Dünya ölkələrində əmlak vergisi (6-cı hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

əmlakDünya ölkələrində əmlak vergisi (6-cı hissə)


Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə  insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Bu dəfəki yazımızda Sloveniya, Amerika Birləşmiş Ştatları və Tailandda mövcud olan göstəricilərdən bəhs edəcəyik.
Sloveniya. Bu ölkədə əmlak alınması zamanı 2% vergi tutulur. Əmlakın qeydiyyatı üçün 0,01-0,5% miqdarında vergi ödəmək lazım gəlir.

Yeni əmlaka görə ƏDV tutulmur. Əmlaka görə tutulan illik vergi 0,1-1,0% təşkil edir. Kapital artımına görə 25% vergi nəzərdə tutulub. Vərəsəlik və ya miras yolu ilə keçən əmlaka görə 0-39% arası vergi ödəməli olursan. Bu ölkədə fiziki şəxslərdən 16-50% arası, hüquqi şəxslərdən isə 17% gəlir vergisi tutulur.

ABŞ. Amerikada yeni alınan daşınmaz əmlaka görə vergi ödənişi yoxdur. Əmlakın qeydiyyatı zamanı 0,2-0,5% arası vergi tutulur. Bu ölkədə yeni alınan əmlaka görə ƏDV də tutulmur. Daşınmaz əmlaka görə illik vergi kimi 1% ödəmək lazım gəlir. Kapital artımına görə ABŞ-da 20% vergi tutulur. Mirasa və ya vərəsəlik yolu ilə keçən əmlaka görə isə vergi 18-40% arasında tərəddüd edir. Birləşmiş ştatlarda fiziki şəxslərdən 10-39,6%, hüquqi şəxslərdən isə 15-39% arası gəlir vergisi tutulur.

Tailand. Bu cənubi-şərq ölkəsində əmlakın satın alınmasından 0,1-3,3% vergi tutulur. Qeydiyyata salınması üçün isə 1-2% arası vergi ödəməli olursan. Yeni əmlaka görə ƏDV nəzərdə tutulmayıb. Əmlaka görə illik vergi bir raya görə (1600 kv metr torpaq) bir neçə bat – 0-35 (1 bat – 0,032 ABŞ dolları) vergi ödəməli olursan. Kapital artımına görə 0-35% arası vergi tutulur. Mirasa görə vergi tutulmur, amma, hədiyyə kimi verilən əmlakdan 0-35% arası vergi ödəmək lazım gəlir. Fiziki şəxslərdən 0-35, hüquqi şəxslərdən isə 20% vergi tutulur.

Məqalənin 5-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *