Bu bəyannamənin tərtib edilməsinin yeni qaydası təsdiqlənib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Hüquqi şəxsin qeydiyyatıTorpaq vergisi bəyannaməsinin tərtib edilməsinin yeni qaydası təsdiqlənib.

Bəyannamə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203-cü və 208-ci maddələrinə əsasən, ölkə ərazisində torpaq vergisinin ödəyicisi sayılan və bu vergini dövlət büdcəsinə ödəməli olan vergi ödəyiciləri tərəfindən tərtib olunmalıdır.

Vergi ödəyicisindən bəyannamədə özü haqqında ümumi məlumatları, verginin hesablanması qaydalarını, digər zəruri qeydləri nəzərə alması tövsiyə olunur. Bəyannaməni tərtib edən məsul şəxs bölməsində vergi ödəyicisinin rəhbərinin, baş mühasibinin və bəyannaməni tərtib edən məsul şəxsin soyadı, adı və atasının adı yazılmalıdır.

Bəyannamə auditor (agent) tərəfindən tərtib edildiyi halda, auditorun soyadı, adı və atasının adı (çərçivələrdən kənara çıxmadan) yazılmaqla imzalanmalıdır.

Sadələşdirilmiş verginin bəyannaməsinin tərtib olunması qaydaları təsdiq edilib.

Torpaq vergisinin bəyannaməsi birbaşa vergi orqanına təqdim edildikdə poçt ştempelinin vurulma tarixi üzrə xanalar doldurulmur. Bəyannamə internet vasitəsilə təqdim edildikdə vergi orqanlarına aid xanalar doldurulmur.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email