Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən Mikro Sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Eyni zamanda 106.10-cu maddəyə əsasən Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin təsisçilərinin Dividend gəlirləri də vergidən azad edilmişdir. Lakin burda kiçik bir nüans vardır ki, Vergi ödəyiciləri buna xüsusi fikir verməlidirlər, belə ki 106.10-cu maddədə deyilir:
106.10. Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.
Buna əsaslanaraq deyə bilərik ki, Mikro sahibkarlıq subyekti olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri aşağıdakı 2 hal nəzərə alınarsa vergidən azad edilir:
- Müəssisə ƏDV ödəyicisi olmamalıdır.
- Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmalıdır.
Odur ki, Mikro sahibkarlıq subyekti olan rezident müəssisələr təsisçisilərinin dividend gəlirlərinin vergidən azad olmasını istəyirlərsə, yuxarıda qeyd edilən hər 2 halı nəzərə almalıdırlar.
Ramin Ramazanov / Muhasibat.Az
Bax:
Əmlak icarəsinin maliyyə lizinqi sayılmasına hansı hallarda icazə verilir?
Bank hesabına ödənilən məbləğə görə kassa çeki verilməlidirmi?
Dividend güzəştləri hansı vergi ödəyicilərinə aiddir?
Təsisçidən alınmış borc məbləğinin nağd qaydada qaytarılmasına məhdudiyyət varmı?
Sahibkar olan fiziki şəxs ezamiyyə xərci ala bilərmi?