Dövlət təşkilatının pullu xidmətlər göstərməsi sahibkarlıq fəaliyyəti sayılır?

posted in: Xəbər | 0

Dövlət təşkilatının pullu xidmətlər göstərməsi sahibkarlıq fəaliyyəti sayılır?

sahibkarSual: Büdcədən maliyyələşən dövlət təşkilatının pullu xidmətlər göstərməsi sahibkarlıq fəaliyyəti sayılırmı və buna görə hansı vergi ödənilməlidir?

Cavab: Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

Büdcə təşkilatı – büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır.

Eyni zamanda, qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.

Biznes hesabi

Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Vergi Məcəlləsinin 105.1-ci maddəsində qeyd olunan dərəcə ilə vergiyə cəlb olunur.

Əsas: Mülki Məcəllənin 43-cü, Vergi Məcəlləsinin 13.2.38-ci103.1-ci və 105-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun