Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti almaq hüququ olan şəxslər

posted in: Müavinət, Xəbər | 1
birbank biznes

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi – işçinin xəstəliyi, zədələnməsi və ya qanunla nəzərdə tutulmuş digər səbəblər üzündən əmək funksiyası üzrə vəzifə öhdəliklərin nisbətən qısa müddət ərzində yerinə yetirə bilməməsidir. Bu hal sosial sığorta hadisəsi sayılır. Belə hal baş verdikdə işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ var.  Hüququn təmin edilməsi (müavinətin təyini, hesablanması və ödənilməsi) AR NK-nın qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” əsasında həyata keçirilir.

Müavinət hüququn yaranması üçün əsas şərt əmək qabiliyyətinin müvəqqəti itirilməsi halının məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verməsidir. Sığorta haqqı ödəyən şəxslərdə bu xəstəlik vərəqəsi (büllüten) ilə təsdiq olunur. Xəstəlik vərəqəsi  aşağıdakı hallarında verilir:

  • xəstəlik;
  • zədələnmələr;
  • şikəstlik.

AR NK tərəfindən təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat”- ın VII bölməsi ilə nizamlanan bəzi xüsusi hallarda xəstəlik vərəqəsi əvəzinə qeyri-müəyyən formalı digər arayış və şəhadətnamədən istifadə edilə bilər, amma onlar müavinətin verilməsi üçün əsas deyil (Əsasnamənin II bölməsi, 7-ci maddə).

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hüququ

Qeyd etdiyimiz kimi, sığorta haqqı ödəyən şəxslərin əmək qabiliyyətini müvəqqəti itirməsi sığorta hadisəsi sayılır və onların sosial müavinət almaq hüququ yaranır. Müavinət sığorta olunanlara itirilmiş əməkhaqqı, gəlirlər, habelə əlavə xərcləri (müayinə, müalicə, dərman xərcləri və sair) kompensasiya etməyə kömək edir və əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddətinə görə iki formada ödənilir:

  • ilk 14 təqvim günü üçün sığorta edən tərəfindən;
  • qalan günlər üçün məcburi dövlət sosial sığorta haqları hesabına.Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hüququ olan şəxslərə verilən məbləğin işəgötürən tərəfindən verilən hissəsi gəlir vergisinə cəlb edilir

Şəxsin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ yaranması üçün aşağıdakı şərtlər olmalıdır:

  • sığorta hadisəsi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verməlidir;
  • eyni zamanda işçinin 6 aydan az olmayan sosial sığorta stajı olmalıdır.

Gəlin müxtəlif situasiyalarda bu hüququn yaranması hallarına baxaq.

Situasiya 1.

İşçi əməkhaqqı saxlanılmadan məzuniyyət hüququndan istifadə edir (öz hesabına yaxud ödənişsiz məzuniyyət. Həmin dövrdə o, əmək qabiliyyətini müvəqqəti itirir (xəstələnir, zədələnir və sair). Məzuniyyət ödənişsiz olduğundan, ona bu dövr üçün  dövlət sosial sığorta haqqı hesablanmayıb.  İşçi  xəstəlik vərəqəsi təqdim edilsə belə, əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət ala bilməyəcək. Bu, uşağa qulluq etməkdən ötrü məzuniyyət müddətində əmək qabiliyyətinin müvəqqəti itirilməyə də aiddir.

Situasiya 2.

İşçi “ABC” MMC-də əmək müqaviləsi ilə 01.10.2022-ci il tarixdən əmək fəaliyyətinə başlayıb. Bu onun ilk iş yeridir.  01.02.2023-cü il tarixdən 01.04.2023-cü il tarixədək ödənişsiz məzuniyyətdə olan işçi 01.05.2023-ci il tarixdə əmək qabiliyyətini müvəqqəti itirir. Bu zaman o, büllüten təqdim edərək müavinət ala bilərmi?

İşçinin əmək stajı 7 ay olsa da, ona sosial sığorta stajı 5 aydır. Belə ki, ödənişsiz məzuniyyət müddətində onun iş yeri saxlanılsa da, əməkhaqqı ödənilməyib və dövlət sosial sığorta haqqı hesablanmayıb. Sosial sığorta stajı 6 aydan az olduğu üçün ona əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilməyəcək.

Bəzən müavinətin verilməsi zamanı işçidən işlədiyi müəssisəyə münasibətdə 6 aylıq sosial sığorta stajının olması tələbinə rast gəlinir. Bu doğru deyil.

Situasiya 3.

İşçinin 2 illik ümumi sosial sığorta stajı var.  “ABC” MMC-də 01.02.2023-cü il tarixdən əmək fəaliyyətinə başlayıb, 01.05.2023-cü il tarixdə isə əmək qabiliyyətinin müvəqqəti itirib. Xəstəlik vərəqini (bülleten) təq­­dim edib. Baxmayaraq ki, yeni iş yerində stajı 2 aydır, işçi müavinət alacaqdır. Belə ki, onun ümumi sosial sığorta stajı əvvəlki iş yerlərindəki 2 ili nəzərə almaqla 6 aydan çoxdur.


ƏDV hansı halda ticarət əlavəsindən yox, ümumi dövriyyədən tutulur?

Print Friendly, PDF & Email

  1. Turana
    |

    Salam,

    Əvvəla təşəkkür edirəm tez-tez faydalı mövzulara toxunduğunuz üçün.

    Zəhmət olmazsa Misal 2-də olan 12%-in açıqlamasını verərdiniz.

    Əvvəlcədən təşəkkür edirəm.