Fiziki şəxsin vergi uçotundan çıxarılması

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Hüquqi şəxsin filialıXidmətin adı: Fiziki şəxs – vergi uçotundan çıxarılma.

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” (fiziki şəxs ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda – məhkəmənin qərarı, fiziki şəxs vəfat etdikdə – ölüm haqqında şəhadətnamə)

– vergi şəhadətnaməsinin əsli (vergi orqanından təhvil götürüldüyü halda) (vergi şəhadətnaməsi itmişdirsə – bu barədə yazılı məlumat (fiziki şəxs vəfat etdikdə, ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda – varisi olmadıqda və vergi şəhadətnaməsi tapılmadıqda təqdim edilməsi tələb edilmir)

əlavə olaraq təqdim edilə bilər:

– “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə” (ƏDV qeydiyyatında olduqda) və “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (vergi orqanından götürüldüyü halda) – “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış” (təsərrüfat subyekti olduqda)

 – “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması)

haqqında ərizə” (NKA-sı olduqda) (POS-terminal olduqda  qeydiyyatdan çıxarılmaqla)

– vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla)

– yekun bəyannamələr

– təqdim edilməmiş bəyannamələr (mövcud olduqda) 


Bax: İdarəetmə yerinə görə rezident sayılan hüquqi şəxsin vergi uçotundan çıxarılması

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 34 maddəsi

– VN-nin Kollegiyasının 19.05.2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Fiziki şəxs-lərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləriüçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin, BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti: 

vergi orqanında yerinə yetirilməli olan bütün prosedurlar başa çatdırıldıqdan sonra 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Fiziki şəxsin uçotdan  çıxarılması haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email