Torpaq, tikili və avadanlıqlar üzrə daxilolmanın uçotu

posted in: Xəbər | 0
birbank biznes

Əsas vəsaitlər nədir?

Torpaq, tikili avadanlıqlar (yaxud əsas vəsaitlər) müəssisənin əsas fəaliyyətində istifadə edilən uzunmüddətli aktivlərdi. Heç də bütün mülkiyyət bu anlayışın təsir dairəsinə düşmür. Bu qrupa müəssisənin təsərrüfat fəaliyyətində istifadə edilən maddi obyektlər aid edilir. “Torpaq, tikili və avadanlıqlar” (Property, Plant and Equipment – PP&E) anlayışı leksikonumuzda beynəlxalq mühasibat standartlarının tətbiqi ilə istifadə edilməyə başlayıb, “əsas vəsaitlər və avadanlıqlar” anlayışı ilə paralel işlənməyə başlayıb.

Property, Plant and Equipment aşaıdakı meyarlara cavab verməlidir:

  • qısa müddətdə satış və ya istehlak üçün nəzərdə tutulmayıb;
  • köhnəlməyə məruz qalır və bu zaman dəyəri azalır ( torpaq sahələri istisna təşkil edə bilər);
  • müəssisə aktivdən bu gün və gələcəkdə fayda gətirə bilər;
  • müəssisənin xeyri üçün ən azı bir il yaxud illik müddəti aşmayan bir əməliyyat dövrü istifadə olunur.

“Əsas vəsait nədir?və yaxud “Əsas vəsaitlər hansılardır?” suallarına daha ətraflı cavabı bizim eyni adlı məqalələrdən tapa bilərsiniz.

Torpaq, tikili və avadanlıqların daxilolması

Əsas vəsaitlər müəssisənin mülkiyyətinə müxtəlif yollarla daxil olur:

  • haqqı ödənilərək digər müəssisələrdən alınmaqla;
  • müəssisəyə nizamnamə kapitalı şəklində qoyulmaqla;
  • müəssisə daxilində yaradılmaqla;
  • əvəzsiz alınmaqla;
  • podratçı tərəfindən quraşdırılmaqla;
  • maliyyə icarəsi ilə.

Belə aktivlərin tanınması, qiymətləndirilməsi və uçotu qaydaları 16 №-li “Torpaq, tikili və avadanlıqlar” Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən müəyyən edilir.

Əsas vəsaitlərin alınmasının sənədləşdirilməsi

Torpaq, tikili avadanlıqların alınması üçün öncə əsas vəsaiti satan yaxud istehsal edən şirkətlərlə əlaqə qurulur. Razılaşmadan sonra müqavilə bağlanılır, sonra isə digər zəruri prosedurlar həyata keçirilir.  Əsas vəsaitləri mülkiyyətə qəbul edilməsi “Təhvil-Qəbul aktı” ilə rəsmiləşdirilir .

Mühasibatlığa təqdim edilmiş akt əsasında əsas vəsaitlərin uçotu üçün inventar kartı açılır, obyektə inventar nömrəsi verilir. Hər bir obyekt və ya oxşar obyektlər qrupu üçün inventar kartı açılır. Bu kartlar analitik uçot registridir. Obyekt haqqında bütün məlumatlar karta daxil edilir. Analitik uçot məlumatları (inventar kartları üzrə qalıqlar) sintetik uçot məlumatlarına uyğun olmalıdır.

Analitik uçot

Daşınmaz əmlakın, binaların və avadanlıqların uçotu vahidi (inventar obyekti) fərqli ola bilər, məsələn:

  • binalar üçün – inventar obyekti onun istismarı üçün zəruri olan bina daxilində bütün kommunikasiyaları özündə cəmləşdirən hər bir ayrıca binadır;
  • konstruksiyalar və ötürücü qurğular üçün – onunla vəhdət təşkil edən bütün qurğularla birlikdə hər bir fərdi struktur (ötürücü qurğu);
  • maşın və avadanlıqlar üçün – hər bir fərdi maşın, aparat, qurğu, qurğu və s., o cümlədən, onların tərkib hissələri, ləvazimatları, cihazları, alətləri, elektrik avadanlıqları, habelə fərdi hasar və bünövrə.

Təşkilatlarda torpaq, tikili və avadanlıqların daxilolması zamanı istismarda olan və ya ehtiyatda olan hər bir inventar obyektinə inventar nömrəsi verilir. İnventar nömrələri kod təyinatına malikdir. Kodlaşma elə aparılır ki, onun vasitəsi ilə obyektin hansı təsnifat qrupuna aid olduğunu müəyyən etmək mümkün olsun. Yeni qəbul edilmiş əsas vəsaitlərə inventar nömrəsinin (kodun) verilməsi mühasibatlıqda həyata keçirilir. Əsas vəsaitlər üzrə inventar nömrələri onların  mövcudluğunun və hərəkətinin uçotu üçün bütün digər reyestr və sənədlərə daxil edilir.

Obyektin inventar nömrəsi bu şirkətdə istifadə edildiyi bütün dövr ərzində onunla qalır. Əsas vəsait xaric edildikdə onun nömrəsi ləğv edilmiş sayılır və bir qayda olaraq, beş il müddətində yeni qəbilı edilmiş obyektə təyin edilmir.

Torpaq, tikili və avadanlıqların daxilolması üzrə sintetik uçot

Sintetik uçot Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinin 11-ci maddəsi üzrə aparılır. Torpaq, tikili və avadanlıqların tanınma meyarına cavab verən aktivlər ilkin olaraq ilkin dəyəri ilə uçota alınır.

Əsas vəsaitlərin ayrı-ayrı qrupları üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu qaydalara görə torpaq, tikili və avadanlıqların dəyəri üçün 111 saylı hesab və aşağıdakı subhesablar açılır:

  • 111-1 “Torpağın dəyəri”;
  • 111-2 “Tikililərin dəyəri”;
  • 111-3 “Maşın və avadanlıqların dəyəri”;
  • 111-4 “Nəqliyyat vasitələrinin dəyəri”;
  • 111-5 “Digər torpaq, tikili və avadanlıqların dəyəri”.

111 saylı hesab üzrə sintetik uçotun əsas prinsipləri ilə “111-ci hesabda torpaq, tikili və avadanlıqların dəyəri üzrə uçot” adlı məqalədən tanış olmaq olar. Əsas vəsaitlərin daxilolması üzrə müxabirləşmə nümunələri isə burada verilib.

Təcrübədə heç də həmişə əsas vəsait alınan kimi dərhal istismara verilmir. Bəzi hallarda onlar özlərinin istismar vaxtının başlanmasını gözləyir, bəzi hallarda isə əlavə təmir quraşdırma işlərinin bitməsini gözləməli olurlar.

Bu cür hallarda əsas vəsaitlərə çəkilmiş məsrəflər onun ilkin dəyərini artırır, yəni alış qiymətinin üzərinə gəlir, ilk olaraq 113 saylı hesabda uçota alınır. Tək quraşdırma işləri deyil, əgər varsa, gömrük rüsum, yığımları da onun ilkin dəyərini formalaşdıracaqdır.

113 saylı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabı üzrə uçot qaydaları ilə eyni adlı məqalədən tanış olmaq olar.

Kollektiv müqavilələrlə (sazişlərlə) məzuniyyətlərin verilməsinin əlavə qaydalarının tənzimlənməsi

Print Friendly, PDF & Email