Cari il bitməmiş dividend ödəmək olar?
Sual: Şirkət cari il bitməmiş bank hesabına daxil olan vəsaitdən öz təsisçilərinə dividend ödəyə bilərmi? Yəni cari ilin sonunda əldə olunacaq xalis mənfəət hesabından avans olaraq, ÖMV ödəmək şərti ilə öz təsisçilərinə dividend paylaya bilərmi? Qeyd edim ki, şirkət gəlirli şirkətdir, xərcləri çox azdır.
Cavab: Bildiririk ki, vergi qanunvericiliyi ilə təsisçilərə dividendlərin verilməsi qaydasında hər hansı məhdudiyyətlər nəzərdə tutulmamışdır.
Əlavə olaraq bildiririk ki, mülki münasibətləri tənzimləyən Мülki Məcəllənin 106-3.2-ci maddəsində səhmdar cəmiyyətinin nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilməsi qeyd olunmuşdur.
Мülki Məcəllənin 90-1-ci maddəsində isə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilməsi bildirilmiş, eyni zamanda mənfəətin bölüşdürülməsi haqqında qərarın qəbul edilə bilmədiyi hallar göstərilmişdir.
Bax: Мülki Məcəllənin 90-1-ci və 106-3.2-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax: Turagentin əldə etdiyi komisyon haqqı ilə bağlı vergi öhdəliyi