Çex Respublikasında vergi sistemi barədə bilmədiklərimiz

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

vergi sistemiBu dəfəki yazıda Çex respublikasının vergi sistemindən söz açacağıq.

Çex Respublikasının vergi sistemi digər Avropa ölkələrinin vergi sisteminin bənzəridir.

Gəlir vergisi. Çexiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan ötrü icazə alınması gərəkdir ki, bu zaman hüquqi şəxslər yerləşdikləri hüquqi ünvanda, ayrı-ayrı şəxslər isə qeydiyyatda olduqları yer üzrə 15 gün ərzində vergi müfəttişliyində qeydiyyata düşməlidilər.

Hüquqi şəxslər üçün gəlir vergisi hazırda 19% təşkil edir. Əgər şirkət fəaliyyət göstərmirsə, onda həmin müəssisə müfəttişliyə sıfır balansı təqdim edir ki, bunun əsasında o, gəlir vergisi ödəmir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Fiziki şəxslər, fərdi sahibkarlar isə aşağıdakı gəlirlərindən 15% həcmində vergi ödəyirlər: muzdlu əmək, sahibkarlıqdan daxil olan gəlirlər, icarə və digər gəlirlər. Qanunda vergi tutmaya cəlb olunan bəzi gəlirlər də göstərilib. Bunlar səhmlərin alınması, əmlakın bağışlanması, mirasdan və daşınan mülkiyyətdən  daxil olan gəlirlərdir. Çexiyada vergi dövrü təqvim ili hesab olunur. Əgər fiziki şəxsin illik gəliri 15 min kronu ötürsə, o vergi deklarasiyası təqdim edir. Vergi müfəttişliyi qarşısında hər bir ölkə vətəndaşı, o cümlədən bu ölkədə minimum 183 gün və ya fasiləsiz yaşayan əcnəbi vətəndaşlar hesabat verməlidirlər. Xarici mənbələrdən gəlir əldə edən fiziki şəxslər də 15% stavkası ilə vergi ödəməlidirlər.

Daşınmaz əmlaka görə vergi. Sahibkar həm də daşınmaz əmlaka görə vergi ödəməlidir. Bu zaman vergi nəbləği əmlakın ümumi sahəsindən, istifadə üsulundan və konkret olaraq hansı yaşayış məntəqəsində yerləşməsindən asılı olaraq ödənilir. Mənzillər, evlər və torpaq sahələri vergiyə cəlb olunur. Həmin verginin həcmi ilə vergi ödəyiciləri vergi ilə bağlı saytdan tanış olur və elə elektron şəkildə də həmin vergini ödəyirlər.

Daşınmaz əmlak satışına görə vergi. Daşınmaz əmlakın satışına görə standart vergi məbləği onun satış dəyərinin 4% təşkil edir.

Yol vergisi. Əgər, sahibkarın mülkiyyətində  nəqliyyat vasitəsi varsa, onda həmin şəxs yol vergisi ödəyicisi kimi də qeydiyyata düşməlidir. Həmin verginin həcmi nəqliyyat vasitəsinin çəkisindən və mühərrikinin həcmindən asılı olaraq ödənilir.

Həmçinin bax: Almaniya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Mirasa və bağışlamaya görə vergi. Bu vergi növü 0,5%-lə 40% arasında dəyişir. Burada vergi məbləği əmlakı və ya digər mülkiyyət növlərini bağışlayanla, onu qəbul edən arasında hansı qohumluq bağının olmasından asılı olaraq dəyişir. Məsələn, bu əməliyyat uşaqlar və valideynlər arasında baş tutursa, onda heç bir vergi ödənilmir.

Radio və televiziya vergisi. Radio və televizor cihazlarına sahib olan həm fiziki, həm də hüquqi şəxslər vergi ödəməli olurlar. Məsələn, əgər sizin evinizdə radioqəbuledici yoxdursa, amma avtomobilinizdə və ya mobil telefonunuzda bu varsa, siz həmin vergini ödəməyə məcbursunuz. 2018-ci il üçün həmin vergi televiziyaya görə ayda 135 kron, radioya görə isə 45 çex kronu təşkil edir. Fiziki şəxslər isə radio və televiziyaya üzrə evdə olan bütün cihazlara görə ümumi vergi ödəyirlər. Hüquqi şəxslər isə həmin vergini hər bir cihaza görə ayrı-ayrılıqda ödəyirlər.

ƏDV. Vergi sisteminin başlıca komponentlərindən hesab olunur. Dövriyyəsi 1 milyon kron olan hüquqi şəxslər vergi orqanlarında qeydiyyatdan keçməlidirlər. Dövriyyə 1 milyon kron təşkil edirsə, həmin vergi rübdə bir dəfə, 10 milyon kronu ötürsə, ayda bir dəfə ödənilir. Həmin verginin baza stavkası 2018-ci ildən 21% bərabərdir, aşağı stavka isə (bəzi qida məhsulları, mineral yağlar, bəzi xidmətlərə görə) 15% təşkil edir. ƏDV-nin 10%  ikinci aşağı salınmış stavkası isə 2015-ci ildən qüvvəyə minib. Bu qanunda bir sıra mal və xidmət növləri göstərilib ki, onlara ƏDV tətbiq olunmur (tibbi xidmət, torpağın icarəyə verilməsi və s.)

İstehlak vergisi. Aksiz yığımı neft məhsulları, spirt, alkoqollu içkilər və tütün məmulatlarına tətbiq olunur. Aksizlər də ƏDV kimi Avropa İttifaqının normativ aktları ilə tənzimlənir. Bu vergi yığımı gömrük orqanları tərəfindən həyata keçirilir. Aksizlər qanunla tənzimlənir.

Çexiyada əmək haqqına gəldikdə, bu ölkədə 2018-ci ildə minimum maaşlar 12 200 kron (1 ABŞ dolları 20,58 kron təşkil edir). Yəni, Çex Respublikasında minimum əmək haqqı 593 dollar tşkil edir.

Həmçinin bax: Kanada vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email