Geri alınmış kapital (səhmlər)

posted in: Xəbər | 0

Kapitalın əsas tərkib hissələri

Mühasibat uçotu subyektləri “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına  əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na əsasən maliyyə vəziyyəti haqqında hesabatı (balans hesabatını) tərtib edərkən kapitalın tərkibini aşağıdakı maddələr üzrə əks etdirməlidirlər (Qaydalar/Əlavə1):

Mühasibat uçotunun hesablar planında bu maddələrin uçot məlumatları 3 saylı “Kapital” bölməsi açılmış hesablarda aparılır.

Geri alınmış kapital (səhmlər)

Şirkətin bazar dəyəri onun bazara çıxarılan səhmlərinin ümumi bazar dəyəridir. Şirkətin səhmlərinin satışından gəlir əldə etmək niyyətində olan sehmdar üçün bu qiymətləndirmədə ən mühüm amildir.

Şirkətin səhmdar dəyərini artırmaq üçün sehmdar cəmiyyətlər öz sehmlərini geri ala bilərlər. Nizamnamə kapitalını formalaşmasında səhmlər mühüm rol oynayır. Onların geri alınması “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 18.4 maddəsində təsbit olunub: “Cəmiyyət öz səhmlərini yenidən satmaq, işçiləri arasında satmaq, yaxud dövriyyədən çıxarmaq məqsədi ilə onları geri satın ala bilər. Geri alınmış səhmlər bir il ərzində satılmalıdır. “

Mühasibat xidmətləri

Geri alınmış kapital (səhmlər) üzrə uçot məlumatları hesablar planının  321 nömrəli hesabı üzrə qeydə alınır.

Səhmlərin geri alınmasından sonra sərbəst dövriyyədə olan səhmlərin sayı azaldığından, dövriyyədə olan sehm üzrə mənfəət artır və bu da səhm qiymətinin artmasına səbəb olur.

Mühasibat yazılışına nümunə

Qeyd etdiyimiz kimi, geri alınmış səhm kapitalı bir il ərzində satılmalıdır. Nəzərə almaq lazımdır ki, bu müddət ərzində mənfəətin bölüşdürülməsində həmin səhmlər nəzərə alınmır.

Səhmdar cəmiyyət geri alınmış səhmlərlə nə edir, onları yenidən satır yoxsa tamamilə ləğv edir? Nizamnamə fondunun azaldılması məqsədi ilə geri alınmış səhmlər  qanunvericiliyin tələbləri nəzərə  alınmaqla ləğv edilə bilər.

Əgər səhmlər ləğv edilməyəcəksə, deməli nizamnamə kapitalına dəymək lazım deyil, nizamnamə kapitalı olduğu kimi qalacaqdır. Geri alınmış kapital (səhmlər) üçün  onların faktiki sahibinə ödəniş etmək lazımdır. Aşağıdakı nümunəyə baxaq:

“İnkişaf” ASC fəaliyyətinin 4 illiyində səhmdarlarının iclasında qərara gəlir ki, səhmlərin bir hissəsini geri alsın. Hesab edək, satış qiyməti 310, nominal dəyəri 200 manat olan 7 səhm geri alınıb. Ödəniş bank hesabı vasitəsi ilə edilib:.
DT 311 KT 223 770 manat
DT 321 KT 223 1400 manat .

Göründüyü kimi, əvvəllər əldə edilmiş emissiya gəlirlərinə geri yazılış verilir.

Səhmlərin geri alınması səbəbləri

Şirkət öz səhmlərini bir sıra səbəblərdən geri ala bilər:

  • şirkətin sehmdarlarla bölüşə biləcəyi pul vəsaiti ver, lakin dividend ödəmək əvəzinə səhmləri geri almaqla bölüşdürməyi seçir. Yəni, sehmdarlar dividendlər deyil, səhm qiymətlərinin artması şəklində kapital gəliri alırlar. Belə əvəzetmə dividend ödənişinə və kapital artımına fərqli vergi dərəcələri tətbiq edildikdə baş verir;
  • şirkət kapital strukturunun mülkiyyət hissəsinin çox olduğu qənaətinə gəlir. O, əlavə borc vəsaitləri cəlb edir və səhmləri geri alır. Borc kapitalının dəyəri kapitalın dəyərindən aşağı olduğundan, kapital strukturunda borcun payının optimal səviyyəyə yüksəldilməsi kapitalın orta çəki dəyərinin (WACC) azalmasına səbəb olur. Şirkətin kapitalın orta çəkili dəyəri nə qədər aşağı olarsa, şirkətin dəyəri də bir o qədər yüksək olar;
  • buraxılmış opsionları öz işçiləri üçün realizə etmək məqsədi ilə.

Səhmlərin geri alınmasının üstünlükləri

Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar şirkətlərə aşağıdakı üstünlükləri verir:

  • səhmlərin geri alınmasının elanı sehmdarlar tərəfindən müsbət siqnal kimi qəbul edilir, çünki bu səhmlərin qiymətinin artmasına səbəb olur.
  • səhmlərinin geri alınması şirkətin kapital strukturunu dəyişir, onun optimal səviyyəsini təmin edir.
  • şirkətlər işçilərinin opsionlarını həyata keçirmək üçün öz səhmlərini geri almaqla yeni səhmlər buraxmaq zərurətindən qaçır və beləliklə, mənfəətin azalmasının qarşısını alır.

Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatların 321 saylı eyni adlı hesabda mühasibat uçotu haqqında burdan oxuya bilərsiniz.

Rezident müəssisələrin ödədiyi dividendlərdən yaranan vergi öhdəliyi