Uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğlər barədə.
«Uzunmüddətli müqavilə» – müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin vergi ili ərzində başa çatdırılmadığı müqavilə deməkdir.
Müqavilədə göstərilən işlərin başlandığı gündən 6 ay ərzində başa çatdırılmasını nəzərdə tutan müqavilələr uzunmüddətli müqavilələrə aid edilmir.
Vergi ödəyicisi hesablama metodu ilə uçot aparırsa, uzunmüddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun olaraq uçota alınır.
Müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir.
Əsaslandırma: Vergi Məcəlləsinin 138.1-138.3-cü maddələri.
Mənbə: taxes.gov.az
Bax:
Fiziki şəxs evini və ya obyektini satarkən nə qədər vergi ödəməlidir?
Hüquqi ünvanın dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur?
Qısaldılmış iş vaxtı kimlərə şamil edilir?
Vergi Məcəlləsinin 57.1 və 58.1-1-ci maddələrinin əsas fərqi nədir?
Başqa işçinin əmək funksiyasının icrası hansı qaydada həyata keçirilir?
POS-terminaldan istifadədən yayınmağa görə tətbiq olunan sanksiyalar
Nəqliyyat vasitəsinin yanacaq xərclərinin gəlirdən çıxılması