Ən cəfəng iqtisadi cinayətlər – “Hipnozlanmış kassir”

birbank biznes

Rusiyada avtosalonların birində kassir işləyən qadın könüllü şəkildə dələduza yarım milyon pul verib.

Rusiya DİN-nin mətbuat xidmətinin versiyasına görə, hadisə belə baş verib: Bir kişi salona daxil olaraq, özünü bu avtosalona məxsus filiallardan birinin müdiri kimi təqdim edib və ona nağd pul lazım olduğunu söyləyib. Saxtakar eyni zamanda avtosalonun rəhbərinin dəqiq ad və soyadını da kassirə deyib və müəssisənin direktoru ilə telefonda danışan sayaq imitasiya da edib. “Telefon danışığı” zamanı kassadan iri pul əskinasları ilə 500 000 min rubl pul götürəcəyini söyləyib. Bunun qarşılığında da kassir qız sual-cavabsız kassadan tələb olunan pulu götürərək sayıb və aferistə təqdim edib. Kişi getdikdən bir qədər sonra qız özü rəisinə zəng edərək, məsələni dəqiqləşdirmək qərarına gəlib. Soruşub ki, baş ofisdə belə bir şəxs işləyirmi, cavında yox kəlməsini eşidib. Sən demə, kassir pulları könüllü şəkildə dələduza veribmiş. Aldadılan qız bu vəzifədə bir ildən çox vaxt ərzində çalışırmış və təlimata görə pulları yalnız müəyyən şəxslərə verə bilərdi. Kassir niyə təlimatı kobudcasına pozub və hətta yalançı müdiri heç bir sorğu-suala çəkmədən bu qədər pulu niyə ona verib, bax, bunu istintaq müəyyənləşdircək. Artıq cinayət yerindəki müşahidə kameraları incələnib və şübhəlinin fotosu əldə olunub. Dələduzluq maddəsi ilə cinayət işi qaldırılıb.

Arada kiməsə inanmaq istəyirsən. Amma, olmaz… Kiməsə inanmaq lazım deyil.

Digər cinayət: “Mühasib barədə dastan”

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email