Hüquqi şəxslərin yenidən təşkili: hüquqi və vergi aspektləri
Mövzunu “Allied Legal Partners hüquq şirkəti” MMC-nin partnyoru Elxan Əskərov şərh edir. Hüquqi şəxslərin yenidən təşkili həm mülki dövriyyənin sabitliyi, həm də dövlətin fiskal (vergi) maraqlarının qorunması baxımından strateji əhəmiyyət kəsb edən mürəkkəb bir hüquqi institutdur. Bu institutun tətbiqi zamanı ən … Read More
Sahibkarlıq subyektində vergi yoxlaması neçə gün davam edir?
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, plan üzrə (növbəti) yoxlamanın müddəti iri sahibkarlarda on iş günündən, orta, kiçik və mikro sahibkarlarda beş iş günündən artıq olmamalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın müddəti … Read More
401 saylı “Uzunmüddətli bank kreditləri” hesabı üzrə uçot
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər Mühasibat uçotu subyektlərində uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər Hesablar Planının 40-cı maddəsi üzrə açılmış hesablarda uçota alınır. Faiz xərci yaradan öhdəliklər öhdəliklərin xüsusi növüdür. Bank kreditləri belə öhdəliklərə bariz nümunə ola bilər. Banklar, bank olmayan … Read More
Azyaşlı uşağı olan valideynlərə vergi güzəşti tətbiq olunurmu?
Hər ikisi işləyən ər və arvadın himayəsində iki azyaşlı uşaq var. Bilmək istərdik ki, valideynlərdən hansısa birinə vergi güzəşti tətbiq edilirmi? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı … Read More
Balıqçılıq sahəsində vergi güzəştləri
2026-cı ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də balıqçılıq məhsullarının istehsalına aiddir. Artıq bu ildən həmin sektorda istehsal edilən məhsullar da kənd təsərrüfatı məhsullarına bərabər tutulur. Bu isə o deməkdir ki, kənd təsərrüfatı sektoruna aid edilən müddətsiz vergi güzəştləri balıq … Read More
Rəqəmsal vergi sistemindən süni intellektə keçid
Azərbaycanda mövcud olan elektron vergi xidmətləri və rəqəmsal vergi inzibatçılığı artıq süni intellektə keçidin “bünövrəsi”ni təşkil edir. Çünki Süni İntellekt (AI)/Generativ Süni İntellekt (GenAI) üçün ən vacib şərt rəqəmsal məlumat bazası və elektron proseslərdir. Süni İntellekt — insan zəkasını təqlid … Read More
Mikro sahibkarlar hansı hallarda 75% vergi güzəştindən yararlana bilməz?
Vergi Məcəlləsinə 2026-cı ildən əlavə edilmiş 155.1-1-ci maddədə qeyd edilir ki, həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan … Read More
344 saylı “Elan edilmiş dividend” hesabı üzrə uçot
Müəssisələrdə dividendlər üzrə uçotun əsasları Mühasibat uçotu subyektlərində bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) Hesablar Planının 3-cü bölməsinin 34-cü maddəsi üzrə açılmış hesablar üzrə uçota alınır. Dividend aşağıdakı anlamda işlədilir: hüquqi şəxslərin əldə etdiyi mənfəəti öz təsisçiləri (yaxud səhmdarları) arasında, onların xeyrinə … Read More
343 saylı “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabı üzrə uçot
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) üzrə uçot Hesablar Planının 34-cü bölməsinin 34-cü maddəsi üzrə açılan hesablarda mühasibat uçotu subyektlərində bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) üzrə məlumatlar uçota alınır. 343 saylı “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabı həmin … Read More
Kirayə və icarə haqlarından vergilərin tutulması qaydası
2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər icarə sahəsinə də təsir edib. “Business Service Center” MMC-nin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Abdulla Əfəndiyev bu sektorla bağlı yenilikləri şərh edib. Yeni dəyişikliklərdə Vergi Məcəlləsinin 124.1-ci maddəsinə “kirayə” termini … Read More
Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib
Azərbaycan Respublikası Maliyyə Nazirliyi büdcə proseslərində ictimaiyyətin daha geniş iştirakının təmin edilməsi, şəffaflığın və operativliyin artırılması, vahid informasiya bazasının formalaşdırılması, habelə büdcə proseslərində rəqəmsal həllərin tətbiqini genişləndirmək məqsədilə “e-budget.maliyye.gov.az” (Elektron Büdcə Bələdçisi) portalını istifadəyə verib. Yeni portal dövlət maliyyəsinin idarə … Read More
İxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?
25 il işlədikdən sonra ixtisara düşmüşəm. İş yerindən bildirilib ki, mənə müəyyən miqdarda birdəfəlik ödəniş veriləcək. Bilmək istərdim ki, bu ödənişlərdən hansısa vergi tutulurmu? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, işçilərin sayı və ya ştatlar ixtisar olunduqda əmək … Read More
İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir?
İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir? Bu suala Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti aydınlıq gətirib. Məlumata əsasən, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verilir: … Read More
Ölkədaxili nağdsız əməliyyatlarda müsbət dinamika
Bu ilin yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 2025-ci ilin dekabr ayına nəzərən 176 min ədəd artaraq 22,156 milyon ədəd təşkil edib. Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11 faiz artıb. … Read More
Vəfat edən işçinin müavinəti vergiyə cəlb olunurmu?
İşçi vəfat etdiyi zaman ona ödənilməmiş əməkhaqqı, məzuniyyət və mükafat qalıb. Bu ödənişlər vəfat edənin vərəsələrinə ödənilərkən vergi və icbari sosial tutulmalar (tibbi, işsizlik, MDSS) olmalıdırmı? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə … Read More
Hamiləliyə və doğuşa görə məzuniyyət uzadılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərdən birinin sadə izahını verib. İzaha görə, əgər uşaq gözlənilən tarixdən gec doğularsa, ana üçün doğuşdan əvvəlki məzuniyyət həmin gecikən günlər qədər uzadılır. Bu əlavə … Read More