Həyatın yığım sığortasında hesablanan gəlir vergisi üzrə güzəşt məbləği necə nəzərə alınır?

posted in: Xəbər | 0
birbank biznes

2021-ci ildə əmək haqqından tutulmalar, əmək haqqı, idxalçı, xərc, ƏDV tutulan əməliyyatın vaxtının hesablanması, EDV,Xərclər üzrə mühasib, vakansiya,əmlak, Minimum əmək haqqı, Əmlak satışı, ƏDV, mənfəət vergisi,cərimə, ezamiyye xercleri, ezamiyyə xərcləri,, vakansiya mühasib Əsas vəsaitlər amortizasiya esas vesaitlerSual: Məlum olduğu kimi, Vergi Məcəlləsinin (VM) 102.1.8-ci bəndinə əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənildikdə gəlir vergisindən azaddır.

Şirkət dövlət sektoruna aiddir və işçi VM-in 102.4-cü maddəsinə əsasən 100 manat, VM-in 102.1.6 maddəsinə görə əmək haqqısı 2500 manatdan aşağı olduğuna görə 200 manat güzəştə sahibdir. İşçinin gəlir vergisi üzrə güzəşti varsa, (Məsələn: VM-in 102.4-cü maddəsinə əsasən 100 manat və 102.1.6-cı maddəsinə əsasən 200 manat) həmin məbləğ çıxılandan sonra, qalan məbləğin 50 faizi həyat yığım sığortasına göndərilməlidirmi?

Məsələn, işçinin həyat yığım sığortasına göndəriləcək məbləğ müəyyən edildikdə, bütün güzəştlər çıxıldıqdan sonra qalan məbləğin 50%-i həyat yığım sığortaya yönəldilir, yoxsa güzəştlər əmək haqqından çıxılmadan 50% əmək haqqı məbləğini həyat yığım sığortaya köçürə bilərik?

Əgər – İşçi 2000 manat əmək haqqı alır və VM-in 102.4 madəsinə əsasən əməkdaş 100 manat və VM-nin 102.1.6 maddəsinə əsasən 200 manat (əmək haqqısı 2500 manatdan aşağı olduğuna görə ) güzəşt məbləğinə sahibdir. Bu halda 2000 manatdan 300 manat çıxılmalı (200 manat + 100 manat) və qalan 1700 manat məbləğin 850 manat hisssəsi (yəni 50%) həyat yığım sığortasına köçürülür və digər 850 manat gəlir vergisinə cəlb edilir? Yoxsa, 2000 manatın 50 faizi olan 1000 manat həyat yığım sığortasına köçürülür, qalan 1000 manat məbləğdən VM-nin 102.4-cü və VM-nin 102.1.6-cı maddələrinə əsasən 300 (200 manat + 100 manat) çıxılır və yerdə qalan 700 manat məbləğ gəlir vergisinə cəlb edilir?

Cavab: Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır.

Müraciətinizdə qeyd olunanlara əsasən, qeyd olunan işçinin vergiyə cəlb olunan gəliri 1700 manat hesab olunur.

Eyni zamanda nəzərə alınmalıdır ki, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.1.8-ci və  “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email