191 saylı “Gələcək hesabat dövrlərinin xərcləri” hesabı üzrə uçot (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Gələcək hesabat dövrlərinin xərcləri

Mühasibat uçotu baxımından gəlirin tanınması dövründən asılı olaraq, onların əldə edilməsi xərcləri cari və gələcək hesabat dövrlərini xərcləri kimi təsnifatlaşdırıla bilər.

Gələcək hesabat dövrlərinin xərcləri dedikdə cari hesabat dövründə çəkilsə də, gələcək dövrün gəlirlərinin əldə olunması üçün çəkilən xərclər başa düşülür. Belə xərclərə aşağıdakılar nümunə göstərilə  bilər:

  • sığorta polisinin alınması məqsədi ilə qabaqcadan ödənilmiş məbləğlər;
  • sonradan ödəniləcək icarə məbləğləri;
  • xidməti istifadə üçün dövri nəşrlərə, elmi, texniki, sorğu-məlumat və digər ədəbiyyatlara abunə xərcləri;
  • əvvəlcədən ödənilmiş telefon və digər rabitə xidmətləri;
  • bank kreditləri üzrə faiz ödənişləri
  • malların reklam çəkilən xərclər və sair.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na əsasən gələcək hesabat dövrlərinin xərcləri hesablar planının 19-cu (“Sair uzunmüddətli aktivlər”) və 24-cü (“Sair qısamüddətli aktivlər”) maddələrinin uyğun hesabları üzrə aparılır.

 

Uzunmüddətli gələcək hesabat dövrlərinin xərcləri üzrə uçot

Yuxarıda qeyd edilən Qaydaların 20.1 bəndinə görə “Sair uzunmüddətli aktivlər” maddəsinə aşağıdakı hesablar aiddir:

  • “Gələcək hesabat dövrlərinin xərcləri” (hesab 191);
  • “Verilmiş uzunmüddətli avanslar” (hesab 192);
  • “Digər uzunmüddətli aktivlər” (hesab 193).

Uzunmüddətli gələcək hesabat dövrlərinin xərcləri ” hesabında

Mühasibat uçotu subyektinin gələcək hesabat dövrlərində tanınacaq uzunmüddətli xərclərinin hərəkəti üzrə umumiləşdirilmiş məlumatlar 191 saylı “Gələcək hesabat dövrlərinin xərcləri” aktiv aktiv hesabda əks etdirilir. Hesab üzrə subhesabların açılması, müxabirləşmələr yuxarıda qeyd edilən Qaydaların  20.3 – 20.5 maddələri əsasında aparılır tənzimlənir.

191 saylı hesab üzrə açılan subhesablar: Satışın maya dəyəri xərcləri üzrə gələcək hesabat dövrünün xərcləri, Kommersiya xərcləri üzrə gələcək hesabat dövrünün xərcləri, İnzibati xərclər üzrə gələcək hesabat dövrünün xərcləri, Maliyyə xərcləri üzrə gələcək hesabat dövrünün xərcləri

Gələcək hesabat dövrlərində tanınacaq xərclərin əldə edilməsinə uyğun mühasibat yazılışı haqqında bəhs olunan qaydaların 20.4.2-ci bəndilə nizamlanır.

Gələcək hesabat dövrlərinin xərcləri növbəti hesabat dövründə xərc kimi tanınacağı təqdirdə uyğun mühasibat yazılışı haqqında bəhs olunan qaydalardakı 20.4.3-cü bəndə əsaslanılaraq nizamlanır.

