Ən səs-küylü maliyyə qalmaqalları (1-ci hissə)

birbank biznes

Dəqiq mühasibat uçotunun olmaması bəzən geniş miqyaslı pozuntulara gətirib çıxarır. Biznes dünyasında baş verən bir çox nəhəng qalmaqallardan sadə üsullarla yayınmaq olardı, lakin müəyyən zaman kəsiyində onlardan istifadə olunmaması, həmin hay-küylü qalmaqallara gətirib çıxardı və bütün dünya bu rüsvayçılıqlardan xəbər tutdu.

Ən böyük maliyyə qalmaqalları əsasən korrekt olmayan mühasibat hesabatlılığı nəticəsində ortaya çıxır. Şirkətlərin gəlir və xərclərinin təhrif olunmasından, aktivlərinin şişirdilməsindən və passivlərinin dəyərləndirilməməsindən söhbət gedir. Bəzən bu pozuntuların nə dərəcədə bilərəkdən həyata keçirilib-keçirilməməsini müəyyən etmək nəzarətedici orqanlara müəssər olmur.

Kommersiya təşkilatları tərəfindən həyata keçirilmiş və diqqətləri daha çox cəlb edən maliyyə pozuntularından bir neçəsini diqqətinizə çatdırırıq.

“Korporativ Toshiba mədəniyyəti”

2015-ci ildə yapon şirkəti Toshiba bir neçə il ərzində öz qazancını əhəmiyyətli dərəcədə şişirtdiyinə görə qalmaqalın mərkəzinə düşdü. Şirkət yeddi il ərzində gəlirlərin səviyyəsinin 2 milyard dollar şişirdildiyini etiraf etdi. Müstəqil təhqiqat müəyyən etdi ki, mühasiblər bu qanun  pozuntularına şüurlu şəkildə, həm də rəhbərliyin xəbəri ola-ola yol vermişlər.

Bunun nəticəsində şirkətin prezidenti Hisao Tanaka, baş icraçı direktor və digər bir sıra vəzifəli şəxslər istefa verməli oldular. İstintaq müəyyən etdi ki, Hisao Tanakanın rəhbərliyi dövründə Toshiba-da “korporativ mədəniyyət” hökm sürübmüş və nəticədə rəhbərliyin qərarlarına heç kim etiraz edə bilməzmiş. Təqsirkar mühasiblər rəhbərliyin təzyiqi altında olublar və onlar hesabatlardan müntəzəm olaraq zərərlərlə bağlı məlumatları çıxarır, eləcə də şirkətin xərclərinin bir hissəsini növbəti ilə keçirirdilər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email