434 saylı “Faizlər üzrə uzunmüddətli kreditor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Faizlər üzrə kreditor borclar

Müəssisələr borc kimi əldə etdiyi pul vəsaitlərini ödəyərkən müəyyən faiz nisbətində əlavə məbləğlər ödəməli olurlar. İstiqrazların alınması, maliyyə icarəsi ilə əməliyyatlar zamanı da faizlərlə bağlı öhdəliklər yaranır. Müddətinə görə belə öhdəliklər qısa və uzun müddətli kimi xarakterizə olunur. Qısamüddətli öhdəliklər 434 saylı “Faizlər üzrə uzunmüddətli kreditor borcları” hesabında uçota alınır. Bu yazıda nəzərdən keçirilən 434 saylı hesab faizlər üzrə uzunmüddətli kreditor borcları uçota almaq üçün nəzərdə tutulub. Uzunmüddətli kreditor borclar Hesablar Planının 43-cü maddəsinə uyğun olaraq uçota alınır.

Uçot zamanı istifadə edilən mühasibat uçotunun ən uyğun beynəlxalq standartları bunlardır:

  • 9 nömrəli “Maliyyə Alətləri” MHBS (IFRS 9);
  • 7 nömrəli “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” MUBS (IAS 7);
  • 23 nömrəli “Borclar üzrə məsrəflər” MUBS (IAS 23).

434-cü hesab: faizlər üzrə uzunmüddətli kreditor borcları  

Bu hesab üzrə müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında tənzimlənir. Qaydaların 37.1-ci maddəsinə görə uzunmüddətli kreditor borcları üzrə 434 saylı hesabdan başqa aşağıdakı hesablar da açılır:

434 №-li “Faizlər üzrə uzunmüddətli kreditor borcları” hesabı öhdəlik (passiv) hesabıdır.

Mühasibat xidmətləri

434 saylı hesab üzrə tənzimləmələr

“Faizlər üzrə uzunmüddətli kreditor borcları” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan faizlərə görə yaranan kreditor borcları haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Faizlər üzrə uzunmüddətli kreditor borcları yarandıqda həmin qaydaların 37.25.-ci, onlar qısamüddətli kimi təsnifləşdirildikdə 37.26.-cı bəndi tətbiq edilir.

Belə kreditor borclara görə məzənnə fərqi yarandıqda mühasibat yazılışları həmin qaydaların 37.27.-ci bəndi əsasında aparılır.

Faizlər üzrə uzunmüddətli kreditor borcları qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa olaraq ödənilməsi halları həmin qaydaların 37.28.-ci bəndi, üçüncü şəxs tərəfindən ödənilməsi halları 37.29.-cu bəndi ilə nizamlanır.

Bank krediti götürüldükdə faiz öhdəliyi yarandığı halla bağlı  müxabirləşmə nümunələri

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlmişdir. May ayında bankdan 80000 manatlıq kredit götürməklə pul problemi həll olunmuşdur. Bankla müəssisə arasında bağlanan müqavilənin şərtlərinə əsasən kreditin müddəti 2 il, illik faiz dərəcəsi 17% olaraq razılaşdırılmışdır. Müəssisə kreditin 50%-ni birinci il, qalan hissəni növbəti il ödəməlidir.

Burada, birinci ildə ödəniləcək faizlər qısamüddətli öhdəliklərə aid edilir. İkinci ildə ödəniləcək faizlər isə uzunmüddətli öhdəliklərə aid edilir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bankdan uzunmüddətli kredit götürüldükdə 223 – Bank hesablaşma hesabları 401 – Uzunmüddətli bank kreditləri 80000.00
2 İlk ilin faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 6800.00
3 İkinci ilin faiz borcları qeydə alındıqda 191 – Gələcək hesabat dövrlərinin xərcləri 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 6800.00
4 Bank krediti üzrə ilk ilin əsas məbləği ödənildikdə 401 – Uzunmüddətli bank kreditləri 223 – Bank hesablaşma hesabları 40000.00
5 Bank krediti üzrə ilk ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 6800.00
6 Bank krediti üzrə ilk ilin faizi xərcə aid edildikdə 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 6800.00
7 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 751 – Maliyyə xərcləri 6800.00

İkinci il uzunmüddətli faiz öhdəliyi qısamüddətli faiz öhdəliyinə aid edilir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci ilin faiz borcları uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 6800.00
2 İkinci ilin faiz xərcləri uzunmüddətli  xərclərdən qısamüddətli xərclərə aid edildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 6800.00
3 Bank krediti üzrə ikinci ilin əsas məbləği ödənildikdə 401 – Uzunmüddətli bank kreditləri 223 – Bank hesablaşma hesabları 40000.00
4 Bank krediti üzrə ikinci ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 6800.00
5 Bank krediti üzrə ikinci ilin faizi xərcə aid edildikdə 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 6800.00
6 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 751 – Maliyyə xərcləri 6800.00

Maliyyə icarəsi zamanı faizlər üzrə kreditor borcların uçotu ilə bağlı nümunə

“A” MMC dəyəri 250000 manat olan Əsas vəsaitin maliyyə icarəsilə əlaqədar olaraq “E” MMC ilə müqavilə imzalamışdır. Müqavilənin müddəti 2 ildir. Razılığa əsasən “A” MMC Əsas vəsaitə olan borcunu illərə mütənasib bölməklə ödəməlidir. 2-ci ilin sonunda Əsas vəsaitə görə olan 162500 manat əsas məbləğ, 87500 manat faiz məbləği tam ödənilməlidir.

Burada, birinci ildə ödəniləcək faiz borcu qısamüddətli öhdəliklərə aid edilir. İkinci ildə ödəniləcək faiz borcu isə uzunmüddətli öhdəliklərə aid edilir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi ilə Əsas vəsait əldə edildikdə 111 – Torpaq, tikili və avadanlıqlar-Dəyər 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 162500.00
İlk ilin icarə haqqı uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 81250.00
2 İlk ilin faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 43750.00
3 İkinci ilin faiz borcları qeydə alındıqda 191 – Gələcək hesabat dövrlərinin xərcləri 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 43750.00
4 Maliyyə icarəsi üzrə ilk ilin əsas məbləği ödənildikdə 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 81250.00
5 Maliyyə icarəsi üzrə ilk ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 43750.00
6 Maliyyə icarəsi üzrə ilk ilin faizi xərcə aid edildikdə 731 – Sair əməliyyat xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 43750.00
7 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 43750.00

İkinci il üçün uzunmüddətli faiz öhdəlikləri aşağıdakı şəkildə uçota alınır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci ilin icarə haqqı uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 81250.00
2 İkinci ilin faiz borcları uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 43750.00
3 İkinci ilin faiz xərcləri uzunmüddətli  xərclərdən qısamüddətli xərclərə aid edildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 43750.00
4 Maliyyə icarəsi üzrə ikinci ilin əsas məbləği ödənildikdə 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 81250.00
5 Maliyyə icarəsi üzrə ikinci ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 43750.00
6 Maliyyə icarəsi üzrə ikinci ilin faizi xərcə aid edildikdə 731 – Sair əməliyyat xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 43750.00
7 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 43750.00

Qeyd: Müəssisə digər müsəssisələrdən faizlə uzunmüddətli borclar əldə etdiyi zaman faizlərin uçota alınması prosesi yuxarıda qeyd olunmuş formada həyata keçirilir. Bu zaman əsas borc məbləği 404 saylı “Uzunmüddətli borclar” hesabında əks etdirilir. Faiz borcları da eyni qaydada uçota alınır.

ƏDV: vergitutma bazası nədir?