Torpaq, tikili və avadanlıqlar maliyyə icarəsi ilə əldə edildikdə

Nümunə 1: “A” MMC 250000 manat dəyərindəki  əsas vəsaitin maliyyə icarəsi ilə əlaqədar olaraq “E” MMC ilə müqavilə imzalamışdır. Müqavilənin müddəti 2 ildir. Razılığa əsasən “A” MMC Əsas vəsait üzrə borcu illərə mütənasib bölməklə ödəməlidir. 2-ci ilin sonunda əsas vəsaitə görə 162500 manat əsas məbləğ, 87500 manat faiz məbləği tam ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi ilə Əsas vəsait əldə edildikdə 111 – Torpaq, tikili və avadanlıqlar-Dəyər 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 162500.00
İlk ilin icarə haqqı uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 81250.00
2 İlk ilin faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 43750.00
3 İkinci ilin faiz borcları qeydə alındıqda 191 – Gələcək hesabat dövrlərinin xərcləri 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 43750.00
4 Maliyyə icarəsi üzrə ilk ilin əsas məbləği ödənildikdə 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 81250.00
5 Maliyyə icarəsi üzrə ilk ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 43750.00
6 Maliyyə icarəsi üzrə ilk ilin faizi xərcə aid edildikdə 731 – Sair əməliyyat xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 43750.00
7 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 43750.00

 

İkinci il üçün proses aşağıdakı şəkildə tənzimlənir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci ilin icarə haqqı uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 81250.00
2 İkinci ilin faiz borcları uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 43750.00
3 İkinci ilin faiz xərcləri uzunmüddətli  xərclərdən qısamüddətli xərclərə aid edildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 43750.00
4 Maliyyə icarəsi üzrə ikinci ilin əsas məbləği ödənildikdə 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 81250.00
5 Maliyyə icarəsi üzrə ikinci ilin faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 43750.00
6 Maliyyə icarəsi üzrə ikinci ilin faizi xərcə aid edildikdə 731 – Sair əməliyyat xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 43750.00
7 Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 43750.00

Müştəriyə internetdən istifadə ilə bağlı xidmət göstərildikdə    

Nümunə 4: “A” MMC internet xidmət provayderidir, yəni hüquqi və fiziki şəxslərin internet xidmətlərindən istifadəsini təmin edən müəssisədir. Həmin şirkətin abonentlərindən biri internet xidmətlərindən istifadə edə bilmək üçün  abunə olaraq 2 illik abunə haqqını öncədən ödəyərək ümumilikdə 600 manat ödəmişdir.

Birinci il üçün proses aşağıdakı şəkildə tənzimlənir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Birinci ilin abunə haqqı gələcək dövrün xərci kimi hesablandıqda 242 – Gələcək hesabat dövrlərinin xərcləri 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borclar 1200.00
2 Sonrakı illərin abunə haqqı gələcək dövrün xərci kimi hesablandıqda 191 – Gələcək hesabat dövrlərinin xərcləri 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borclar 2400.00
3 Birinci ilin abunə haqqı ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borclar 223 – Bank hesablaşma hesabları 1200.00
4 Birinci ilin abunə haqqı inzibatı xərclərə bağlandıqda 721 – İnzibati xərclər 242 – Gələcək hesabat dövrlərinin xərcləri 1200.00

 

İkinci il üçün proses aşağıdakı şəkildə tənzimlənir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1  İkinci ilin abunə haqqı xərci hesablandıqda 242 – Gələcək hesabat dövrlərinin xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 1200.00
2 İkinci ilin kreditor borcu qısamüddətli xarakterə keçirildikdə 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borclar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borclar 1200.00
3 İkinci ilin abunə haqqı ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borclar 223 – Bank hesablaşma hesabları 1200.00
4 İkinci ilin abunə haqqı inzibatı xərclərə bağlandıqda 721 – İnzibati xərclər 242 – Gələcək hesabat dövrlərinin xərcləri 1200.00

Bu məqalədə hesablar planının  191 saylı hesabı üzrə uzunmüddətli bank kreditləri ilə bağlı gələcək hesabat dövrlərinin xərcləri üzrə uçot nümunələri öz əksini tapıb.

Uzunmüddətli bank kreditləri ilə bağlı gələcək hesabat dövrlərinin xərcləri üzrə uçot nümunələri burada öz əksini tapıb.

182 saylı “Verilmiş uzunmüddətli borclar” hesabı üzrə uçot

Print Friendly, PDF & Email