6-cı maddəsinin tələbinə görə vergi orqanında qeydiyyatda olan təsisçiyə isə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.

Qanunun qeyd olunan tələblərinin pozulmasına görə borc vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən şəxsə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email