Hansı aktivlərin dəyəri vergidən azaddır?

posted in: Xəbər | 0
birbank biznes

Vergi Məcəlləsinin 106.1.9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri vergidən azaddır. Məcəllənin 106.1.10-cu maddəsində isə göstərilib ki, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən, bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri vergidən azaddır.

Vergi mütəxəssisi Dilqəm Göyüşov qanunvericiliyin bu tələbini belə izah edib:

Bu iki maddəni oxuduqdan sonra çoxları düşünür ki, bütün hüquqi şəxslər tərəfindən onun özünün və tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri və ya bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri birmənalı şəkildə mənfəət vergisindən azaddır.

 Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim


Düzgün cavaba keçməzdən öncə hər iki maddəni incələyək və maddədən doğan suallara baxaq;

1. Hər iki maddədə müvafiq icra hakimiyyəti dedikdə hansı qurum nəzərdə tutulur?

2. Həmin qurumlar tərəfindən bu maddənin tələbini tənzimləmək məqsədilə hansı Qərar qəbul edilib?

3. Həmin Qərarda hansı hüquqi şəxslər nəzərdə tutulub?

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.12.2012-ci il tarixli 762 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları hallarının müəyyən edilməsi Qaydaları” təsdiqlənib.

Həmin Qaydaların 2.2-ci və 3.2-ci bəndinə əsasən, qeyd olunan hallarla bağlı qərar yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilərək fəaliyyət göstərən, idarəetmə yeri Azərbaycan Respublikasında olan, Azərbaycan Respublikası Prezidentinin aktivlərin verilməsi səlahiyyətini həvalə etdiyi və payları 100% dövlətə məxsus hüquqi şəxs (bundan sonra-hüquqi şəxs) tərəfindən qəbul edilə bilər.

Göründüyü kimi, Vergi Məcəlləsinin 106.1.9-cu və 106.1.10-cu maddələrin müddəaları bütün hüquqi şəxslərə deyil, yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilərək fəaliyyət göstərən, idarəetmə yeri Azərbaycan Respublikasında olan, Azərbaycan Respublikası Prezidentinin aktivlərin verilməsi səlahiyyətini həvalə etdiyi və 100% dövlətə məxsus hüquqi şəxslərə şamil edilir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email