Gələcəkdə biz hansı işlərdə çalışacağıq?

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Təkrarlanan, cansıxıcı əməliyyatların avtomatlaşdırılması bəşəriyyəti monoton, yaradıcı olmayan işlərdən azad edir. Əvəzləmə tədricən baş verir, lakin, kassirlər, çap işlərini yerinə yetirənlər, tərcüməçilər üçün vakansiyalar getdikcə daha da azalır.

Yeni reallıq

Bəzi ixtiralar cəmiyyətin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirir, gələcəyə bizi sıçrayışla aparır. Beləliklə, penisilin ixtirası səhiyyəni sürətlə dəyişdirdi, daxili yanma mühərrikinin ixtirası sürətləri artırdı və məsafələri qısaltdı. Karel Çapek 100 il əvvəl “robot” terminini icad etdi. İndi robotlar yalnız zavodlarda deyil, həm də evlərdə mövcuddur, məsələn, robot-tozsoranlar. Sənaye inqilabı əmək bazarını dəyişdi, rəqəmsal inqilab da eynisini edir. “Martin School’s Programme on the Impacts of Future Technology” tədqiqatçılarının qiymətləndirməsinə görə, yaxın 20 il ərzində inkişaf etmiş ölkələrdə mövcud iş yerlərinin 45%-i robot və kompüter proqramları ilə əvəz olunacaq.

  • Fərdiləşdirilmiş tibb üzrə ekspert

“Pasiyentin genetik xəritəsini təhlil edən, onun fərdi müşayiət proqramlarını (diaqnostika, profilaktika, müalicə) hazırlayan və sığorta üzrə müvafiq tibbi məhsulları təklif edən mütəxəssis. Müalicəyə fərdi yanaşma ilə əlaqəli trendin məntiqi davamı. Bundan əlavə, geniş genetik analiz və proqnoz imkanları ilə bir çox xəstəliklərin qarşısını almaq müalicə etməkdən daha asan olacaq və konkret risklər haqqında biliklər fərdi sığorta modelini seçməyə imkan verəcək”.

Hiss olunur ki, bu funksiyaların ən əlçatan hissəsini yerinə yetirən bu cür mütəxəssislər artıq yaxın vaxtlarda peyda olacaqlar. COVID-19 pandemiyası hər bir insan orqanizminin eyni virusa fərdi olaraq necə reaksiya verdiyini nümayiş etdirdi. Sağlam qalmaq üçün, yalnız ümumiləşdirilmiş simptomları bilmək və qarşısının alınması və müalicəsi üçün universal tövsiyələr almaq yetərli deyil, həm də fərdi xüsusiyyətləri nəzərə almaq çox vacibdir.

  • Təkrar emal texnoloqu

“Materialların təkrar istifadəsi texnologiyalarının hazırlanması və tətbiqi, sənaye tullantılarından yeni materialların yaradılması, eləcə də tullantısız istehsal texnologiyalarının hazırlanması üzrə mütəxəssis”.

Qərbdə onlar artıq fəal şəkildə tətbiq edilir. Məsələn, gənc dizayner Viktor Montserrat “resiklinq-velosiped” – plastik tullantıları mebel istehsalında istifadə edilə bilən ipə çevirən maşın ixtira edib. Yeni Zelandiyalı Daniel Maklaflin isə xalça istehsalı sahəsində yun tullantılarının təxminən 7% təşkil etdiyini aşkara çıxarıb və biorezinlər əlavə etməklə tullantılardan “bioyun” (biowool) istehsalına başlayıb.

Böyük əksəriyyətimiz ətraf mühitin təmizliyi məsələsinə biganə yanaşırıq: biz təmiz hava ilə nəfəs alırıqmı, təmiz sudan istifadə, təhlükəsiz qidalardan istifadə edirikmi? Müxtəlif tullantıların necə emal olunduğunu anlamaq bizim üçün çox vacibdir, biz təkrar emalın rasional və səmərəli olmasını istəyirik.

Ola bilsin ki, yaxın il üçün bu, reallıqdan daha çox arzudur, lakin çox istərdik ki, bu tapşırığın reallaşmasını daha da yaxınlaşdıraq və son dərəcə aktual peşənin meydana çıxmasını təmin edək.


Qədim dövrdən bizim günlərə qədər biznesin tarixi


  • Şəxsi profilin təhlükəsizliyi üzrə məsləhətçi

“Müştərinin sifarişi əsasında onun üçün şəbəkədə barəsində mövcud olan bütün məlumatlardan onun cari informasiya obrazını formalaşdırır. Zəiflikləri müəyyən etmək, məxfiliyi və ümumi təhlükəsizliyi təmin etmək üçün müştərinin şəbəkədəki işinin auditini aparır. Müştərinin tələbi ilə boşluqları aradan qaldırır, şəbəkədə istifadəçi haqqında məlumatı onun silinməsinə qədər redaktə edir, müştərinin informasiya imicini formalaşdırır”.

Dünya şəffaf olub. Hər kəs hamı haqqında hər şeyi bilir və ya bunu öyrənə bilər – bundan ötrü sadəcə sosial şəbəkələrdə profili tapmaq yetərlidir. Mürəkkəb təhlükəsizlik parametrləri sistemi, müxtəlif sosial şəbəkələrin unikal qaydaları bizim bəzən səhvlərə və məlumat sızmasına yol verməmizə gətirib çıxarır. Arzuolunmaz məlumatların və məxfilik parametrlərinin silinməsi üçün xidmətlər artıq bazara çıxarılıb. Deməli, belə bir peşə də tezliklə ortaya çıxacaq.

  1. Virtual dünyaların dizayneri

“Virtual dünya üçün konseptual həllər yaradır: fəlsəfə, təbiət və cəmiyyətin qanunları, sosial qarşılıqlı əlaqə və iqtisadiyyatın qaydaları, mənzərə, memarlıq, hisslər (o cümlədən qoxular və səslər), canlı dünya və sosial dünya”.

Artıq virtual aləmlərin dizaynerləri hazırda oyun və kino sənayesi üçün çalışırlar (özü də çox uğurla!). Kompüter oyunlarını sevən yeniyetmələr çox vaxt müxtəlif dizayn proqramlarında fantaziyalar qurmağı və təcəssüm etdirməyi bilirlər. Onların yaxın gələcəkdə axtarılan mütəxəssis olmaq üçün hər bir şansı vardır.


Böyük Piter Drukerin müdrikliyi


Print Friendly, PDF & Email