Hansı halda dividendlər vergidən azad edilir?

posted in: Xəbər | 0
birbank biznes

Dividendlər nə deməkdir, vergi, dividend, təsisçi,Dividendlərin vergidən azad edilməsi sahibkarların gəlir və xərclərinin uçotunun aparılması istiqamətində stimullaşdırıcı addımlardan hesab olunur. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 218-1.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər vergidən azaddır.

Vergi Məcəlləsi ilə müəyyən olunan qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər sadələşdirilmiş vergidən azaddır. Burada diqqət yetirilməli məqam odur ki, bu güzəşt Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlir və xərclərinin uçotunu aparan rezident müəssisənin təsisçisi (payçısı) və ya səhmdarları olan hüquqi şəxslərin dividend gəlirlərinə tətbiq olunur.

Misal: “AA” müəssisəsi xərclərinin uçotunu aparmır, ancaq yekunda dividend gəlirlərinin vergidən azad olunması hüququndan istifadə edir. Vergi nəzarəti tədbirləri zamanı xərclərin uçotunun aparılmadığı müəyyən olunur. Bu halda azadolma qüvvədən düşmüş hesab ediləcək, dividend kimi ödənilən məbləğə ödəmə mənbəyində 10 faiz vergi tətbiq olunmaqla yanaşı, vergidən yayınma və xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyaları da tətbiq olunacaq.

Vergi Məcəlləsində edilən dəyişikliklər yolu ilə gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı tələblər sərtləşdirildiyindən və bu istiqamətdə maliyyə sanksiyaları nəzərdə tutulduğundan gəlirin və xərcin uçotu qaydası ilə bağlı bəzi vacib məsələləri qeyd etmək istəyirik. Vergi ödəyiciləri gəlir və xərclərinin uçotunu Vergi Məcəlləsinə və mənsub olduqları fəaliyyət növünü nəzərə almaqla Azərbaycan Respublikası Prezidentinin “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 19 aprel 2017-ci il tarixli və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 16 iyun 2017-ci il tarixli fərmanlarına uyğun olaraq aparmalıdırlar.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email